yuxarıya
Onlayn Ödəmə
Builki həcc ziyarətinin başlanma tarixi açıqlandı
25.04.2013 11:40
A A
Qafqaz MÜsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub.

Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftə dolması gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları otellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur.

Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar otellərdə 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər.

Hər iki halda otel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcək. Nisbətən bahalı şərtlərdən istifadə edən zəvvarlar üçün verilən yeməklərin çeşidi bir qədər artıq olacaq.

Xatırladaq ki, bu il Azərbaycandan həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
61
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • "Moyka"nın işçiləri "Audi"dən 2 min manat oğurladı
    22.12.2014 11:29
    Bakıda oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini, Zəfər Sadıqova məxsus "Audi"...
  • Fransada sürücü "Allahu Əkbər" qışqıraraq 11 nəfəri vurdu
    22.12.2014 09:32
    Fransada avtomobil sürücüsü "Allahu Əkbər" qışqıraraq, bir neçə qrup piyadanı vurub.Oxu.Az Le Bien Public-ə istinadən xəbər verir ki, hadisə dekabrın 21-də, Dijonda baş verib.Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.Əvvəlcə ki...
  • Obama Putini ələ saldı
    21.12.2014 22:20
    "3-4 ay qabaq Putin haqda deyirdilər ki, o, böyük qrossmeysterdir, Obamanı, Qərbi şahmatdakı kimi udur və s. Ancaq indi Putinin başçılığı altında milli valyuta dağılır, Rusiyada maliyyə böhranıdır və ölkədə nəhəng iqtisadi geriləmə var. Putin bu oyunda məni və ya ABŞ...
  • Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı
    21.12.2014 17:43
    Bosniyada 7 şagird məktəb gəzintisindən hamilə qayıtdı.ANS PRESS-in məlumatına görə, gəzintiyə məktəb kollektivi ilə gedən həmin qızların 13-14 yaşları olub.Bu hadisə ölkədə ciddi çaxnaşma yaradıb. Bir çox valideynlər məktəblərdə cinsi tərbiyə dərslərinin təd...
  • Türkiyədə bir nəfər özünü 12-ci imam Mehdi elan etdi
    21.12.2014 17:34
    Türkiyədə bir kişi özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açıb. ANS PRESS-in məlumatına görə, açılan güllələr üç polis məmurunu yaralayıb.Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmi...
  • "Ögey atam 15 yaşından məni zorlayır" dedi və öldü
    21.12.2014 16:29
    Ögey atasının ona təcavüz etdiyini söyləyən 19 yaşlı qız vəhşicəsinə qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, Meksikada yaşanan dəhşətli hadisədə tibb bacısı tələbəsi Kassandra Bravo 3 dekabrda itkin düşüb.Anasının polisə müraciəti ilə başlanan axtarı...
  • Azərbaycan çempionatında ilin son turu
    21.12.2014 14:39
    Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulacaq.Qol.az-ın məlumatına görə, 18-ci turun bütün görüşləri eyni gündə baş tutacaq.Bununla da, Premyer Liqada fasiləyə yaranacaq. Son turda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" bu gün ö...
  • Alper Kul Bakıda
    21.12.2014 13:44
    Dünən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Olur Olur" komediya filminin mətbuat üçün bağlı nümayişi keçirilib.Gün.Az Axşam.Az-a istinadən xəbər verir ki, rejissor Kerem Çakıroğlunun çəkdiyi filmdə baş qəhrəman Ali obrazını canlandıran aktyor Alper Kul təd...
  • Bakıda 250 natiq debatlarda iştirak edib
    22.12.2014 13:00
    DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) və Azərbaycan Sığortaçılar Asossasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sığortalı Gənclik" layihəsi çər..
  • ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək
    22.12.2014 12:59
    Bakı. Anaxanım Hidayətova - APA. ABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyi...
XƏBƏR LENTİ
  • Müəllim və valideynlərin şikayəti dinlənildi
    22.12.2014 13:09
    http://anspress.com/images/photos/68090.jpg
    http://anspress.com/images/photos/68090.jpg
    Binəqədi və Qaradağ rayonlarında səyyar qəbullar keçirilib.

    ANS PRESS-in Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

    Qeyd edək ki, növbəti səyyar qəbullar Binəqədi və Qaradağ rayonlarında keçirilmişdir. Binəqədi rayonu üzrə 182 №li məktəbdə keçirilən səyyar qəbulda 179, 182, 205, 300, 301, 314 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

    Qaradağ rayonu üzrə 274 №li məktəbdə keçirilən səyyar qəbula isə Müşfiqabad qəsəbəsində yerləşən 274, 320 №li məktəblərin, 41 №-li Texniki Yaradıcılıq Mərkəzi və 44 №-li Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət ediblər.

    Səyyar qəbullar saat 10:00 - da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Binəqədi rayonu üzrə 7 müraciət, Qaradağ rayonu üzrə isə 12 müraciət qəbul edilib.

    Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, bufetlərdə isti yeməklərin verilməsi, mühafizə sistemi, müəllimlərin yerdəyişməsi, idman zallarının müasir avadanlıqlarla təchiz olunması ilə bağlı olub.

    Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
    0
  • "Elzanın deputat olmaq istəməsi məni yandırıb-tökdü" - Əli Mirəliyev
    22.12.2014 13:08
    http://avrasiya.net/wp-content/uploads/eli2-300x192.jpg
    http://avrasiya.net/wp-content/uploads/eli2-300x192.jpg
    "Ay Elza, sən Xirdalandan o yana çıxmamısan. Sən necə deputat ola bilərsən"? 

    Bunu AzNews.az-a açıqlamasında müğənni Əli Mirəliyev bəstəkar Elza Seyidcahanın "İcra başçıları mənə millət vəkili olmağı təklif edirlər"fikrinə münasibət bildirərkən deyib. Onun fikrincə, Elza Seyidcahanın deputat olsa da, xalqa heç bir faydası dəyə bilməz: "Sənin nə faydan olacaq? Oxuyan kimi nə etdin ki, deputat kimi nə edəsən? Son vaxtlar oxumağında bir az irəliləyiş var. Mən ona iradlarımı bildirdim, bundan sonra az da olsa düzəlib. Amma deputatlıq işləri bir az da korlayar. Bizə ağıllı adam və düzgün oxuyan lazımdır? Bizə lazımdır ki, deputat əlini qaldırıb maaş alsın. Bu deputatlar bəyəm xalq, camaat üçün neyləyiblər ki, Elza xanım da nə etsin. Milli Məclisdə aktyor və aktrisalar var... Onları görəndə məni gülmək tutdu. Zeynəb xanım qəbul olunmuş müğənnidir. Rəşid Behbudov da deputat olub. Onların həqiqətən də göstəriciləri olub. Amma indiki deputat-artistlərin əməllərinə bir baxın siz. Elzanın da bu fikrə düşməsi məni lap yandırıb-tökdü, təmiz biabırçılıqdır".

    Qeyd edək ki, Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan "Azvision.az"-a 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. O, xarici ölkələrdəki konsertlərindən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyini irəli sürəcəyinə dair bir çox təkliflər aldığını deyib.
    1
  • Kofenin sərxoş insana təsiri
    22.12.2014 13:05
    http://img.sia.az/news/2014/siaphoto_450579.jpg
    http://img.sia.az/news/2014/siaphoto_450579.jpg
    Bəziləri spirtli içki qəbul etdikdə içkinin təsirindən ayılmaq üçün kofedən istifadə edirlər. SİA-nın verdiyi xəbərə görə, kofe içkili insana 2-6 saat ərzində öz gücünü göstərir. Lakin baş dönməsinə kömək etmir. Tam spirtli içkinin təsirindən ayılmaq üçün vaxta böyük ehtiyyac var. Kofe eyni zamanda yorğunluğu da aradan qaldırır. Ancaq yemək yedikdən sonra kofe içmək insana yuxu gətirir.

    Ceyran Əsgərova
    8
  • 14 təkərli yük maşının altından sağ çıxdı
    22.12.2014 13:04
    http://bizimyol.info/fotobaza/orta/30008.jpg
    http://bizimyol.info/fotobaza/orta/30008.jpg
    İzləyənləri dəhşətə gətirən möcüzə olay Çinin şərqində baş verib. Ninqbo şəhərində yolu keçməyə çalışan velosipedçinin yaxınlıqdakı yük maşınından xəbərsiz olması onu bu cür ölümlə üz-üzə qoyub.

    Müşahidə kamerasından anbaan lentə alınan görüntülərdə yük maşını ilə velosipedçinin paralel hərəkət etdiyi öz əksini tapır. Yük maşınının sürücüsü sağa dönməyə qərar verir, ancaq hündürdə əyləşdiyindən aşağıdakı velosipedçini görə bilmir. Yük maşınının altına qalan velosipedçidən şahidlər əllərini üzsələr də, möcüzə baş verir və o ağır tonnajlı nəqliyyat vasitəsinin altından sağ çıxır.

    Velosipedçinin 14 təkərdən heç birinə tuş gəlməməsi çoxları tərəfindən möcüzə kimi qiymətləndirilir. Yük maşınının altında qalan çinlinin uzun müddət hadisəsinin şokunu üstündən ata bilmədiyi görüntülərdə öz əksini tapır. Onun köməyinə qaçan təcili tibbi yardım xidməti isə o qədər də əziyyətə düşməyib. Çinlinin sadəcə dərisinin sıyrıldığını görən həkimlər, elə ayaqüstü müalicə ilə onu evinə yola salıb. Faktla bağlı araşdırmalara başlayan polislər sürücüsünün izini tapmağa çalışır.(atvxəbər.az)
    2
  • 1 manata ev aldı
    22.12.2014 13:03
    http://bizimyol.info/fotobaza/orta/30009.jpg
    http://bizimyol.info/fotobaza/orta/30009.jpg
    Siz İngiltərənin Liverpul şəhərində yerləşən bu evi almaq üçün nə qədər pul ödəyərdiniz? Britaniyalı taksi sürücüsü Cayalal Madde 4 otağı, 2 vanna otağı, geniş mətbəxi olan bu mənzilə bizim pulla cəmi 1 manat 25 qəpik pul "sayıb".

    Liverpul şəhərində indi 1 manata ev tapmaq o qədər də müşkül məsələ deyil. Əlbəttə bu bir az da hökumətin kələkbaz siyasəti nəticəsində mümkün olub. Liverpulun kənar qəsəbələrində evlərin köhnəlməsini əsas gətirən sakinlər hökumətdən həmin ərazinin və evlərin restavrasiyasını tələb edib. Dövlət büdcəsindəki pulları boş qalmış evlərin təmirinə sərf etməyən hökumət isə olduqca maraqlı kampaniyaya start verib. Həmin evlər 1 manatdan satışa çıxarılıb. Əlbəttə, insanlar bu qədər ucuz qiymətə ev tapdıqlarına sevinir. Onlar 1 manata aldıqları evi təmir də etdirir, üstəgəl həyət-bacasına da əl gəzdirir. Bununla hökumət, dövlət büdcəsinə toxunmadan şəhərlərin gözəlləşməsinə nail olur.

    İndi bir vaxtlar sənaye mərkəzi kimi fəaliyyət göstərmiş ərazidəki köhnə evləri yavaş-yavaş əzəmətli mənzillər əvəzləyir. Baxmayaraq ki, 1 manata aldıqları evin təmiri sonradan onlara on minlərlə manata başa gəlir, alıcılar evlərin bu qədər ucuz satılmasından çox razıdır. Ən azından onlar torpaq üçün əlavə pul ödəməkdən xilas olurlar.(atvxəbər.az)
    4
  • Polis bayramda yatmayıb işləyəcək
    22.12.2014 13:03
    http://azvision.az/photos/1356524159_polis1_922155415.jpg
    http://azvision.az/photos/1356524159_polis1_922155415.jpg
    Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

    Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.

    DİN rəsmisi bildirib ki, bayramla əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.

    Anar Kəlbiyev
    4
  • Ukraynada terrorçular arasında edam təhdidi
    22.12.2014 13:01
    http://deyerler.org/uploads/thumbs/PFGJ8TD.jpg
    http://deyerler.org/uploads/thumbs/PFGJ8TD.jpg
    Ukraynada dövlətə qarşı döyüşən qiyamçı hərbi birləşmələrin şəxsi heyəti arasında nizam-intizam tədbirləri gücləndirilib.

    Musavat.com-un xəbərinə görə, bu barədə "İnformasiya müqaviməti"nin rəhbəri Dmitri Tımçuk sosial şəbəkədə yazıb.

    "Ayrı-ayrı komandirlərin və sıravi terrorçuların "Mərkəzi hakimiyyət"ə tabe olmaqdan imtina etməsi fiziki təzyiqlərə, hətta ölüm cəzasının tətbiqinə səbəb ola bilər", - Tımçuk yazır.

    Tımçuk onu da qeyd edib ki, ötən istirahət günlərində Luqansk və Donetsk vilayətlərində qoşun birləşmələrinə daxil olan döyüşçülərin bir qismi Ukrayna qoşunları ilə təmas xəttindən geriyə çəkilib.

    "Bu proses müəyyən nahiyələrdə müşahidə olunmur, xüsusilə də düşmən öz qoşunlarını Pervomaysk-Lisiçansk zolağındakı ön xəttdə, eləcə də Donetsk, Telmanovo, Novozavosk və Baxmut şosesində saxlamaqda davam edir", - Tımçuk xəbər verib.
    2
  • Bakıda 250 natiq debatlarda iştirak edib
    22.12.2014 13:00
    http://img.sia.az/news/2014/siaphoto_450581.jpg
    http://img.sia.az/news/2014/siaphoto_450581.jpg
    DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) və Azərbaycan Sığortaçılar Asossasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sığortalı Gənclik" layihəsi çərçivəsində təşkil olunan "Bakı Gənclər Debat Forumu - Payız 2014"ün qrup və play-off mərhələləri baş tutub. SİA-nın məlumatına görə, tədbir 20-21 dekabr 2014-cü il tarixində həyata keçirilib. Forumda 250-ə yaxın gənc Bakı şəhərinin 15 ali təhsil müəssisəsini təmsil edib.

    "Bakı Gənclər Debat Forumu - Payız 2014" çərçivəsində Bakı şəhərinin universitetlərində 600 nəfəri əhatə edən debat təlimləri, həmçinin 400 nəfərin iştirakı ilə "Sığortanın Əsasları" mövzusunda təlimlər keçirilib və sözü gedən ali təhsil müəssisələrində Daxili Debat Forumları baş tutub.

    Bakı Slavyan Universitetinin ev sahibliyi etdiyi forum zamanı baş tutan 136 debat raundunda spikerlər "Sığortalanmada fiziki şəxslərin məsuliyyəti" mövzusunu müzakirə ediblər. Qrup mərhələsində uğurlu nəticəni göstərən komandalar forumun final mərhələsində iştirak hüququ qazanıb.

    Forumun final mərhələsinə azərbaycan bölməsi üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, rus bölməsi üzrə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin komandaları vəsiqə qazanıblar. Forum zamanı azərbaycan bölməsi üzrə 10, rus bölməsi üzrə 5 ən yaxşı natiq seçilib.

    Məlumat üçün qeyd edək ki, forumun bağlanış mərasimi 25 dekabr 2014 - cü il tarixində keçiriləcək. Mərasim çərçivəsində qalib komandalar və ən yaxşı natiqlər mükafatlandırılacaq.

    Xatırladaq ki, "Sığortalı Gənclik" layihəsi 18 noyabr 2014 - cü il tarixində start götürüb və layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır. Sözü gedən Layihə Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi"), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

    Ceyhun Rasimoğlu
    3
  • ABŞ-ın Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək
    22.12.2014 12:59
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Anaxanım Hidayətova - APA. ABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyin etməlidir.

    APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu tələblər ABŞ Konqresinin qəbul etdiyi və prezident Barak Obamanın imzaladığı qanun layihəsində yer alıb.

    Sənəddə qeyd olunub ki, ABŞ-ın Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəliklər informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunmalıdır.

    Qanun layihəsində həmçinin ABŞ-ın mərkəzi icra strukturlarına ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanlarının Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək tapşırığı əks olunub.
    3
  • FİFA təşkilatın rəhbəri ilə məxfi danışıqlar aparıb
    22.12.2014 12:59
    http://cdn.trend.az/pictures/2012/10/03/FIFA_logo_031012.jpg
    http://cdn.trend.az/pictures/2012/10/03/FIFA_logo_031012.jpg
    Azərbaycan, Bakı, 22 dekabr /Trend/

    FİFA nümayəndələri təşkilatın rəhbəri Yozef Blatterlə FİFA-nın sükanı arxasında onun gələcəyi ilə bağlı məxfi danışıqlar aparıblar. Trend xəbər verir ki, bu barədə RİA Novosti BBC-yə istinadən məlumat yayıb.

    FİFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Bundan əvvəl 78 yaşlı Blatter beşinci müddətə namizədliyini irəli sürəcəyini təsdiqləyib. Eləcə də FİFA baş katibinin sabiq müavini Jerom Şampan da namizəddir. Namizədliyin irəli sürülməsinin ən son müddəti yanvarın 29-dur.

    Nəşrin yazdığına görə, bir neçə regional konfederasiya nümayəndələrinin və Blatterin iştirakı ilə keçirilən danışıqlar 2013-cü ilin oktyabrında İngiltərə Futbol Federasiyasının 150 illiyinə həsr edilmiş təntənələrdə başlayıb.

    Mənbələrdən birinin nəşrə verdiyi məlumata görə, Blatter illərlə uzanan qalmaqallardan, gərgin iş qrafikindən, DÇ-2018 və 2022-yə ev sahibliyi etmək üçün Qətər və Rusiyanın seçilməsinə reaksiyalardan yorulub. Qeyd edilir ki, iki mundialın ev sahiblərinin seçimi prosesinin araşdırılmasının ciddi nəticələri ola bilər.

    BBC xəbər verir ki, hələlik Blatterin seçkilərdə iştirakdan imtina edəcəyi halda regional konfederasiya rəhbərlərindən birini dəstəkləyəcəyi məlum deyil.

    FİFA İcraiyyə Komitəsinin ötən həftə Mərakeşdə başa çatan iclasında komitənin üzvlərinin hamısı qurumun Etika komitəsinin istintaq palatasının sabiq rəhbəri Maykl Qarsiyanın DÇ-2018/2022-yə sahiblərin seçilməsi ilə bağlı iş üzrə tam hesabatının mümkündürsə, hüquqi baxımdan dərc edilməsinə yekdilliklə səs veriblər. Вelə olan halda hesabatın nəşri ayrı-ayrı şəxslər barəsində cari istintaq başa çatdıqdan sonra baş verə bilər. Bir müddət əvvəl Qarsiya palatanın rəhbəri postunu könüllü tərk edib. Səlahiyyətlərin icraçısı isə isveçrəli Kornel Borbeli təyin edilib.
    2
  • Bu görüntüləri izləyən onun insan olduğunu düşünər
    22.12.2014 12:59
    http://anspress.com/images/photos/79655.jpg
    http://anspress.com/images/photos/79655.jpg
    Hindistanda meymun insanlıq dərsi verib. ANS PRESS-in məlumatına görə, Kanpur şəhərində bir meymun dəmiryol relslərinin üstündəki yüksək cərəyanlı xətdə gəzəndə onu elektrik vurub. Digər meymun isə onu xilas etmək üçün uzun müddət səy göstərib.

    Yoldaşını relslərin arasında tapan meymun, diğər meymunu özünə gətirmək üçün dişləmək, vurmaq və relslərin arasındakı su gölməçəsinə salmaq da daxil olmaqla hər üsula əl atır.

    O ərəfədə qəzanın baş verdiyi qatar stansiyasında olanlar meymunun bu hərəkətlərini mobil telefonla çəkiblər.

    Hindistanda sürətlə qırılan meşələrin yoxluğu üzündən meymunlar tədricən insanların yaşadığı bölgələrə daha çox girməyə başlayıb. Demək olar ki, insanlarla bir yerdə yaşayan bu heyvanlar vaxtlarını yemək axtarmaqla keçirir.

    20 dəqiqə səylərinin ardından meymun yoldaşını özünə gətirə bilib.
    4
  • Audi yeni "Q7"-ni təqdim etdi
    22.12.2014 12:57
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTIvMjIvMTIvMjAvNTMvMzgwLzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=e17ce42a
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTIvMjIvMTIvMjAvNTMvMzgwLzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM0UiXV0?sha=e17ce42a
    "Audi" ikinci nəsil "Q7"-ni təqdim edib.

    Oxu.Az xəbər verir ki, yeni model ABŞ-ın Detroyt şəhərində debüt olunacaq, doğma Almaniyada isə 2015-ci ilin yaz mövsümündə 74 min dollardan başlayan qiymətə satışa çıxarılacaq.

     

    Avtomobilin qabariti: 5,05×1,97×1,74 metr təşkil edir. "Audi Q7" 3 litrlik dizel mühərriklə (218 və 272 at gücü) 100 kilometrə 5,7 litr yanacaq sərf edir. Avtomobil 3 litrli V6 şəklində olan benzin mühərriklə (333 at gücü) 100 kilometrə 7,7 litr yanacaq sərf edir. Avtomobilin 100 km-ə qədər sürətlənməsinə 6,1 saniyə sərf olunur.

     

    Avtomobilin geniş təqdimatı 2015-cü ilin yanvarında ABŞ-ın Detroyt şəhərində keçiriləcək. "Audi Q7" üçün sifariş gələn ilin yaz mövsümündən başlayacaq.

    Elvin Əhmədov
    4
  • Yeni ildə də geriləyəcəyik
    22.12.2014 12:55
    http://cdn.qafqazinfo.az/51853.jpg
    http://cdn.qafqazinfo.az/51853.jpg
    FİFA reytinqinin 2015-ci ildə açıqlanacaq ilk siyahısı yanvarın 8-də dərc olunacaq.

    "Qafqazinfo"nun "Apasport.az"a istinadən məlumatına görə, dekabrın 18-də açıqlanan cədvəllə müqayisədə ciddi dəyişiklik baş verməyəcək.Buna səbəb 3 həftə ərzində cəmi 16 qarşılaşmanın baş tutması, həmin oyunların da yoxlama xarakteri daşımasıdı. Meydana çıxacaq 18 komanda arasında isə Avropa təmsilçisi yoxdu. Bu isə 2014-cü ilin son siyahısına təsirin minimuma enməsidi. Lakin cüzi dəyişikliklər Azərbaycan yığmasından da yan ötməyəcək.

     Belə ki, indi planetin 135-ci komandası olan yığmamızın 1 pillə geriləyəcəyi gözlənilir. Düzdü, komandamızın hesabında yenə 215 xal olacaq. Amma bu dəfə millimiz 136-cı olacaq.

     Komandamızın geriləməsinin səbəbkarı isə Vyetnam millisidi. 7 xal qazanıb, 4 pillə irəliləyən asiyalılar cədvəldə Azərbaycanı keçəcək. Qvineya-Bissau ilə birlikdə 133-cü yeri böləcək vyetnamlılar Yeni Zelandiyanı 135, Azərbaycanla Tacikistanı isə şərikli 136-cı yerə yuvarlanmağa məcbur edəcək.
    1
  • Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib
    22.12.2014 12:55
    http://www.olaylar.az/foto/xeberler/nergiz eliyeva cixisinda deyib.jpg
    http://www.olaylar.az/foto/xeberler/nergiz eliyeva cixisinda deyib.jpg
    Gürcüstanın Marneuli rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı gənclərlə "Azərbaycan gəncliyi" mövzusunda görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə Gənc Nəqliyyatçılar Klubunun sədri Fuad Rəsul, Azərbaycanın xalq şairi Nüsrət Kəsəmənlinin oğlu, YAP-ın üzvü, GNK-nun mətbuat katibi Rəşad Kəsəmənli, "City TV"-nin rəhbəri Sabir Bacaran iştirak etdilər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclər şöbəsinin təşkilatçılığı ilə baş tutan görüş Azərbaycanda həyata keçirilən gənclər siyasəti, ölkəmizin inkişafı, ümummilli lideri Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı istiqamətindəki işlərindən danışılıb. AMM Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında Gürcüstanda yaşayan azərbaycanlı gənclərin əldə etdiyi uğurlardan söz açdı "Bu gün bizim gəncliyin qarşısında böyük missiya durur, vətənimiz Gürcüstana və böyük xalqımız Azərbaycanlılara layiq olmalıyıq. Biz xalqımızın mədəniyyətini, tarixini, həqiqətlərini təbliğ etməklə yanaşı yaşadırıq, ən önəmlisi isə bizim gənclər vətənimiz Gürcüstana layiqli şəkildə böyüyür, dövlət dilini mükəmməl mənimsəyir, vətən və xalq üçün layiqli nümayyəndə olmağa çalışırıq ".
    3
  • Xatun: "Mən oğluma müğənni qız almaram"
    22.12.2014 12:55
    http://arxiv.az/media/365/1000/news.milli.az/20141222/32070463/xatun_00025.jpg
    http://arxiv.az/media/365/1000/news.milli.az/20141222/32070463/xatun_00025.jpg
    Milli.Az xəbər verir ki, müğənni Xatun "Region TV"-də yayımlanan "Şou məkan" verilişinə şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

    Tanınmış müğənni oğlunun müğənni bir xanımla ailə qurmasına qarşı olduğunu bildirib: "Mən oğluma müğənni qız almaram. Salonda işləyən qız da almaram. İndidən də oğluma deyirəm ki, evlənəcəyin xanımı seçəndə mənim də fikrimi almalısan. İstəyirəm ki, onun yoldaşı savadlı, gözəl bir ailənin qızı olsun. Yaxşı tanıdığım bir ailə olsun".

    "Sevdiyiniz şəxs varmı?" sualını isə müğənni belə cavablandırıb: "Mən sevirəm. Sevmək də, sevilmək də çətindir. Sevdiyini əlində saxlamaq üçün əziyyət çəkməlisən. Ona həmişə maraqlı olmalısan".

    Müğənni tanınmışlığı ilə bağlı gələn tənqidləri də cavablandırıb: "Bəziləri məni tanımadığını söyləyə bilər, amma mən, demək olar ki, bütün gün efirlərdəyəm, sosial şəbəkələrdəyəm. Yəqin, mən həmin şəxsin yerini dar edirəm ki, məni tanımır. Ya da mənim qohumlarımdan biridir bunu deyən, məni görən gözləri yoxdur".

    Milli.Az

    Videonu izləmək üçün şəklə klikləyin.

    Baxış: 8
    1
  • Rəqsanə məhkəmədən danışdı: "Anam kişi kimi qız doğub"
    22.12.2014 12:54
    http://news.lent.az/upload/images/news/2014/december/22/small/5850a8e3321a4b52f4861ec50d5f67a7.jpg
    http://news.lent.az/upload/images/news/2014/december/22/small/5850a8e3321a4b52f4861ec50d5f67a7.jpg
    Müğənni Rəqsanə İsmayılova ilə müğənni Əli Mirəliyev arasında olan qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, "ATV"nin "Gün üzü" verilişinə qonaq olan R.İsmayılova Ə.Mirəliyevi məhkəməyə verməsindən danışıb. O bildirib ki, həmkarı ondan bağışlanmasını istəsə də, o, bu təklifi rədd edib: "Ailədə tərbiyə almışam. Özümdən böyüklərə qarşı heç bir zaman hörmətsizlik etmərəm. Hətta baxsam ki, o insan mənə qarşı səhv edir, mən susaram. Amma görəndə ki, məndən yaşca böyük insan dəfələrlə mənə qarşı hörmətsizlik edir, məcbursan ki, nəsə bir tədbir görəsən. Ümumiyyətlə o insan barəsində danışmaq istəmirəm. Onu verdim məhkəməyə və nəticədə qalib gəldim. Sonra da çıxıb efirdə üzr istədi. Amma mən bu üzrü qəbul etmədim. Ona görə qəbul etmədim ki, səhvi edən insan deyir ki, "Mən nə etmişəm ki? Oxuya bilmir". Sənin nəyinə lazımdır? Mən Azərbaycanda olmayan vaxt anam efirə baxıb, görüb ki, həmin insan barəmdə yenə həmin ifadələri işlədir. Anamın da rəfiqələri var. Onlar da anama deyir ki, "Rəqsanə hamının cavabını verir. Heç bir şeydən qorxan deyil. Bəs niyə onun cavabını vermir?" Anam da mənə zəng edib, telefonda ağlayıb, deyir ki, "ay bala, sən kişi kimi qadınsan, niyə bunun cavabını vermirsən? Bu çıxıb hər yerdə səndən danışır". Anama görə onu məhkəməyə verdim. Anam kiməsə görə niyə utanmalıdır ki? Anam kişi kimi qız dünyaya gətirib, maşallah, bütün Azərbaycan sevir".
    4
  • Azərbaycanda saytı olmayan ali məktəblərin siyahısı açıqlanıb
    22.12.2014 12:50
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi veb resursu olmayan ali təhsil müəssisələrinin adlarını açıqlayıb.

    APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dövlət İdarəçilik Akademiyasında (ADİA) "Media və təhsil dialoqu" mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov bildirib ki, bu ali məktəblərin siyahısına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Asiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı İslam Universiteti daxildir.

    Təhsil Nazirliyi əməkdaşı virtual aləmdə daha aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin də adlarını açıqlayıb. Belə ki, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti virtual aləmdə daha aktiv fəaliyyət göstərir.

    Nazirlik əməkdaşı qeyd edib ki, təhsillə bağlı veb resursların edu.az domeni adı altında yayımlanması məqsədəuyğundur. Bu gün ali məktəblərin əksəriyyətinin veb saytı edu.az domeni ilə fəaliyyət göstərir. Təfəkkür və Xəzər universitetləri isə belə yayımlanmır.
    7
  • Ukrayna mətbuatı Azərbaycanda keçiriləcək Avropa oyunlarından yazdı
    22.12.2014 12:50
    http://www.olaylar.az/foto/xeberler/ukrayna metbuati azerbaycanda kecirilecek.jpg
    http://www.olaylar.az/foto/xeberler/ukrayna metbuati azerbaycanda kecirilecek.jpg
    Ukraynanın "AvtoBiznesTur" adlı populyar reklam-informasiya jurnalında gələn il Bakıda keçiriləcək ilk Avropa oyunlarına həsr olunmuş geniş məqalə dərc edilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, material nəşrə səfirlik tərəfindən təqdim olunub. Məqalədə qeyd edilir ki, 2015-ci il oyunları tarixdə Azərbaycanın paytaxtında keçiriləcək ilk Avropa oyunlarıdır. Yazıda bu mötəbər yarışların yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin yaradıldığı və komitəyə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi icraiyyə komitəsinin üzvü, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrlik etdiyi qeyd olunub. Məqalədə gözəl Bakıdan, onun təkrarsız və müasir simasından, yaraşıqlı memarlıq, o cümlədən olimpiya obyektlərindən bəhs olunur.
    6
  • O, ən qorxulu hallara düşməyi sevir
    22.12.2014 12:49
    http://img.milli.az/n/clickable/204433/0b/a/315065.jpg
    http://img.milli.az/n/clickable/204433/0b/a/315065.jpg
    Hollandiyada yaşayan vizajist və meyk-ap ustası Coys Sparkman kosmetika vasitəsilə qaranlıq fantaziyaları reallaşdırır.

    Milli.Az bildirir ki, Sparkman İnstagramdakı "Candymakeupartist" adlı profilində perfeksionizm janrındakı əsərlərini paylaşır.

    23 yaşlı Coysun dediyinə görə, 9 yaşından bəri belə eksperimentlər aparır.

    "Ekstremal işlə məşğul olduğumu sanmıram. Bir qədər qəribə görünməyi sevirəm", - Coys Sparkman bildirib.

    4
  • Bakıda ağac aşdı
    22.12.2014 12:49
    http://anspress.com/images/photos/79664.jpg
    http://anspress.com/images/photos/79664.jpg
    Binəqədi rayonunda aşan ağac yolu bağlayıb. Bu barədə ANS PRESS-ə oxucumuz Baxış Sülmanov məlumat verib.

    Hadisə Dərnəgüldə, Elit Ticarət Mərkəzinin qarşısında baş verib.

    Məlumata görə, bu ilin may ayında adıçəkilən ərazidə qəza baş verib. Sərnişin avtobusu yoldakı hündür şam ağacına çırpılıb. Nəticədə ağac əyilib.

    O zamandan ağac bu fotmada yolda qalıb. Bu gün əsən gclü külək nəticəsində isə yola açıb. Nəticədə yolun bir hissəsi bağlanıb.

    Bakı Şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının hadisə yerinə göndəriləcəyi və ağacın kəsiləcəyini deyiblər.
    4
  • Moskva birjasında dolların kursu 56 rubla enib
    22.12.2014 12:45
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün səhər saatlarında Moskva birjasında dolların kursu 56 rubla enib.

    "APA-Economics"in Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, avronun kursu 69 rubldan aşağı düşüb.

    Ekspertlər baş verənləri Rusiya Mərkəzi Bankının iqtisadiyyatda rublun həcminin azaldılması və banklararası bazarda faiz dərəcələrinin artırılması ilə əlaqələndirir: "Bu gün valyuta bazarında rublunun likvidliyində problemlər var. Banklararası bazarda faiz dərəcələri çox yüksəkdir və banklar xarici valyutanı satmaq məcburiyyətindədir".
    7
  • Arif Əsədov seçimini etdi
    22.12.2014 12:44
    http://img.milli.az/n/clickable/204433/08/e/315135.jpg
    http://img.milli.az/n/clickable/204433/08/e/315135.jpg
    Topaz Premyer Liqasında son oyununu dekabrın 18-də "İnter"ə qarşı keçirən və həmin matçın ertəsi günü istirahətə buraxılan "Neftçi"nin qış hazırlıq proqramı bəllidir.

    Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yanvarın 6-da Bakıda toplaşacaq komanda 5 gün öz bazasında olacaq.

    Bu müddətdə "ağ-qaralar" həkim müayinəsindən keçəcək və onların fiziki hazırlığı yoxlanılacaq. Yanvarın 11-də Antalyaya yollanacaq "Neftçi" ayın 23-nə qədər orada təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Arif Əsədov bu müddətdə 6 yoxlama görüşünün keçirilməsini planlaşdırır. Rəqiblər dəqiq bilinməsə də, oyunların keçiriləcəyi tarix bəllidir.

    Belə ki, "Neftçi" yanvarın 14, 17, 20, 21 və 23-də qüvvəsini sınayacaq. Komanda ayın 23-də iki yoxlama görüşü keçirəcək. Yanvarın 24-də vətənə qayıdacaq paytaxt təmsilçisi çempionatın XIX turunun hazırlığına başlayacaq.

    Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 31-də AZAL-la qarşılaşacaq.

    6
  • ABŞ ordusuna məxsus bir helikopter Küveyt ərazisində qəzaya uğrayıb
    22.12.2014 12:44
    http://interaztv.com/sites/default/files/vertolyot qeza_0_420x250.jpg
    http://interaztv.com/sites/default/files/vertolyot qeza_0_420x250.jpg
    ABŞ-a məxsus bir hərbi helikopter təlimlərin keçirilməsi zamanı qəzaya uğrayıb və Küveytin şimalında yerə düşüb.

    İnterAz-ın CNN-ə istinadla verdiyi xəbərə görə, ABŞ dəniz qüvvələri bu məlumatı təsdiqləyiblər.

    Məlumata görə, hərbi helikopter "MH-60S" tipli olub və Küveytin şimalında Baureng hərbi qərargahı yaxınlığında yerə düşüb. Helikopterin ekipajı sağ qalıb.
    4
  • Holland yazıçı Azərbaycan haqda kitab yazacaq
    22.12.2014 12:43
    http://azvision.az/photos/10846551_856389444406084_1473552230_n.jpg
    http://azvision.az/photos/10846551_856389444406084_1473552230_n.jpg
    Disapora Jurnalistlər Birliyindən AzVision.az-a verilən məlumata görə, Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması səbəbləri və fəaliyəti ilə maraqlanıb. E.Mirhəşimli qonağa Azərbaycan, Qarabag münaqişəsi, 20 % torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.

    Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, erməni qaçqınların Azərbaycandan qovulması haqqında məlumatı olduğunu bildirib. "Mən də bu məlumatın yalnış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabag haqqında ictimayyətini geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar".

    Nəzərə çatdıraq ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar yazıb kitab çap etdirir. Həmin kitablardan əldə etdiyi maliyyə ilə bu insanlara yardım edir.

    E.Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib: "Mən soruşdum ki, Azərbaycan haqqında nədən kitab yazmırsınız. Bəs, bizdə də qaçqınlar, müharbədən əziyət cəkən insanlar var. Xanım yazar Azərbaycan haqqında mlumatı yalnız bir tərəfli olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland ictimayyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx əməkdaşlıq edəcəyinə söz verdi".

    Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını qonağa hədiyyə edib.

    Xatırladaq ki, "Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir.
    8
  • WikiLeaks yenidən qalmaqallı sənəd yayımladı - Sənəddə Türkiyənin də adı var
    22.12.2014 12:43
    http://deyerler.org/uploads/thumbs/36X9U17.jpg
    http://deyerler.org/uploads/thumbs/36X9U17.jpg
    WikiLeaks saytı bu dəfə də saxta pasportla digər ölkələrə girən MKİ agentlərinin diqqət etməsi lazım olan məqamları özündə əks etdirən bir sənədi yayıb.

    Avropa.info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə ABŞ və MKİ-nə aid çox məxfi sənədləri ictimaiyyətə sızdıran WikiLeaks bu dəfə də maraqlı məlumatları yayıb.

    Saxta pasportla digər ölkələrə girən MKİ agentlərinin diqqət etməsi lazım olan məqamları əks etdirən sənəddə Türkiyənin də adı var.

    Həmin sənəddə bildirilir ki, Türkiyə hökuməti və MİT (Milli Kəşfiyyat Təşkilatı) bir şəxsin bir neçə pasport gəzdirməsini Türkiyəyə gəlişinin həqiqi səbəbini gizlətməsi kimi qiymətləndirir və xarici vətəndaşı geniş pasport yoxlamasından keçirmək üçün bəzən onu 24 saat sərhəddə gözlədə bilir.

    WikiLeaks bir neçə gün bundan qabaq da təşkilat liderlərinə qarşı sui-qəsd təşkil olunması haqda MKİ-nin 2009-cu ildə hazırladığı bir sənədi yaymışdı. Həmin sənəddə ABŞ və digər ölkələrin təşkilatları zəiflətmək üçün istifadə etdiyi metodlar haqqında məlumat olub.
    10
  • Fethullah Gülen qaça bilər - türkiyəli nazir
    22.12.2014 12:42
    http://img.salamnews.org/b2300b4c951af14bd56ad6164fca5a44/thumb_bekir_bozdag_639.jpg
    http://img.salamnews.org/b2300b4c951af14bd56ad6164fca5a44/thumb_bekir_bozdag_639.jpg
    Bakı, 22 dekabr, SalamNews, N.Ələkbər. Türkiyənin ədliyyə naziri Bekir Bozdağ qonaq olduğu yerli televiziya proqramlarından birində haqqında həbs qərarı çıxarılan nurçu lider Fethullah Gülenin ölkəyə qaytarılması ilə bağlı bəzi açıqlamalar verib.

    Bu barədə SalamNews "Haber7"yə istinadla xəbər verir.

    O, F.Gülen haqqında qırmızı bülleten çıxarılacağını və onun Türkiyəyə təslim edilməsini tələb edəcəklərini bildirib: "Bunun səbəbi Gülenin hazırda olduğu ünvandan qaçmaq ehtimalıdır. ABŞ-ın bu məsələyə müsbət cavab verməsini gözləyirik."





    6
  • ADİU ilə Yunanıstan universiteti ilə əməkdaşlıq memorandumu imzaladı
    22.12.2014 12:41
    http://www.olaylar.az/foto/xeberler/adiu ile yunanistan emekdasliq memerondumu.jpg
    http://www.olaylar.az/foto/xeberler/adiu ile yunanistan emekdasliq memerondumu.jpg
    Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Yunanıstan nümayəndələri ilə görüşdən məmnunluğunu bildirən ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Onlara universitetin beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə qoşulur. Həmçinin, Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyini də qeyd edib. Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Sonra ADİU ilə Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu arasında "Neft və qazın idarə olunması və nəqli" üzrə Magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.
    3
  • Zori Balayana ağır zərbə
    22.12.2014 12:41
    http://anspress.com/images/photos/79660.jpg
    http://anspress.com/images/photos/79660.jpg
    Rusiya prezidenti Vladimir Putinin əmri ilə "Drujba" medalı almış erməni siyasətçilərin sırasında Qarabağ müharibəsinin əsas səbəbkarlarından biri, cəllad-həkim Zori Balayanın olmaması Ermənistanda heyrət doğurub.

    ANS PRESS-in məlumatına görə, medal alanların sırasında Qarabağda dinc azərbaycanlılara divan tutmaqla ad çıxarmış Ermine Naqdalyan da var. Ermənistanda əhalini evlərindən güclə çıxararaq yerində obyekt tikdirməklə öz cəllad fəaliyyətini davam etdirən cəllad-siyasətçi ölkəsini Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox zəhmət çəkib.

    Bu məntiqlə Vladimir Putin Zori Balayanı da mükafatlandırmalı idi. Zori Balayan da Qarabağda azərbayjanlılara divan tutub və hətta öz cəlladlıq təcrübələrini "Ruhumuzun dirçəlişi" kitabında geniş təsvir edib. Məsələn, dostu Xaçaturla saniyəölçəni birləşdirərək dərisini diri-diri soyduqları azərbaycanlı uşağının ürəyinin neçə dəqiqədən sonra dayanacağını yoxlayıblar. Zori Balayan Ermənistanı yenidən Rusiyanın müstəmləkəsinə çevirmək üçün də çox iş görüb. Bunun üçün hətta Vladimir Putinə məktub da yazıb.

    Ermənistanın "Lragir" portalı Zori Balayanın siyahıdan kənarda qalmasını şərh edərək Putini anlayışla qarşılayıb: "O, hamıya medal paylaya bilməz ki? Özü də istəyən "layiqlilər" yetərincədir. İndi minlərlə erməni "qəhrəman" sovet vaxtı kolbasa növbəsinə duran kimi, Rusiyaya dostluq növbəsindən bir-birinin nəfəsini kəsir", - deyə portal vurğulayır.
    8
  • Ombudsmanın Gəncə Regional Mərkəzi "Vətəndaşların konstitusion hüquqları və vəzifələri" mövzusunda tədbir keçirib
    22.12.2014 12:40
    http://www.olaylar.az/foto/xeberler/ombudsman gence regional merkezinde.jpg
    http://www.olaylar.az/foto/xeberler/ombudsman gence regional merkezinde.jpg
    Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Goranboy rayonundakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, mədəniyyət və turizm şöbəsinin, rayon həmkarlar ittifaqının, polis şöbəsinin, habelə müxtəlif müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə "Vətəndaşların konstitusion hüquqları və vəzifələri" mövzusunda seminar keçiriblər. Müvəkkilin fəaliyyətində vətəndaşların seçki hüququnun müdafiəsinin də mühüm yer tutduğu, 23 dekabr—Bələdiyyələrə seçkilər günü ilə əlaqədar olaraq, Ombudsman təsisatının Mərkəzi Seçki Komissiyası ilə birlikdə əhali və Dairə Seçki Komissiyalarının nümayəndələri üçün regional maarifləndirmə tədbirləri keçirdiyi qeyd olunub. Ombudsman Aparatının əməkdaşları üçün treninq təşkil edildiyi, həmişə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də Müvəkkilin və əməkdaşlarının seçki prosesini müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb. ("OLAYLAR"İA)
    3
  • Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi müzakirə olunub
    22.12.2014 12:40
    http://cdn.trend.az/pictures/2014/08/16/no_image_found.jpg
    http://cdn.trend.az/pictures/2014/08/16/no_image_found.jpg
    Azərbaycan, Bakı, 22 dekabr /Trend/

    Dekabrın 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının (2014-2025-ci illər) layihəsi müzakirə olunub.

    ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu sayəsində böyük inkişaf yoluna çıxan, 2003-cü ildən Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sürətli tərəqqi dövrünü yaşayan Azərbaycanda demoqrafik proseslərin də müsbət məcrada davam etdiyini vurğulayıb: "Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir".

    S.Müslümov bildirib ki, BMT Baş Assambleyasının 1994-cü ildə Qahirədə keçirdiyi "Əhali və İnkişaf" konfransında qəbul edilmiş Fəaliyyət Proqramının prioritetləri Azərbaycanda həmin vaxtlardan etibarən ilbəil güclənən demoqrafik siyasətdə öz əksini tapıb. Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə "Demoqrafik İnkişaf Konsepsiyası" qəbul edilib. Artıq ƏƏSMN tərəfindən ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Layihə Nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) "Qanunvericilik" bölümündə yerləşdirilməklə ictimai müzakirəyə təqdim olunub. Həmçinin ötən müddətdə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında layihə təkmilləşdirilib".

    Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib: "Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm".

    QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-nin öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini yüksək dəyərləndirib. O, adıgedən Memorandumun ölkəmizdə dövlət orqanları ilə QHT-lər arasında ilk əməkdaşlıq sənədi olduğunu və bu sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı ƏƏSMN tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb.

    A.Quliyev ölkəmizdə yaxın on ildə demoqrafiya sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsi üçün mühüm istiqamətləri müəyyən edən yeni Dövlət Proqramının təkmil layihəsinin hazırlanması üçün öz töhfələrini verəcəklərini qeyd edib.

    Daha sonra Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.
    2
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri