yuxarıya
Sevgililər günündə filarmoniyada konsert olacaq
20.05.2013 20:35   1 saniyə əvvəl
A A
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının konserti olacaq.

14 fevral - Sevgililər günündə baş tutacaq konsertdə ansamblın solistləri olan əməkdar artistlər Almaz Orucova, Sevinc Hüseynli, Elza Seyidcahan, Lalə Məmmədova və digərləri musiqili nömrələrlə çıxış edəcəklər. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri səslənəcək.

Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev, musiqi rəhbəri isə əməkdar artist Etibar Qasımbəylidir.

Anspress
Mənbə: ann.az   
Hörmətli İstifadəçi, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Sumqayıtda məktəblini ölümcül hala saldılar
    20.05.2013 11:52
    Bu gün saat 02 radələrində Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil küçəsindəki, "Laçın" kafesinin yaxınlığında 1996-cı il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu naməlum şəxs tər..
  • Müsəlman futbolçuya donuz zarafatı
    20.05.2013 14:40
    "Stoke Siti"nin müsəlman futbolçusu təhqirə məruz qalıb. ANS PRESS-in məlumatına görə, Kenueyn Consun dolabına kəsilmiş donuz başı qoyulub. Bu addım İngiltərəni ayağa qaldırıb.Klub açıqlamasında bu işdə məsul olanların tapılaraq cəzalandırılcağını açıqlayıb. M...
  • Dövlət hesabına qəbul aparılacaq xarici ölkə universitetlərinin SİYAHISI
    20.05.2013 09:50
    Azərbaycan Təhsil Nazirliyi Dövlət Proqramına əsasən qəbul aparacağı xarici ölkə universitetlərinin siyahısını açıqlayıbTəhsil Nazirliyi 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən qəbul aparacağı xarici ölkə universitetlərinin siyahısını açıqlayı...
  • "Prezidentin qəbuluna düşə bilirəm, AzTV-nin yox"
    20.05.2013 15:30
    "Mən heç kəsin yanında başıaşığı deyiləm. Düz 40 ilə yaxın AzTV-nin solisti olmuşam. Lakin son illər xoşagəlməz bir vəziyyət yaranıb ki, mən bunu anlaya bilmirəm.Mən AzTV-nin solisti kimi ixtisara düşmüşəm. İndi AzTV-nin efirlərində başqa sənətkarlar cərəyan edi...
  • Şeyxülislam Hacı Allahşükür Paşazadənin İrana səfəri və gələn xoş xəbər
    19.05.2013 23:10
    Xalidə Xalid azadlıqda! İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi və onun sürücüsü Şamxal Hüseynovun azadlığa buraxılması ilə bağlı xoş x...
  • Azərbaycan İctimai Televiziyası bəyanat yaydı
    20.05.2013 15:17
    Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev "Eurovision-2013" beynəlxalq mahnı müsabiqəsində azərbaycanlı tamaşaçıların verdikləri səslərin Rusiyanın xeyrinə hesablanması faktı ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir:"Rusiya məhz elə bir dövlətdir...
  • Casusluqda günahlandırılan iki nəfər dar ağacından asılıb
    20.05.2013 12:06
    Mayın 19-u İranda İsrail və Amerikaya casusluqda günahlandırılan iki nəfər - Məhəmməd Heydəri və Kuruş Əhmədi dar ağacından asılıb."Media forum" saytının məlumatına görə, Tehran prokurorluğunun yaydığı bəyanatda bildirilir ki, Məhəmməd Heydəri ölkənin strateji ..
  • Ramin Mehmanpərəst və prezidentin qardaşı namizədliyini geri götürüb
    20.05.2013 10:40
    İran Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Ramin Mehmanpərəst prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst seçki marafonundan çəkilməsini belə əsaslandırıb: "Prezide...
  • Obamanın "qara siyahı"sındakı azərbaycanlı kimdir?
    20.05.2013 00:53
    Mayın 7-də Rusiyanın ən qədim tarixə malik "Matrosskaya tişına" təcridxanasından qaçan Oleq Topalov 24 saat sonra həbs edildi.Mayın 13-də isə təcridxananın rəisi Fikrət Tağıyevin işdən azad edilməsi barədə məlumat yayıldı. Amma tezliklə azərbaycanlı polkovnikin işdə...
  • Azərbaycana ikincilik bəxş edən Fərid Məmmədova hörmətsizlik
    20.05.2013 10:58
    Mayın 18-də İsveçin Malmö şəhərində keçirilən 57-ci beynəlxalq "Eurovision" musiqi yarışmasında ölkəmizi ləyaqətlə təmsil edən və 30 ölkədən səs alaraq Avropa ikincisi olan Fərid Məmmədova qarşı vətənində sayğısızlıq olub. Belə ki, əldə etdiyimiz məlumat...
XƏBƏR LENTİ
Topnews.az facebook page
  • Sevgililər günündə filarmoniyada konsert olacaq
    20.05.2013 20:35
    http://ann.az/file/pic/news/2013-02-az/sevgili.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/sevgili.jpg
    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının konserti olacaq.

    14 fevral - Sevgililər günündə baş tutacaq konsertdə ansamblın solistləri olan əməkdar artistlər Almaz Orucova, Sevinc Hüseynli, Elza Seyidcahan, Lalə Məmmədova və digərləri musiqili nömrələrlə çıxış edəcəklər. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri səslənəcək.

    Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev, musiqi rəhbəri isə əməkdar artist Etibar Qasımbəylidir.

    Anspress
    0
    Mənbə: ann.az  
  • Siyavuş Novruzov Söyün Sadıqovdan danışdı
    20.05.2013 20:34
    http://ann.az/file/pic/news/2013-02-az/siyavus-novruzov.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/siyavus-novruzov.jpg
    "Görün, Rusiya nə vəziyyətə düşüb ki, onun adından, onun mövqeyindən Söyün Sadıqov kimi səviyyəsiz bir adam çıxış edir, hətta ultimatumlar verir. Söyün Sadıqov tez-tez Rusiya adından çıxış edirsə, deməli, o, ölkə yaxşı vəziyyətdə deyil".

    Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin (AzerRos) keçmiş prezidenti, hazırda partiya yaratmaqla məşğul olan "Milyarderlər ittifaqı"nın üzvü Söyün Sadıqovun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuata son ultimativ xarakterli açıqlamasına münasibət bildirərkən deyib.

    S.Novruzov qeyd edib ki, Söyün Sadıqov siyasət aləmində yeri olmayan adamdır: "Onu özünün də xəbəri olmadan atıblar ortaya, o da ağzına gələni danışır, Azərbaycan hakimiyyəti ilə bağlı proqnozlar və ultimatumlar göndərir. Azərbaycan müstəqil ölkədir və xalq da bütün proseslərdə olduğu kimi, prezident seçkilərində də kimi dəstəkləsə, o da qalib olacaq. Xalq bu gün İlham Əliyevi prezident görmək istəyir və YAP da, digər həmrəy partiyalar da buna hazırdır. Ona görə də Söyün Sadıqovun danışdıqları boş-boş şeylərdir. Azərbaycan xalqı o günə qalmayıb ki, prezident seçkilərini Söyün Sadıqov kimi kiminsə ultimatumlarını bəyan edən birinin proqnozlarına görə keçirsin".

    S.Sadıqovun artıq Azərbaycan cəmiyyəti üçün mənfi imicli insan olduğunu deyən S.Novruzov onun "müəyyən dairələrə birbaşa xidmət etdiyini" bildirib: "Bu açıqlamaları ilə də o dairələrin sifarişlərini yerinə yetirir".

    Qeyd edək ki, Söyün Sadıqov ötən gün mətbuata açıqlamasında prezident Vladimir Putin ilə eyni mövqedə olduqlarını və onun Avrasiya İttifaqı ilə bağlı irəli sürdüyü ideyaları dəstəklədiklərini bildirib. O deyib ki, Rusiya azərbaycanlıları Azərbaycanda o namizədi dəstəkləyəcək ki, proqramı Rusiya ilə sonrakı dostluq münasibətlərinin saxlanılmasına istiqamətlənsin. O, Rusiyanın adından ultimatumlar da göndərib: "İndiki prezident Əliyev öz ətrafındakı bəzi adamlardan yaxa qurtarmalıdır. Hansı ki, onlar xalq arasında nüfuzu olmayan məmurlardır. Həmçinin o, regionlarda daha çox iş aparmalıdır".

    APA
    0
    Mənbə: ann.az  
  • Nəqliyyatda vahid kart sisteminə keçid may-iyun aylarında başlayacaq
    20.05.2013 20:34
    http://ann.az/file/pic/news/2013-02-az/ziya-memedov.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/ziya-memedov.jpg
    Nəqliyyatda vahid kart sisteminə keçidin birinci mərhələsinə may-iyun aylarında başlanması nəzərdə tutulur.

    Bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ilkin mərhələdə təxminən 500 min sərnişin avtobusunda bu proses gedəcək: "Sonra isə proses zamanla davam etdiriləcək və daha çox avtobusu əhatə edəcək".

    Sərnişin avtobuslarını sayının azaldılması barədə deyilənlərə münasibət bildirən Z. Məmmədov deyib ki, əslində say azaldılmayıb, sadəcə, marşrutların optimallaşdırılması prosesi gedir: "Bu proses getməlidir. Heç bir azaldılmadan söhbət getmir. Avtobuslar yenilənir, modernləşdirilir. Bütün bunlar da sərnişinlərə xidməti yaxşılaşdıracaq".

    APA
    1
    Mənbə: ann.az  
  • Vergi işçilərinə endirimli kredit
    20.05.2013 20:33
    http://ann.az/file/pic/news/2013-02-az/00123.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/00123.jpg
    Unibank peşə bayramları münasibətilə VERGİ işçilərini təbrik edir.  Vergi  işçilərinin peşə bayramı münasibətilə, xüsusi kredit aksiyası başlayıb. Bu gündən martın 11-dək davam edəcək aksiya çərçivəsində, vergi əməkdaşları  Unibankdan 2% endirimlə kredit ala biləcəklər. 3-30 ay müddətli kreditin maksimal həcmi 5000 AZN-dir.  Minimal əmək haqqına tələbin olmadığı krediti, Azərbaycan Respublikasında qeydiyyatda olan hər bir Vergi işçisi ala bilər.

    Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Vətəndaşların böyük marağına səbəb olan arayışsız kreditləri əhali üçün daha da sərfəli etmək məqsədilə, Unibank faiz dərəcələrini kəskin aşağı salıb.

    Bankın yeni aksiyası çərçivəsində, müştərilər 6% daha ucuz kredit əldə edə bilərlər.  6% daha ucuz kreditlər 3 aydan 6 ayadək müddətə götürülən kreditlərə şamil edilir. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Unibankın 6 aya 6%  endirimli, arayışsız kredit kampaniyası fevralın 28-dək qüvvədədir.

    Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.

    Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.

    Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə

    günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.
    1
    Mənbə: ann.az  
  • Türkiyə Suriya sərhəddində partlayış, 5 ölü, 30 yaralı
    20.05.2013 20:31
    http://ann.az/file/pic/news/2013-02-az/hatay.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/hatay.jpg
    Bu gün Hatayın Reyhanlı qəsəbəsində Türkiyə və Suriya sərhədi yaxınlığında partlayış nəticəsində 7 mülki şəxs həlak olub.

    ANN.Az-ın "Hürriyet"-ə istinadən verdiyi xəbərə görə, Cilvegözü sərhəd qapısı yanında baş verən partlayışda 30-a yaxın adam yaralanıb.

    Partlayış Suriya nömə nişanı olan avtomobildə baş verib. Hadisə zamanı yaralananlar arasında həm türklər, həm də suriyalılar var.

    1
    Mənbə: ann.az  
  • Müxalifət liderinin qızları həbs edildi
    20.05.2013 20:30
    http://ann.az/file/pic/news/2013-02-az/musevi1.jpg
    http://ann.az/file/pic/news/2013-02-az/musevi1.jpg
    İranın nüfuzlu müxalifət lideri Mir Hüseyn Musəvinin qızları saxlanılıb.

    ANN.Az-ın "Huffington post"-a istinadən verdiyi xəbərə görə, bu haqda İran müxalifətinə məxsus internet səhifələrindən birində məlumat verilib.

    "Kaleme.com"-da verilən məlumata görə, polis Zəhra və Nərgiz Musəvinin evlərində axtarış keçirdikdən sonra onları həbs edib. Onların hara aparıldığı məlum deyil.

    1
    Mənbə: ann.az  
  • BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Şəkidə məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür
    20.05.2013 20:30
    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson mayın 20-də Şəki rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Nümayəndə heyətinin tərkibinə həmçinin qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Məcburi Köçkünlərin Monitorinqi Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri daxil idilər.

    AzərTAc xəbər verir ki, BMT-nin rəsmisi ilə əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətində görüş olmuşdur. Qonaqların diqqətinə çatdırılmışdır ki, Şəki rayonunun ərazisində Dağlıq Qarabağ və ətraf rayonlardan olan 1257 ailə və ya 5 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onlara daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Məlumat verilmişdir ki, 2012-ci ilin sentyabrında rayonun Kiş bələdiyyəsinin ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

    Görüşdən sonra BMT-nin nümayəndəsi və digər qonaqlar məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gəlmiş, ərazidə yerləşən məktəbə, klub-icma mərkəzinə, inzibati binaya baxmışlar. Bildirilmişdir ki, 423 ailənin yaşadığı bu qəsəbənin sakinləri əsasən Laçın, Ağdam, Kəlbəcər, Şuşa və Xocalıdan olan məcburi köçkünlərdir.

    Qonaqlar köçkünlərin yaşayış şəraiti ilə də maraqlanmış, şəhid ailəsinin evində olmuşlar. Daha sonra BMT-nin nümayəndəsi rayonun Vərəzət kəndində məskunlaşmış məcburi köçkün ailələri ilə görüşmüşdür.

    Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olmuşlar.
    1
    Mənbə: azertag.com  
  • Ev alqı-satqısı ilə məşğul olan firma rəhbəri kirayənişini zorladı
    20.05.2013 20:30
    http://anspress.com/images/photos/34155.jpg
    http://anspress.com/images/photos/34155.jpg
    Ev alqı satqısı ilə məşğul olan firma rəhbəri mənzili 10 gün müddətinə kirayəyə verdiyi rus vətəndaşını zorlayıb. Daşınmaz Əmlak Firmasının rəhbəri kirayə verdiyi mənzilin açarlarından birini qadına təqdim edib, ertəsi gün isə gecə saat 05:00 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tədbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb və firma rəhbəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, bir müddət əvvəl də oxşar hadisə baş vermişdi. Binəqədi rayonunda kirayə verilən evə baxış keçirən qadını ev dəllaları zorlamışdı.

    10 ildən çoxdur ki, daşınmaz əmlak bazarında çalışan Bahadur İbrahimov deyir ki, bü cür hadisələrin baş verməsi ev alqı-satqısı ilə məşğul olanlara inamı azaldır. Vətəndaşlar bu çür şəxslərə müraciət edərkən maksimum diqqətli olmalı və peşəkar eyni zamanda tanınmış agentlərlə iş qurmalıdırlar.

    Daşınmaz əmlak agentliyinin rəhbəri, Bahadur İbrahimov: "Yaxşı xidmət göstərməlidir açarı da çalışıb dəyişsinlər biz həmişə təklif edirik".

    Şəhər sakinləri arasında apardığımız sorğu göstərdi ki, ötən illərlə müqayisədə mənzil alarkən, ev kirayələyərkən ev alqı-satqısını həyata keçirən şəxslərə müraciət edənlərin elə onlara inananların da sayı azalıb.

    Ev alqı-satqısı ilə məşğul olanlar özləri isə hesab edir ki, onlara etimadın olmamasının əsas şərtlərindən biri həm də fəaliyyətlərini tənzimləyən qanunun yoxluğudur.
    1
    Mənbə: anspress.com  
  • Xaricdə müalicə olunmaq üçün 613 nəfər Səhiyyə Nazirliyinə müraciət edib
    20.05.2013 20:29
    Bu il ərzində Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sına 613 nəfər müraciət edib.

    Komissiyanın sədri Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, onlardan 70 nəfəri əlillik dərəcəsi və onurğa beyninin zədəsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə Ukraynanın Saki şəhərinə göndərilib: "Amma konkret xəstəliklər üçün heç kim xaricə göndərilməyib, onların ölkə daxilində müalicəsi təşkil olunub. Bu gün artıq ölkədə əksər xəstəliklərin müalicəsini edə bilərik. Bunun nəticəsində isə xaricə müalicə üçün getməyin aktuallığı itmək üzrədir və ildən-ilə xaricə müalicə üçün göndərilən xəstələrin sayı azalır".

    N. Quliyev qeyd edib ki, 2012-ci ildə komissiyada 1093 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, qeydiyyatdan keçənlərdən ancaq 4 nəfəri müalicə üçün ölkədən kənara göndərilib, 85 nəfəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ukraynanın Saki şəhərində sanatoriya və reabilitasiya müalicəsində olublar.
    1
    Mənbə: azadinform.az  
  • Baş nazirdən tarixi çağırış
    20.05.2013 20:29
    http://xezerxeber.com/NewsImage/Nurielmamaliki.jpg
    http://xezerxeber.com/NewsImage/Nurielmamaliki.jpg
    İraqın baş naziri Nuri Əl-Maliki ərəb ölkələrində baş verən məzhəblərarası qarşıdurmaların qarşısını almaq üçün maraqlı təklif irəli sürüb.

    "Frans Press"in verdiyi məlumata görə Maliki İraqdakı məzhəblərarası müharibənin qarşısını almaq üçün sünni və şiələri məscidlərdə birgə namaz qılmağa çağırıb.

    Maliki bildirib ki, məscidləri dağıdanlar, şiə və sünni düşmənləridirlər, onların məqsədləri etnik və məzhəbi zəmində çaxnaşmalar yaratmaqdır.
    1
    Mənbə: xezerxeber.com  
  • Azərbaycanda keçmiş polis zabiti özünü asdı
    20.05.2013 20:28
    http://www.milli.az/bpictures/picture189712.jpg
    http://www.milli.az/bpictures/picture189712.jpg
    Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 20-də saat 18:35 radələrində qeydə alınıb. Şəhərin professor Hənifə Abdullayev küçəsi, ev 4, mənzil 9-da yaşayan 1960-cı il təvəllüdlü Təbriz Zakir oğlu Quliyev yaşadığı mənzildə özünü asmaqla intihar edib. Mərhum uzun müddət polis orqanlarında çalışıb. Polis mayoru rütbəsində təqaüdə çıxıb. Hadisənin başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

     

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

    1
    Mənbə: milli.az  
  • Azərbaycanın sığorta bazarına xarici investisiya axını azalıb
    20.05.2013 20:28
    http://anspress.com/images/photos/31677.jpg
    http://anspress.com/images/photos/31677.jpg
    Azərbaycanın sığorta bazarına xarici investisiya axını azalıb. Hətta bir neçəsi ölkəni tərk edib. Belə ki, dünyada gedən maliyyə böhranından təsirlənən bir neçə bank ölkədə fəaliyyətini məhdudlaşdırmağ qərarı verib. Bu isə onlarla əlaqəli işləyən sığorta şirkətlərinə də birbaşa təsirini göstərib. Mütəxəssislər bu gərginliyin ilin sonuna kimi tədricən səngiyəcəyini düşünürlər.

    Qeyd edək ki, xarici sığorta şirkətləri əsasən ölkədə təkrar sığorta bazarına maraq göstərirlər. Lakin yerli rəqibləri onların ilkin bazarda görünməsini məqbul sayırlar.

    Xarici kapitalın azalmasını və əcnəbi sığorta şirkətlərinin ölkəni tərk etməsini təsdiqləyən Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti xidmətinin rəisi Namiq Xəlilov isə deyir ki, yaxın gələcəkdə sığorta bazarına kapital başqa bir istiqamətdən daxil olacaq.

    Belə ki, Maliyyə Nazirliyi bir neçə beynəlxalq qurumla danışıqlar aparıb və yaxın günlərdə müqavilələr imzalana bilər. Bu layihələrə görə, böyük riskləri qarşılayan xarici şirkətlər Azərbaycanda avtomobil sığortası üzrə yeni sistem quracaq. Və bu sistemə sığorta şirkətləri, avtomobil təmiri mərkəzləri onlayn qaydada qoşulacaq. Xidmətlər və qiymətlər elektron qaydada mərkəzləşdiriləcək

    İlin sonuna kimi sığorta bazarında 30 faizədək yüksəlmənin olacağını deyən xidmət rəisinin fikrincə artım daha çox könüllü sığortanı əhatə edəcək.

    Apardığımız sorğudan isə məlum oldu ki, əhali hələ də sığortanı könüllü etdirməyə maraqlı deyil səbəb isə .

    Məlumat üçün bildirək ki, son 4 ay ərzində ölkə üzrə vətəndaşlardan 138 milyon 712 min manat sığorta haqqı yığılıb və bu məbləğdən 38 milyon 211 min manatı sığorta şirkətləri tərəfindən ödəniş formasında geri qaytarılıb.
    1
    Mənbə: anspress.com  
  • Sabirabadda "2015-ci ildən sonrakı əsas inkişaf məsələləri: kənd qadınlarının iqtisadi və sosial imkanlarının genişləndirilməsi" mövzusunda regional tədbir keçirilmişdir
    20.05.2013 20:21
    Mayın 20-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində "2015-ci ildən sonrakı əsas inkişaf məsələləri: kənd qadınlarının iqtisadi və sosial imkanlarının genişləndirilməsi" mövzusunda regional tədbir keçirilmişdir.

    AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramının və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Salyan, Şirvan və Beyləqan rayonlarının icra hakimiyyətləri strukturlarının məsul işçiləri, qadın sahibkarlar, qadın məsələləri ilə məşğul olan QHT-lərin rəhbərləri, bələdiyyə üzvləri, KİV təmsilçiləri iştirak etmişlər.

    Toplantıda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Antonius Bruk mövzu ilə bağlı çıxış etmişlər.

    Regional tədbirdə, həmçinin Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın "Minilliyin inkişaf məqsədləri və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri: bizim istədiyimiz dünya və 2015-ci ildən sonra yaşamaq istədiyimiz Azərbaycan", Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Serhan Aktoprakın "Miqrasiyaya aid olan məsələlərin 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinə daxil olunması: Azərbaycanda əmək miqrasiyası və onun qadınlara göstərdiyi təsir" mövzularında məruzələri dinlənilmişdir. Həmçinin "2015-ci ildən sonrakı əsas inkişaf məsələləri: kənd qadınlarının iqtisadi və sosial imkanlarının genişləndirilməsi" mövzusunda müzakirələr aparılmışdır.

    Qeyd olunmuşdur ki, Azərbaycan digər 189 üzv dövlətlə birgə 2000-ci ilin sentyabrında BMT Sammitində 2015-ci ilə qədər insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul etmişdir.

    Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisi hökumət və digər tərəfdaşlarla birgə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf gündəliyinə dair müzakirələrin bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədilə milli məsləhətləşmələrə başlamışdır.

    Bildirilmişdir ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və 2015-ci ildən sonrakı qlobal məsləhətləşmələrdə önəmli yer tutur.

    Regional tədbir öz işini plenar iclaslarda davam etdirmişdir.
    36
    Mənbə: azertag.com  
  • Gəncədə "Hüquqi yardım almaq: mövcud vəziyyət və problemlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir
    20.05.2013 20:21
    Gəncədə Azərbaycan Hüquqşünaslar Konfederasiyası və İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə "Hüquqi yardım: mövcud vəziyyət və problemlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

    AzərTAc xəbər verir ki, yerli dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən "dəyirmi masa"da Azərbaycan Respublikası Konstitusiyanın 61-ci, insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddələri və onlardan irəli gələn vəzifələrin vətəndaş cəmiyyətində tətbiqi və inkişaf etdirilməsi ətrafında müzakirələr aparılmışdır.

    "Dəyirmi masa"da, həmçinin həmin müddəalarda qeyd olunan hüquqların məhkəmə tərəfindən müdafiəsi və insanlara hüquqi yardım göstərilməsinin, eləcə də bu sahədə mövcud problemlərin aradan qaldırılması yolları barədə fikir və təkliflər də səsləndirilmişdir.
    1
    Mənbə: azertag.com  
  • İlan sancması ilə bağlı 5 nəfər reanimasiyaya yerləşdirilib
    20.05.2013 20:20
    http://anspress.com/images/photos/2631.jpg
    http://anspress.com/images/photos/2631.jpg
    Havalar hələ tam istiləşməsə də ilan sancmalarının sayı artıb. Hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancma ilə bağlı 5 xəstə müalicə alır. Xəstələrdən biri Bərdə sakini 15 yaşlı Aqif Abbasov gecə tokskilogia şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan çəkilişə icazə verilməsə də qohumlarından öyrəndik ki, Aqifi ilan həyətdə gəzərkən sancıb.

    Kliniki Tibbi Mərkzin şöbə müdiri Azər Maqsudovun sözlərinə görə bu il 8 nəfər ilan sancma ilə mərkəzə müraciət edib. hazırda reanimasiyada olan 5 nəfərin hamısını gürzə ilanı sancıb.

    Həkimin sözlərinə görə Bakı kəndlərindən əqrəb sancması ilə də müraciət edənlər var. Amma həmin sancmalar zəhərlənmə olmadığından yüngül müalicə ilə evə buraxılır.
    1
    Mənbə: anspress.com  
  • Apple və Samsung arasında müahribə qızışır
    20.05.2013 20:20
    http://www.milli.az/bpictures/picture189619.jpg
    http://www.milli.az/bpictures/picture189619.jpg
    Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple və ya Samsung ticarət markası altında çıxarılan hər yeni qurğu münaqişəni daha da alovlandırır.

    Ubergizmo portalı Sammobile-ə istinadən bildirir ki, bu cür qurğulardan biri 2 ay əvvəl təqdim edilmiş Samsung Galaxy S4 smartfonu olub: Apple şirkəti bu cihazı onun patent hüququnu pozan qara siyahısına əlavə etmək niyyətindədir.

    Hazırda Apple şirkətinin qara siyahısı aşağıdakı kimidir: Samsung Admire, Samsung Captivate Glide, Samsung Conquer 4G, Samsung Dart, Samsung Exhibit II 4G, Samsung Galaxy Nexus, Samsung Galaxy Note, Samsung Galaxy Note 10.1, Samsung Galaxy Note II, Samsung Galaxy Player 4.0, Samsung Galaxy Player 5.0, Samsung Galaxy Rugby Pro, Samsung Galaxy S II, Samsung Galaxy S II Epic 4G Touch, Samsung Galaxy S II Skyrocket, Samsung Galaxy S III, Samsung Galaxy Tab 7.0 Plus, Samsung Galaxy Tab 8.9, Samsung Galaxy Tab 2 10.1, Samsung Illusion, Samsung Stratosphere və Samsung Transform Ultra.

    1
    Mənbə: milli.az  
  • ÇL-in finalını idarə edəcək hakim açıqlanıb
    20.05.2013 20:19
    http://ann.az/file/pic/news/2013-05/1369044466_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1369044466_1.jpg
    Futbol üzrə UEFA Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb.

    Mayın 25-də Londondakı məşhur "Uembli" (Wembley) stadionunda Almaniyanın iki komandası - "Bavariya" və "Borussiya" (Dortmund) arasındakı qarşılaşmanı italiyalı Nikola Rizzoli idarə edəcək.

    Qeyd edək ki, final matçına əsas namizədlərdən biri türkiyəli Cüneyt Çakır idi. Lakin C. Çakırın bu il Çempionlar Liqasındakı "Mançester Yunayted" - "Real" (Madrid) matçında buraxdığı səhvlər UEFA-nın başqa namizədə üstünlük verməsinə səbəb olub. C. Çakır bu mövsüm idarə etdiyi son qarşılaşmada - mayın 12-də Türkiyə çempionatında "Fənərbağça" ilə "Qalatasaray" arasındakı matçda da kobud səhvlərə yol vermişdi.

    APA
    1
    Mənbə: ann.az  
  • Suriyada son bir gün ərzində gedən döyüşlərdə ölənlərin sayı 130 nəfərə çatmışdır
    20.05.2013 20:13
    Suriyada son bir gün ərzində gedən qanlı döyüşlərdə ölənlərin sayı 130 nəfərə çatmışdır.

    "Əl-Cəzirə" kanalının məlumatına görə, hökumət qüvvələri hava zərbələrindən sonra üsyançıların nəzarətində olan Əl-Quseyr şəhərinə daxil ola bilmişlər. Məlumatda deyilir ki, ordu Əl-Quseyri ələ keçirəcəyi təqdirdə, Homs əyalətinə bütünlüklə nəzarət edə biləcəkdir. Tərəflər arasında ən gərgin toqquşmalar paytaxt Dəməşq və onun ətrafında, eləcə də Hələb və İdlibdə də qeydə alınmışdır.

    Suriya müxalifətinin milli koalisiyası ərəb dövlətlərinin xarici işlər nazirlərini Əl-Quseyrin müdafiəsinə dair fövqəladə toplantı keçirməyə çağırmışdır. Öz növbəsində, Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Ərəbi tərəfləri insan tələfatına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə, bütün müvafiq regional və beynəlxalq təşkilatları Suriyada baş verən hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə səsləmişdir.
    1
    Mənbə: azertag.com  
  • Azərbaycan İpoteka Fondunun istiqrazlarının 10 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
    20.05.2013 20:12
    Mayın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 10 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

    BFB-dən AzərTAc-a sərmayədar iştirak etmişdir.

    İstiqraz vərəqələrinin ödəmə tarixi 2022-ci il noyabrın 6-dır.
    1
    Mənbə: azertag.com  
  • Fransanın "Air France" aviaşirkəti 500 iş yerini ixtisar etmək niyyətindədir
    20.05.2013 20:10
    Fransanın "Air France" aviaşirkəti bu il 500 iş yerini ixtisar etmək niyyətindədir. İxtisar planı ekipaj üzvlərinə də şamil olunacaqdır.

    Bunu aviaşirkətin mətbuat xidməti "France-Presse" agentliyinə açıqlamasında bildirmişdir. Qeyd olunur ki, "Air France" son illər Yaxın Şərq və Asiyada aviaşirkətlərin sayının artması və daha sərfəli uçuş təklifləri səbəbindən güclü rəqabətlə üzləşmişdir.
    1
    Mənbə: azertag.com  
  • E-oğrularla mübarizə ciddiləşir
    20.05.2013 20:09
    http://xezerxeber.com/NewsImage/elektronogru200513.jpg
    http://xezerxeber.com/NewsImage/elektronogru200513.jpg
    Oğurluğun internetdən və digər informasiya texnologiyalarında istifadə etməklə törədilməsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun qəbul edilib.

    Qanuna əsasən oğurluq cinayətinin elektron və ya digər məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi oğurluğun ağırlaşdırıcı halları hesab ediləcək və buna görə daha ağır cəza təyin ediləcək.

    Dəyişikliyə səbəb son dövrlər internet və digər elektron vasitələrlə vətəndaşların şəxsi hesabından, bankomatlardan pul oğurluğunun artmasıdır.

    İnformasiya texnologiyalarının sürətli inkişafı bütövlükdə ölkələr üçün uğur sayılsa da, həm də cinayətkarların da yeni texnologiyalardan istifadə etməklə cəmiyyətə təhlükə yaratmasına şərait yaradır.

    Internetdən və digər müasir texnologiyalardan cinayətin törədilməsi vasitəsi kimi istifadə olunması hallarının tənzimlənməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün dövlət adekvat addımlar atır.

    Məcəlləyə edilən bu dəyişiklik də internetdən vətəndaşlara təhlükə yaradan qeyri qanuni istifadənin qarşısının alınması istiqamətində növbəti addım hesab edilməlidir.

    Azvision.az
    1
    Mənbə: xezerxeber.com  
  • İsa Qəmbər xaricə gedir
    20.05.2013 20:08
    Sabah Müsavat Partiyasının başqanı İsa Qəmbər və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı İsveçə yola düşəcək.

    Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Müsavat təmsilçilərinin səfər çərçivəsində bir sıra önəmli görüşləri planlaşdırılıb.

    İsveç səfərindən sonra Müsavat başqanı Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə qatılacaq.

    Səfər proqramı mayın 26-si tamamlanacaq.

    A.RÜSTƏMOV
    1
    Mənbə: modern.az  
  • Elza Seyidcahan: "Fəridin nənəsi dedi ki..."
    20.05.2013 20:08
    http://www.milli.az/bpictures/picture189711.jpg
    http://www.milli.az/bpictures/picture189711.jpg
    Əməkdar artist Elza Seyidcahan "Eurovision-2013" təmsilçimiz Fərid Məmmədov haqda danışıb.

    Axşam.az saytının müxbirilə söhbətində müğənni bildirib ki, illər öncə Fəridə əməkdar artist Aybəniz Haşımovanı məsləhət görüb:

    "Fərid hələ uşaq olarkən nənəsi yanıma gətirib dedi ki, ona dərs keçim, oxumağı öyrədim. Mən də Aybəniz Haşımovanı məsləhət gördüm. Dedim o, həm qonşundur, həm də səninlə daha yaxşı məşğul olacaq. Bir müddətdən sonra gördüm Fərid məsləhətimə qulaq asıb, "Bülbüllər"də çıxış edir".

     

    E.Seyidcahan Fəridin "Eurovision" səhnəsindəki çıxışına heyran qalıb:

    "Rəqs hərəkəti, oxuması o qədər düzgün idi ki... Onun mükəmməl çıxışından sonra azərbaycanlı olmağımla bir daha fəxr etdim. Etiraf edim ki, Fərid bu günə kimi ölkəmizi təmsil edən iştirakçılar arasında ən istedadlısıdır. Canlı ifasına heyran qaldım. Sanki fonoqramla oxuyurdu".

    Əməkdar artist gələcəkdə "Eurovision" üçün tələbə hazırlayacağını da deyib:

    "İstərdim ki, mənim də tələbəm "Eurovision" səhnəsində ifa etsin. Hətta gələcəkdə müsabiqə üçün mahnı yazmağı planlaşdırıram. "Eurovision"da olmasa belə, başqa bir müsabiqədə ölkəni mütləq özüm təmsil edəcəyəm".

    1
    Mənbə: milli.az  
  • Röya: "Ağ günlərə çıxmışıq, çox xoşbəxtəm mən"
    20.05.2013 20:08
    http://anspress.com/images/photos/35154.jpg
    http://anspress.com/images/photos/35154.jpg
    İki məşhur müğənni Röya və Abbas Bağırov birlikdə həm duet oxuyublar, həm klip çəkdiriblər. İndi isə bölgələrdə konsert verməyə hazırlaşırlar.

    Müğənni Röya Ayxan: " Ağ günlərə çıxmışıq, çox xoşbəxtəm mən. Yay vaxtı ancaq gedib Azərbaycanın gözəl güşələrində konsert vermək olar. Hansıki illərlə bizi görmürlər".

    Əməkdar artist Abbas Bağırov: "Bu il mən də söz verdiyim kimi möhtəşəm bir konsert verəcəm. Röya da orda olacaq. "Vətənim Azərbaycanım" layihəsi artıq yayımlanır".
    1
    Mənbə: anspress.com  
  • Almaniyanın xüsusi xidmət orqanları Bundestaq tərəfindən tənqid olunmuşdur
    20.05.2013 20:00
    "NSU" neonasist şəbəkəsi ilə bağı təhlükəsizlik orqanlarının işini araşdıran Bundestaq komissiyası alman xüsusi xidmət orqanlarını tənqid etmişdir.

    "Deutsche Welle" saytının məlumatına görə, komissiya məsələ ilə bağlı təhlükəsizlik orqanlarının işinin uğursuzluğa düçar olduğu qənaətinə gəlmişdir. Ekspertlərin fikrincə, federal qurumlar sağçı radikalizmə qarşı mübarizə apara bilmirlər. Komissiyanın rəhbəri, Sosial Demokratlar Partiyasını təmsil edən deputat Sebastian Edati polisin və xüsusi xidmət orqanlarının fəaliyyətinin hüquqi dövlətə layiq olmadığını demişdir. Komissiya təhlükəsizlik strukturlarının sağçı ekstremizmə qarşı mübarizəyə hazır olmadığını vurğulamışdır.

    Qeyd edək ki, Bundestaqın məsələ ilə bağlı xüsusi komissiyası 2012-ci ilin yanvarında təşkil edilmişdir. 16 ay ərzində deputatlar şahidlərin və xüsusi xidmət orqanları rəhbərlərinin ifadələrini dinləmişlər. Qarşıdakı aylarda isə komissiyanın hesabat üzərində işi bağlı qapılar arxasında davam etdirəcəyi bildirilmişdir. Hesabat sentyabrın 3-də Bundestaqa müzakirə üçün təqdim ediləcəkdir.
    1
    Mənbə: azertag.com  
  • Uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin yekun konserti təqdim ediləcəkdir
    20.05.2013 20:00
    Mayın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinin yekun konserti təqdim ediləcəkdir.

    AzərTAc xəbər verir ki, konsertdə C.Hacıyev adına 3 nömrəli, Ə.Bakıxanov adına 6 nömrəli, K.Səfərəliyeva adına 16 nömrəli, Niyazi adına 22 nömrəli, Ş.Ələkbərova adına 20 nömrəli, 28 nömrəli uşaq musiqi məktəblərinin, Q.Qarayev adına 8 nömrəli, R.Behbudov adına 2 nömrəli, R.Hacıyev adına 15 nömrəli, Ə.Bədəlbəyli adına 23 nömrəli və gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəblərinin xor kollektivləri və birləşmiş xor çıxış edəcəkdir.
    6
    Mənbə: azertag.com  
  • Avstraliyada ən güclü avtomobil
    20.05.2013 19:59
    http://www.milli.az/bpictures/picture189612.jpg
    http://www.milli.az/bpictures/picture189612.jpg
    Bu versiya "Holden VF Commodore"-un bazasında düzəldilib və ondan daha güclü mühərrik, banın idman asması, tamamlanmış asıılqan və yenilənmiş interyer bəzəyi ilə fərqlənir.

    Milli.Az Auto.az-a istinadən bildirir ki, Avstraliyada ən güclü və sürətli avtomobil adlandırılan yenilik beş müxtəlif modifikasiyada əlverişli olacaq. Top versiya "HSV Gen F GTS"-in minimum qiyməti 100 000 dollar olacaq. Avtomobilin satışlarının başlanğıcı cari ilin sentyabr ayına nəzərdə tutulub. "HSV Gen F" sedan (Senator Signature), universal (Clubsport Tourer) və pikap (Maloo) banında təklif olunacaq. Hər versiya da iki variasiyada əlverişli olacaq.

    Top "HSV Gen F GTS"-nin kapotunun altında 6,2-litrlik V-şəkilli səkkizsilindrli LSA mühərriki gizlənir. Bu mühərrik 585 a.g. maksimal sürət və 740 Nm pik fırlanma anı verir. Transmissiya kimi alıcıya 6-pilləli avtomat və ya 6-pilləli mexaniki sürət qutusu təklif olunacaq. İdman sedanı yerindən 100 km/saata 4,5 saniyəyə sürətlənə bilir. Elektronika ilə məhdudlanmış maksimal sürət isə 250 km/saatdır.

    "Yükləmiş" versiyanı idman qazçıxma sistemi, mükəmməlləşdirilmiş buraxılış sistemi, daha effektiv mühərriki soyutma sistemi, fırlanma anının paylanması sistemi, 6-porşenli supportları olan çox məhsuldar əyləc sistemi, modernləşdirilmiş arxa asılqan, üç iş rejimi olan amortizatorlar və yenidən işlənmiş bamperlər, ventilyasiya olunmuş qabaq qanadlar, yük yeriin spoyleri, işıqdiodlu hərəkət işıqları və 20 düymlük qara yüngül lehimli disklərdən ibarət banın idman asması ilə təchiz ediblər.

    "Driver Preference Dial" sistemi sayəsində sürücü sabitlik sisteminin işinə, sükan idarəetməsinə, trekşn-kontrol və qazçıxmanın səsində dəyişikliklər edə biləcək. Avtombilin salonunda dəri idman oturacaqları, idman sükanı, alüminium pedallar, karbon və metal dekorativ qoymalar, multimedia sisteminin böyük sensorlu ekranı və proyeksiya displeyi görmək olar. Avtomobilin standart komplektasiyasına arxa görünüş kamerası, avtomatik parketmə sistemi və ölü zonaların monitorinqi sistemi daxildir.

    5
    Mənbə: milli.az  
  • Sərxoş vəziyyətdə it gəzdirən şəxslər cəzalandırılacaq
    20.05.2013 19:52
    http://img.sia.az/news/2013/siaphoto_348866.jpg
    http://img.sia.az/news/2013/siaphoto_348866.jpg
    Ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar sərtləşdirilir və yeni cəzalar müəyyənləşdirilir. SİA-nın məlumatına görə, məsələ Milli Məclisdə müzakirə olunacaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik ediləcək.

    Belə ki, dəyişikliklə baytarlıq xidməti ilə razılaşdırmadan ev heyvanları yarışlarının keçirilməsinə; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi saydan artıq saxlanılmasına; ev heyvanlarının baytarlıq uçotuna alınmadan saxlanılmasına, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına; yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsdədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsliməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməsinə görə - 200 manat miqdarında cərimə nəzərdə tutulur.

    Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə 5 manatdan 20 manatadək miqdarda cərimə edilir
    5
    Mənbə: sia.az  
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri