yuxarıya
Onlayn Ödəmə
Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var
16.06.2012 10:35
A A
Azərbaycan, Bakı, 16 iyun /Trend /

Biləsuvar rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü E.F.Səlimov və avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Səlimova Günay Rüstəm qızı aldıqları ağır bədən xəsarətləri ilə təcili yardım tərəfindən Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıblar. Xilasedicilər təhlükəsizlik tədbirləri görüblər.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Çingiz Abdullayev "Neftçi"nin rəhbəri seçilib - RƏSMİ
    31.03.2015 18:51
    Klubda struktur dəyişikliyi olubBakı - APA. Bu gün "Neftçi" klubu yeni rəhbərini seçib.Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda "Neftçi"nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz...
  • Bakıda iki nəfər bıçaqlandı
    01.04.2015 14:16
    Bakıda iki nəfər bıçaqlanıb.ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə müxtəlif ərazilərdə baş verib.Binəqədi rayonunda qanlı hadisəni törədən şəxs saxlanılıb.Əməliyyat Binəqədi rayon Polis İdarəsi 4-cü po...
  • Azərbaycanda turizm sahəsində sığorta məsələsinin tətbiqi nəzərdə tutulur
    01.04.2015 13:49
    Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/Azərbaycanda turizm sahəsində sığorta məsələsinin tətbiqi, eyni zamanda turizm şirkətlərinin müştərilərinin sığortalanması nəzərdə tutulur.Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin ...
  • Azərbaycanda daha bir sturuktur islahatı: bu vəzifə ləğv edildi - EKSKLUZİV
    01.04.2015 11:40
    İcra başçılarının aqrar məsələlər üzrə müavini və aqrar şöbə ləğv olunubAzərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının ...
  • Azərbaycanda ana olmağın qiyməti - ARAŞDIRMA
    01.04.2015 11:36
    Azərbaycanda ana olmaq neçəyə başa gəlir? Manatın dollara nisbətən ucuzlaşmasından sonra bu sualın cavabı da dəyişib. Belə ki, bəzi özəl klinikalarda apardığımız araşdırmalarımız zamanı məlum olub ki, doğuşun qiymətləri bir qədər bahalaşıb.Ümumilikdə özəl tib...
  • Güləşçilərimizin I Avropa Oyunları öncəsi növbəti sınağı
    01.04.2015 11:35
    Aprelin 4-5-dəİstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə 33-cü beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.Yarışda 8 pəhlə...
  • İbrahim Tatlısəsin əməliyyatdan sonra ilk SU
    01.04.2015 02:42
    Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin əməliyyatdan sonra ilk dəfə üz görüntüsü yayımlanıb.ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 gü...
  • Ağ Ev: İranın nüvə proqramı üzrə danışıqlar aprelin 1-də davam edə bilər
    31.03.2015 23:03
    Bakı-APA. İranın nüvə proqramı üzrə danışıqlar aprelin 1-də davam edə bilər.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib."Ehtiyac olduğu halda danışıqlar sabah davam edəcək", deyə C.Ernest...
  • FHN 3 nəfəri xilas etdi
    31.03.2015 21:26
    Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb."Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirib, yat...
  • "Yalvarıram qayıt evinə..." - Qızı intihar edən ata
    31.03.2015 20:55
    Bunu AzVision.az-a açıqlamasında Şəki şəhərinin Baş Layısqı kəndində ötən gün yaşadığı evin eyvanında özünü asaraq intihar edən Şəhanə Salahovanın atası Vəli Salahov deyib.O, iki uşaq anası olan qızının intihar etməsinin müəmmalı olduğunu bildirib:"Qızım bi...
XƏBƏR LENTİ
  • Göygölün Xaqani kəndində yanğın hadisəsi baş verib
    01.04.2015 15:33
    http://img.salamnews.org/786efe353857f394f33495de8df185f3/thumb_unnamed (6)_903.jpg
    http://img.salamnews.org/786efe353857f394f33495de8df185f3/thumb_unnamed (6)_903.jpg
    Göygöl, 1 aprel, SalamNews, Q.Rəhimli. Göygöl rayonunun Xaqani kəndində vətəndaşa məxsus tövlədə yanğın baş verib.

    SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində ümumi sahəsi 128 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.

    Bundan başqa, yanğın zamanı tövlənin damına yığılmış üç ton otun bir tonu yanaraq külə dönüb, tövlədə olan 400 cücə isə tüstüdən boğularaq tələf olub.

    Hadisə yerinə çağırılmış yanğınsöndürənlər tövlənin və ot bağlamasının qalan hissəsini yanğından mühafizə ediblər. Yanğının yaşayış evinə keçməyinin qarşısı alınıb.





    0
  • Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib
    01.04.2015 15:32
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Moskva. Fərid Əkbərov - APA. Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki,cinayətdə təqsirləndirilən Həmzat Baxayevin əlinin olması Zaur Dadayevin ifadəsi ilə təsdiqlənib.

    Müdafiə tərəfi isə H. Baxayevin 7 uşaq atası olduğunu əsas gətirərək, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.

    Rusiya İstintaq Komitəsi isə Baxayevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş edib. İstintaq onun azadlığa buraxılacağı təqdirdə qaçıb gizlənəcəyi, istintaqdan yayılacağı ehtimalının yüksək olduğunu bildirib.

    Qeyd olunub ki, B. Nemtsovun qətli ilə bağlı cinayət işi, sifarişçilər və qətldə əli olan digər şəxslərin axtarışları davam etdirilir.

    Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.
    0
  • Ukrayna Saakaşvilinin Gürcüstana ekstradasiyasından qəti imtina etdi
    01.04.2015 15:32
    http://modern.az/images/2014/05/saaka111vili.jpg
    http://modern.az/images/2014/05/saaka111vili.jpg
    Ukraynanın Baş Prokurorluğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bu ölkəyə ekstradasiyasından imtina edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğunu ictimaiyyət və KİV-lə əlaqə idarəsindən bildirilib ki, prokurorluqda Gürcüstanın baş prokuroru və ədliyyə nazirinin Saakaşvilinin cinayət məsuliyyətinə cəlb olunması üçün geri verilməsi ilə bağlı müraciətinə baxılıb.

    Nəticədə Ukraynanın Baş Prokurorluğu belə qərara gəlib ki, keçmiş dövlət başçısının ekstradasiyası xahişi onun siyasi motivli təqibi ilə bağlıdır. Bundan əlavə, onun ekstradasiyasının insan haqları və əsas azadlıqlar üzrə 1950-ci il Konvensiyasının tələblərinə zidd olması qərarına gəlinib.

    Bunları nəzərə alaraq, Ukraynanın Baş Prokurorluğu kimi, mərkəzi hakimiyyət orqanı da Mixail Saakaşvilinin ekstradasiyasından imtina edilib.

    Fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə Mixail Saakaşvilinin sədrliyi ilə Beynəlxalq İslahatlar Şurası yaradılıb.

    0
  • Elçin Mirzəbəyli: "Nə Əli Kərimli, nə də onun qəzeti ictimai rəyə təsir göstərə bilməz"
    01.04.2015 15:32
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    AXCP-nin ruporu olan "Azadlıq" qəzeti iqtidarla dialoq prosesində iştirak edən müxalifət partiyalarına qarşı kampaniyanı dayandırmır.

    Gün.Az xəbər verir ki, "Azadlıq" qəzeti ötən ilin dekabrından başlayan hakimiyyət nümayəndələri ilə müxalifət partiyalarının sədrləri arasında başlayan silsilə görüşlərə qatılan təşkilatları müntəzəm "hədəf"də saxlayır.

    "Azadlıq" qəzetinin bu günkü sayında da Fransaya mühacirət etməsi haqqında məlumat yayılan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun (Güləhmədoğlu) bu mövzuya dair "Yüz minlik mitinqə mane olan nədir?" başlıqlı köşə yazısı dərc olunub.

    Müəllif qəzetin kursuna uyğun olaraq, hakimiyyət-müxalifət dialoqunu və bu prosesdə iştirak edən müxalifət partiyalarını aşağılayıcı ifadələrlə hədəfə götürüb.

    Adıçəkilən qəzetin və müəllifin qeyd olunan yanaşmasını Gün.Az-a dəyərləndirən, haqqında danışılan görüşün iştirakçısı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Elçin Mirzəbəyli hakimiyyət-müxalifət dialoquna qarşı belə mövqe ifadəsinin məqsədli xarakter daşıdığını deyib:

    "Əslində, bu gün Əli Kərimlinin özünün və dəstəsinin belə acınacaqlı vəziyyətə düşməsi onların real vəziyyəti düzgün, obyektiv qiymətləndirə bilməmələrindən irəli gəlir.

    Onların dialoq məsələsinə münasibətləri də digər mövzulardakı fikirləri kimi əsassız və gerçəkliyin təhrifinə yönəlmiş cəhddir. Kərimli və dəstəsi real siyasi proseslərdən qopduğu üçün ölkədə nəyin və necə baş verməsinin fərqində deyil.

    O baxımdan, tamamilə tükənmiş təşkilatın, onun rəhbərlərinin ölkədə gedən prosesləri dərk etmələri, buna adekvat mövqe sərgiləmələri də imkan xaricindədir.

    Belə olan təqdirdə, Kərimlinin dialoq prosesini qaralamağa çalışması, orada iştirak edən partiyaları aşağılamağa cəhd etməsi cılızlıq göstəricisi olmaqla bərabər, həm də özünün mövcudluğunu göstərmək niyyətindən irəli gəlir.

    Bu dəstənin bütün fəaliyyəti əllərindəki qəzet və saxta profillər vasitəsilə müsbət təşəbbüsləri gözdən salmağa, siyasətdə artıq mövcud olmadıqları halda "perspektivləri" haqda yalançı görüntü formalaşdırmağa yönəlib.

    Reallıqda isə onlar yox vəziyyətindədirlər. Baxın, uzağa getməyək, cəmi on il əvvəl Kərimlinin Rəyasət Heyətində təmsil olunan üzvlərdən biri də bu gün onun yanında deyil. Bu halda o, kimi öz uydurma təbliğatına inandıra bilər?

    Hesab edirəm ki, Kərimlinin dəstəsi indi də Avropa Oyunları ərəfəsində Azərbaycana və cəmiyyətdə müsbət qəbul olunan proseslərə qarşı fəaliyyətini davam etdirəcək, öz "yalan maşını"nın sürətini artıracaq.

    Amma nə Kərimlinin özü, nə də onun qəzeti öz əsassız və qərəzli mövqe ifadələri cəmiyyəti çaşdıra və ictimai rəyə təsir göstərə bilməzlər".

    A.Zeynalov

    1
  • Pastore karyerasını "Real"a keçə bilər
    01.04.2015 15:32
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/01/11337637.jpg
    http://www.xezerxeber.com/uploads/images/large/2015/04/01/11337637.jpg
    Bu barədə "El Mundo Deportivo" məlumat yayıb.

    Madrid klubu Pastore ilə yaxından maraqlanır. Hətta "Real" rəsmiləri onun oynunu izləmək üçün Argentina millisinin ABŞ-dakı düşərgəsinə yollanıblar.

    PSJ ilə müqaviləsi 2016-cı ildə bitəcək olan Pastore cari mövsümdə 39 matçda meydana çıxıb və 4 dəfə fərqlənib.
    3
  • Kiyev rus qazını istəmədi
    01.04.2015 15:31
    http://anspress.com/images/photos/67018.jpg
    http://anspress.com/images/photos/67018.jpg
    Ukrayna Rusiyadan təbii qaz alınmasını dayandırıb. Biz hazırda Rusiyadan təbii qaz almırıq. Amma əgər qazın hər 1000 kubmetri 250 dollar olsa, bunu yenidən bərpa edə bilərik."

    ANS PRESS-in məlumatına görə, bunu Ukraynanın energetika naziri Vlodimir Demçyşin bu gün keçirdiyi brifinqdə bildirib.

    O deyib ki, Rusiyanın bu qiymətlə razılaşacağı barədə bir söz demək çətindir. Ancaq Avropadan qaz idxalının artırılması Rusiyada qazın qiymətini salmaq fikri yarada bilər.

    "Qazprom" Ukraynanın bu ilin ilk rübündə qazın 1000 kubmetrini 329 dollardan alacağını açıqlayıb: "Bu barədə Avropa İttifaqının vasitəçiliyi ilə ötən ilin oktyabrında razılaşma əldə olunub."

    Xatırladaq ki, Moskvanın Krımı işğal etməsi və ölkənin şərqindəki rusiyapərəst qüvvələri dəstəkləməsi qaza görə iki ölkə arasında mübahisəni daha da dərinləşdirib.
    0
  • Çingiz Qənizadə: "Gec-tez vicdanları oyanacaq"
    01.04.2015 15:31
    http://img.sia.az/news/2015/siaphoto_468409.jpg
    http://img.sia.az/news/2015/siaphoto_468409.jpg
    "Dağlıq Qarabağda hərbi xunta hökm sürdüyü üçün bu qondarma rejim heç bir dövlət tərəfindən tanınmır. Belə bir qurumun məhkəmə hakimiyyəti ola bilməz. Bu baxımdan da, kəlbəcərli girovlara hansısa "məhkəmə" şousu düzəltmək tamamilə yolverilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

    Millət vəkili qeyd edib ki, qondarma rejim bir növ xarici dövlətlərə məhkəmələrinin olduğunu, kimlərisə mühakimə etdiklərini göstərmək istəyir: "Dövlət yoxdursa təbii ki, qanunları da yoxdur. Qanunu olmayan bir dövlət hansı qanuna uyğun bu insanları mühakimə edir? Beynəlxalq konvensiya var və bu konvensiyanın prinsiplərinə Azərbaycan tərəfi hər zaman əməl edir".

    Çingiz Qənizadə onu da qeyd edib ki, əksər hallarda ermənilərin mülki vətəndaşları, hərbiçiləri bizim tərəfdə saxlanıldıqdan bir müddət sonra ölkələrinə geri qaytarılır: "Ancaq buna baxmayaraq, Ermənistan iki soydaşımızı geri qaytarmaq əvəzinə onlar üzərində şou xarakterli məhkəmə adlı bir oyun qurdu. Beynəlxalq hüquq normaları bu iki şəxsin geri qaytarılmasını tələb etsə də, ATƏT-in Minsk qrupu, Beynəlxalq Qırmızı Xaç komitəsi bu məsələdə kifayət qədər aktiv rol oynamırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dünyanın hər bir nöqtəsində siyasi proseslərə təsir etmək imkanı olan ABŞ və Avropanın bir çox dövlət qurumları sözügedən məsələdən xəbərsiz olduqlarını bəyan edirlər".

    "Dövlət başçısı cənab İlham Əliyev daim dövlətin marağını qoruduğu kimi, hər bir vətəndaşımızın da marağını qoruyur" deyə qeyd edən millət vəkili Cənab Prezidentin bu istiqamətdə də işləri davam etdirdiyini vurğulayıb.

    Çingiz Qənizadə son olaraq millət vəkili, hüquq müdafiəçisi kimi bütün beynəlxalq tədbirlərdə məsələni qaldırdığını və gec-tez beynəlxalq qurumları təmsil edən insanların vicdanlarının oyanacağına ümüdvar olduğunu qeyd edib.

    İntizarə Məmmədova
    0
  • Hazırda Zəngəzurun geri qaytarılmağı məsələsi gündəmdədir - politoloq
    01.04.2015 15:31
    http://img.salamnews.org/028016b3fd529ebcf0d54f30f9a772b5/thumb_elman_506.jpg
    http://img.salamnews.org/028016b3fd529ebcf0d54f30f9a772b5/thumb_elman_506.jpg
    Bakı, 1 aprel, SalamNews, R.Ziya. Son günlər ölkə mətbuatında Azərbaycanın işğal olunmuş bir neçə rayonunun Bakıda keçiriləcək I Avropa oyunlarından sonra azad ediləcəyi haqqında gedən yazılarla bağlı hansısa fikir söyləmək çətindir.

    Bunu SalamNews-a açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov bildirib.

    Eskpertin sözlərinə görə, hazırda birinci mərhələdə Azərbaycanın işğal altında olan bütün ərazilərinin, ikinci mərhələdə isə Zəngəzurun geri qaytarılmağı məsələsi gündəmdədir: "Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycanın ərazisi 118 min kvadratkilometrdən çox olub. Lakin sonrakı proseslərdə, əsasən də Sovet imperiyası dövründə ərazimizin böyük hissəsi indiki Ermənistana verildi və biz hazırkı - 86.6 min kvadratkilometrədək məhdudlaşdırıldıq.

    Bundan sonra 17 min kvadratkilometrlik ərazimizin işğal altında saxlanılmağı birmənalı şəkildə qəbuledilməzdir. Bu məntiqlə istənilən halda müharibə başlaya bilər. Müharibə zamanı isə bir neçə rayonun, sonrakı mərhələlərdə isə bütün rayonların azad olunmağı planlaşdırıla bilər."

    E.Nəsirov qeyd edib ki, bu baxımdan hansısa rayonların azad edilməyi məsələsini hərbi sirr kimi də qəbul etmək lazımdır: "Belə məsələlərdə, yəni konkret ərazilərin və rayonların adının çəkilməyi tam şəkildə həqiqəti əks etdirə bilməz. Ona görə ki, Ermənistan ordusu məhz həmin rayonlarda hərbi qüvvəsini daha da gücləndirə bilər. Bunu indiki halda informasiya müharibəsinin tərkib hissəsi kimi də qiymətləndirə bilərik. Çünki belə proseslərdə məqsədli şəkildə hansısa bölgənin, ərazinin adı çəkilir və nəticədə digər istiqamətlərdə hücuma keçmək üçün əlverişli şərait yaranır."





    0
  • "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçiriləcək
    01.04.2015 15:30
    http://img.sia.az/news/2015/siaphoto_468413.jpg
    http://img.sia.az/news/2015/siaphoto_468413.jpg
    Aprelin 3-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cənubi Azərbaycanda baş vermiş "21 Azər" milli-azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Məclisin üzvü olmuş, Müdafiə Naziri general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunacaq. Həmin əşyalar Cəfər Kavianın oğlu Marks Kavian tərəfindən muzeyə daimi mühafizəyə təhvil veriləcək.

    Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Azərbaycan Respublikası baş prokurorun müavini Məmmədov Bəhruz, Əlyazmalar İnstitutunun mətbuat katibi Kərimov Sərvan və digər qonaqlar çıxış edəcəklər.

    Tədbirdə Cəfər Kavianın qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

    Zaurə Əmirova
    0
  • Tahir Kərimli: "Bacardıqları tək iş şüar səsləndirməkdir"
    01.04.2015 15:29
    http://img.sia.az/news/2015/siaphoto_468411.jpg
    http://img.sia.az/news/2015/siaphoto_468411.jpg
    "Milli Şuranın mitinqində on minlərlə adamın iştirak edəcəyi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Birmənalı şəkildə Azərbaycan xalqı bunların verdiyi boş vədlərə inanmır". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

    Onun sözlərinə görə, radikal müxalifət partiyaları nümayəndələrinin özləri de heç bir gücə sahib olmadıqlarının fərqindədirlər: "Mitinqlərdə verilən şüarlar da özündə obyektiv səbəblərdən olan məsələlərə subyektiv baxışı əks etdirir. Xalqın bütün gözləntisi dövlətdəndir. Xalq görür ki, burada bir əqidə göstəricisi, ideoloji tondem yoxdur. Ona görə hər hansısa bir şəxsin verdiyi boş vədlərə xalqın heç bir nümayəndəsi inanmır. Müxalifət nümayəndələrinin bacardığı yeganə iş müxtəlif şüarlar səsləndirməkdir. Bu cür addımlar atmaqla həmin şəxslər sadəcə öz varlıqlarını müəyyən dərəcədə göstərməyə çalışırlar. Onların özlərinə də bəllidir ki, iqtidarla mübarizə aparmaq üçün heç bir gücə, siyasi iradəyə malik deyillər"

    Eltun
    0
  • Brilliant Dadaşovanın nadir şəkilləri itib: "Onları gətirənə mükafat verəcəm!"
    01.04.2015 15:29
    http://modern.az/images/2015/2/bril_4545.jpg
    http://modern.az/images/2015/2/bril_4545.jpg
    Xalq artisti Briliant Dadaşovanın fotoşəkilləri itib. Modern.az saytına açıqlama verən Briliant Dadaşova bildirib ki, şəkillər onun uşaqlıq dövrünü əhatə edir:

    "Yadımda bir şəkilim qalıb. O şəkildə mən hind geyiminə idim. Hətta gözümə sürmə də çəkmişdilər. Şəkilə baxanda bilinirdi ki, 7-8 yaşında uşağın üzündə kosmetika var. Hamısı çox maraqlı və dəyərlidir mənim üçün. Həmin şəkilləri mənə gətirənə mükafat da verəcəm.

    Təxminən 12 il bundan öncə bir jurnal və ya qəzet haqqımda nəsə dərc etməli idi. Bir jurnalist şəkillərimi apardı, bundan sonra da gəlib çıxmadı. Həmin jurnalistin kimliyi yadımda qalmayıb".

    Mükafatın  nə olacağına gəlincə, Xalq artisti bildirib: "O şəxs şəkillərimi gətirsin, bilsin nə mükafatıdır".

    Yeganə OQTAYQIZI
    0
  • Azərbaycanın Macarıstandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib
    01.04.2015 15:28
    http://az.apa.az//upload/images/news/2015/april/01/small/9f150cca40730f31dd64886d2f8dbe02.jpg
    http://az.apa.az//upload/images/news/2015/april/01/small/9f150cca40730f31dd64886d2f8dbe02.jpg
    Bakı-APA. Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 mart Dünya azərbaycanlılarının soyqırımı münasibəti ilə anım mərasimi keçirilib.

    Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə yazıçı Günel Anarqızının Budapeştdə Azərbaycan və macar dillərində yenicə çapdan çıxan "Qarabağ hekayələri" kitabı da təqdim olunub. İndiyə qədər bir sıra dillərə tərcümə edilən hekayələr toplusu səfir Vilayət Quliyevin "İtirilmiş cənnətin sorağında" adlı ön sözü ilə açılır.

    Məlumata görə, anım mərasimi ilə kitab təqdimatının bir araya gətirilməsinin səbəbləri var: "Bu, hər şeydən əvvəl "Qarabağ hekayələri"ndə son iki əsrdə radikal erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin bədii əksini tapması ilə bağlıdır. Altı hekayədən ibarət silsilədə yüz minlərlə insanın həyatına öz dəhşətli möhürünü vurmuş Dağlıq Qarabağ münaqişəsi, dörddə bir əsr davam edən erməni işğalı bədiiliyin tələb və meyarları ilə soyqırımı faktı kimi dəyərləndirilir, Azərbaycan insanının üzləşdiyi psixoloji sarsıntılar, yurd itkisi, erməni vəhşiliyinin biri-birindən dəhşətli mənzərələri bu hekayələri yaddaşlarda yaşayan soyqırımı sənədləri kimi qəbul etməyə əsas verir".

    Anım mərasimi və kitab təqdimatını açan səfir Vilayət Quliyev öz çıxışında 1998-ci ildən başlayaraq 31 mart tarixinin Dünya azərbaycanlılarının soyqırımı günü kimi ölkədə və onun hüdudlarından kənarda geniş qeyd edildiyini xatırlatdı. Səfir qonşu Ermənistanın təcavüzkar siyasəti nəticəsində ötən əsrin əvvəllərindən etibarən azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, tarixi torpaqlarından sürgün edilməsi və didərgin salınmasını XX əsrdə insanlığa qarşı törədilən dəhşətli cinayətlərdən biri kimi dəyərləndirib. Təqdimatı keçirilən kitabın bu baxımdan bədii sənəd olduğunu və macar oxucularında dost Azərbaycan xalqının üzləşdiyi faciələrlə bağlı dolğun təsəvvür yaradacağını vurğulayıb.

    Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva rəhbərlik etdiyi qurumun macar ictimaiyyəti arasında Azərbaycan həqiqətlərini, xüsusi ilə də erməni işğalının acı nəticələri ilə bağlı gerçəkləri yaymaq istiqamətində gördüyü işlərdən bəhs edib. Bu baxımdan Günel Anarqızının "Qarabağ hekayələri" kitabının öz bədii təsir gücü ilə insanları daha çox inandıracağını bildirib.

    Sonda çıxış edən yazıçı Günel Anarqızı soyqırımı qurbanlarının anılmasına və bu kədərli mövzuya kiçik töhfə olan kitabının təqdimat mərasiminin keçirilməsinə görə səfirliyə və Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinə təşəkkürünü çatdırıb. Müasir macar oxucuları bu kitab vasitəsi ilə erməni işğalı nəticəsində Azərbaycan xalqının üzləşdiyi faciələr barəsində müəyyən obyektiv təsəvvür əldə etdiyi təqdirdə bunu özünün uğuru sayacağını vurğulayıb, bir azərbaycanlı və yazıçı kimi "Qarabağ hekayələrində" toxunulan mətləblərin aktuallığını itirməsini həyatının ən böyük arzusu adlandırıb.

    Mərasimdə Macarıstanın yaradıcı ziyalıları, diplomatik korpus təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
    0
  • Deputatlarımız Serbiyada Ulu Öndərin abidəsini ziyarət ediblər
    01.04.2015 15:28
    http://img.sia.az/news/2015/siaphoto_468414.jpg
    http://img.sia.az/news/2015/siaphoto_468414.jpg
    Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Siyavuş Novruzov, Rauf Əliyev martın 31-dən 2 aprel tarixinə kimi NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün Serbiyanın paytaxtı Belqradda səfərdə olublar. SİA-nın məlumatına görə, onlar səfərləri zamanı Belqraddın mərkəzində yerləşən Taşmaydan (Daş Meydan) meydan parkında olublar və həmin parkda ucadılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əklil qoyublar. Bundan sonra nümayəndə heyəti Daş Meydan parkında Serbiyanın görkəmli yazıçısı Milorad Paviçinin abidəsini və 1999-cu ildə Belqraddın bombalanması zamanı həlak olmuş uşağların şərəfinə ucadılmış xatirə kompleksini ziyarət ediblər. Bu tədbirdə Azərbaycan Respublikasının Sebiyadakı səfirliyinin və Milli Məclisinin əməkdaşları da iştirak ediblər.

    Qeyd edək ki, bu gün NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı çərçivəsində Avropanın enerji təhlükəsizliyi, alternativ enerjilərdən istifadə, Azərbaycanın Orta Asiya və Avropanın enerji təhlükəsizliyindəki rolu məsələləri ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanın bu məsələdəki rolu, TANAP və TAP layihələrinin həyata keçirilməsi, Avropanın alternativ enerji əldə etməsi üçün vacib olan elementlərdən olması dəfələrlə tədbir iştirakçıları tərəfindən vurğulanıb. Milli Məclisinin deputatları da bu müzakirələrdə iştirak ediblər.

    Ceyhun Rasimoğlu
    0
  • Azərbaycanda 5 milyon manatlıq korrupsiyanın üstü açıldı
    01.04.2015 15:28
    http://cdn.trend.az/pictures/2015/01/15/korruption_15011_25.jpg
    http://cdn.trend.az/pictures/2015/01/15/korruption_15011_25.jpg
    Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

    "Royal Bank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə "Royal Bank" ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırmasında şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    0
  • Elman Rüstəmov və Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinə dair rəy dəstəkləndi
    01.04.2015 15:27
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Milli Məclisin (MM) İqtisadi siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçirilən birgə iclasında Elman Sirac oğlu Rüstəmov və Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinə dair rəy haqqında məsələ müzakirə olunub.

    Gün.Az-ın məlumatına görə, MM-in İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, 20 ildən artıqdır E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi məhsuldar fəaliyyət göstərir:

    "Heç şübhəsiz ki, bu məsələlərdə Elman müəllimin 20 ildən artıq bir müddət ərzində Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi məhsuldar fəaliyyəti də öz rolunu oynayıb və oynamaqdadır".

    Daha sonra çıxış edən E. Rüstəmov isə artıq 5-ci dəfə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edildiyini bildirib:

    "Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur".

    Müzakirələrdən sonra E. Rüstəmov və X.Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinin parlamentin plenar iclasında təsdiqlənməsi tövsiyə edilib.

    Kamil Həmzəoğlu

    1
  • Türkiyədə hakim partiya binasına silahlı hücum olub
    01.04.2015 15:23
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Bakı, 1 aprel, SalamNews, N.Ələkbər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kartal rayon təşkilat binasına iki silahlı şəxs hücum edib.

    SalamNews-un "Sözcü"yə istinadla verdiyi xəbərə görə, yeddimərtəbəli binanın sonuncu mərtəbəsinə çıxan silahlılar pəncərədən üzərində qılınc elementi olan Türkiyə bayrağını asıblar.

    Hadisə yerinə çağırılan polis dəstələri binaya basqın edərək silahlıları zərərsizləşdirib.





    1
  • Qızıl bahalaşacaq - Proqnoz
    01.04.2015 15:22
    http://axar.az/cdn/2015/april/01/1427883547.jpg
    http://axar.az/cdn/2015/april/01/1427883547.jpg
    Dünya miqyasında qızıl və almaz ehtiyatları mövcud yataqlarda aparılan hasilatın hazırkı tempi ilə 20 ilə bitəcək. Platin, mis və nikel hasilatı isə 40 ilə kifayət edəcək.

    Report-un məlumatına görə, bu hesablamalar "Goldman Sachs"ın analitikləri tərəfindən aparılıb.

    Qiymətli metallara tələbatın artması əsasən yeni yataqların kəşf edilməməsi ilə bağlıdır. Əslində isə bu metalların hasilatının maya dəyəri o qədər də yüksək deyil. "Goldman Sachs"ın proqnozlarına görə, artıq 2015-ci ildə dünya qızıl hasilatı pik həddə çata bilər və növbəti illərdə azalmağa başlayacaq. Bu səbəbdən qızılın qarşıdakı illərdə artım tempini qoruyacağı gözlənilir.

    Daha öncə buna bənzər açıqlama ilə dünyanın nəhəng qızıl hasilatçılarından olan "Goldcorp" şirkətinin rəsmiləri çıxış edərək bildiriblər ki, qızıl hasilatı 1995-ci ildə rekord həddə kəşf olunan yataqlarda başlanan hasilat nəticəsində 2015-ci ildə pik həddə çatacaq, 2022-ci ildə isə hasilat yeni yataqlar kəşf edilməsə minimum həddə düşə bilər.

    Qızıl hasilatı neçə illərdir stabil səviyyəsini qoruyur, amma yeni qızıl yataqları istismara verilmir və hətta sayca azalır. Qeyd edək ki, qızılın 1 unsiyası 2011-ci ildə maksimum 1 889,7 dollar qiyməti ilə satılırdısa, hazırda qiyməti 1 187 dollar/unsiyadır. Ötən il isə orta qiymət 1 266 dollar/unsiya olub.

    Rusiya qızıl hasilatını 7% artıraraq 2014-cü ildə 272 tona çatdırıb və bununla da Avstraliyanı ötərək dünya qızıl istehsalçıları reytinqində ikinciliyə yüksəlib. İlk sıranı isə 2014-cü ildə 465,7 ton qızıl istehsalı ilə Çin tutur.
    2
  • Rejissorlarımız Film Festivalında
    01.04.2015 15:22
    http://img.sia.az/news/2015/siaphoto_468410.jpg
    http://img.sia.az/news/2015/siaphoto_468410.jpg
    Türkiyə Cümhuriyyətinin Antalya şəhərində VII Rofife Rotary Qısa Film Festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, festivalda "Fəxri qonaq" qismində iştirak edən ölkəmizi tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil edib.

    Festival çərçivəsində A.Salayev tərəfindən festival iştirakçıları üçün ustad dərsi təşkil olunub, Aralıq Dənizi Universitetində "Keçmişdən günümüzə Azərbaycan kinosu" mövzusunda keçirilən konfransda azərbaycanlı rejissorlar Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.

    Zaurə Əmirova
    2
  • Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib
    01.04.2015 15:22
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası qeydə alınıb.

    Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində, "Günəş Petrol"un qarşısında qeydə alınıb.

    1 nömrəli xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu ilə "VAZ 21-06" markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
    1
  • Türkiyənin hakim partiyasının ofisinə silahlı basqın olub
    01.04.2015 15:21
    http://cdn.trend.az/pictures/2015/04/01/stambul_kartal_010415.jpg
    http://cdn.trend.az/pictures/2015/04/01/stambul_kartal_010415.jpg
    Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

    Türkiyənin İstanbul şəhərində silahlı şəxs Ədalət və İnkişaf Partiyasının (AKP) Kartal ərazisindəki regional şöbəsinin binasına soxulub.

    Trend-in DHA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn jandarm əməkdaşları hücum edən şəxsi zərərləşdiriblər. Hadisənin digər detalları barədə hələlik məlumat verilmir.

    Twitter: @rhafizoglu
    1
  • Qarabağdan olan KVN "komandası" Rusiyadakı yarışa qatıldı
    01.04.2015 15:21
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası"nda yaradılan "Duz-çörəklə" adlı KVN "komanda"sı Rusiyanın Stavropol şəhərində keçirilən turnirdə iştirak edib.

    Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, KVN-nin "Qafqaz" liqasının iştirakçısı olan "komanda" Ermənistanın "Stepanakert" (Xankəndi) şəhərinin təmsilçisi kimi təqdim olunub. Sosial şəbəkələrdə erməni "komanda"sının çıxışı əks olunan kadrlar (5:30 dəqiqədən) yerləşdirilib.

    1
  • Ermənistan himnini oturaraq dinləyən samboçumuza ŞOK CƏZA
    01.04.2015 15:20
    http://news.lent.az/upload/images/news/2015/april/01/small/e035579b8870a3816a946d7df617f49c.jpg
    http://news.lent.az/upload/images/news/2015/april/01/small/e035579b8870a3816a946d7df617f49c.jpg
    Ceyhun Məmmədov: "Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra birgə şəkil çəkdirməzdi"

    Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Lent.az-ın "report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

    C.Məmmədovun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

    ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən, onu ayaq üstə dinləməmək düzgün deyil".
    1
  • Müğənnidən erməni olması ilə bağlı yayılan məlumatlara - Reaksiya
    01.04.2015 15:19
    http://qafqazinfo.az/images/news/92481.jpg
    http://qafqazinfo.az/images/news/92481.jpg
    Müğənni Rober Hatemo "Qardaş payı" serialında türk olmaması haqda edilən zarafatlara əsəbləşib.

    "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdə həm babasının, həm də özünün şəxsiyyət vəsiqəsinin fotosunu paylaşıb.

    "Mən xarici deyiləm. Bu ay-ulduzlu şəxsiyyət vəsiqəmdir. Mən türkəm. Yalnız addım Roberdir"-, deyə qeyd edib.

    Qeyd edək ki, Rober Hatemonun Türkiyə ermənisi olduğu deyilir.

    Könül
    1
  • Xərçəng xəstəliyi ilə bağlı duyğulandıran reklam çarxı hazırlanıb
    01.04.2015 15:19
    http://interaztv.com/sites/default/files/xervdfsfvf.PNG_420x250.jpg
    http://interaztv.com/sites/default/files/xervdfsfvf.PNG_420x250.jpg
    Bu reklam sayəsində insanların xərçəng xəstəliyi haqda agah olunması nəzərdə tutulub.

    İnterAz-ın verdiyi məlumata görə, bununla bağlı hətta sosial çarx da hazırlanıb. Qısa metrajlı video çarxı İsveçli istedadlı, gənc oğlan Björn Baummann hazırlayıb.

    Qeyd edək ki, reklamdan əldə edilən gəlir İsveçdə yerləşən xərçənglə bağlı yardım fonduna veriləcək.

    Həmin video çarxı sizlərə təqdim edirik:
    1
  • "Azərbaycandakı bütün turizm şirkətləri və hotellərin fəaliyyəti lazımi səviyyədə deyil"
    01.04.2015 15:15
    http://cdn.trend.az/pictures/2010/04/07/Hotel_070410.jpg
    http://cdn.trend.az/pictures/2010/04/07/Hotel_070410.jpg
    Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

    Azərbaycandakı bütün turizm şirkətləri və hotellərin fəaliyyəti lazımi səviyyədə deyil. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin (AITF-2015) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda 284 turizm şirkəti, 535 hotel var. Lakin xidmət səviyyəsi nə turizm şirkətləri, nə də hotellərdə qanedici səviyyədədir.

    A.İsmiyev bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq vəziyyətinin araşdırılması məqsədilə hotellərdə monitorinqlər aparılıb və bundan sonra da aparılacaq. Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə hotellərin təhlükəsizlik məsələlərini öyrənmək üçün monitorinqlər keçirib.

    Şöbə müdiri qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək qonaqların sayı ilə bağlı dəyərləndirmələr aparılmasa da, onların yerləşdirilməsi ilə əlaqədar problemin olacağı gözlənilmir.

    Hotellərin qiymətlərinə gəldikdə, A.İsmiyev deyib ki, son 3-4 ildə Bakıda dördulduzlu hotellərin sayı artıb. Hazırda onlarda bir günlik yerləşdirmənin qiyməti 70-80 manatdir ki, bu da normal qiymət hesab oluna bilər.
    1
  • Əmək münasibətləri çərçivəsində yaranan problemlər müzakirə olunacaq
    01.04.2015 15:15
    http://www.olaylar.az/foto/xeberler/korupsiyaya qarsi.jpg
    http://www.olaylar.az/foto/xeberler/korupsiyaya qarsi.jpg
    "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Əmək münasibətləri çərçivəsində yaranan problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masa keçirəcək. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət qulluğu Məsələləri üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Ədliyyə Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar Milli Təşkilatları Konfederasiyası, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Tədbir aprelin 2-də baş tutacaq.
    1
  • "Nemtsovun qətlində Kadırovun əlinin olduğuna heç bir şübhə yoxdur" - Müxalifətçi
    01.04.2015 15:15
    http://modern.az/images/2015/2/sd_8152192.jpg
    http://modern.az/images/2015/2/sd_8152192.jpg
    Rusiyalı müxalifətçi İlya Yaşin həmkarı Boris Nemtsovun öldürülməsinə görə Çeçensitanın başçısı Ramzan Kadırovu ittiham edib.

    Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaşin öz Facebook səhifəsində yazıb:

    "Ötən gün demokartik hərəkatı təmsil edən müxalif siyasətçilərlə çox faydalı görüş keçirdik. Görüşdə Mixail Kasyanov, Aleksey Navalnı, Qennadi və Dmitri Qudkov, Vladimir Rıjkov, Andrey Neçayev iştirak ediblər".

    İlya Yaşinin sözlərinə görə, görüşdə Boris Nemtsovun qətli ilə bağlı araşdırma barədə müzakirə aparıblar: "İlk növbədə Boris Nemtsovun qətlini müzakirə etdik. Heç bir şübhəmiz yoxdur ki, bu cinayətdə Kadırovun əli var. Ona qarşı müvafiq istintaq tədbirləti həyata keçirilməlidir. Razılaşdıq ki, hamımız birlikdə buna çalışacayıq və istintaq prosesini diqqətlə izləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, yalnız icraçılar deyil. Nemtosu qətlə yetirməyi sifariş edən şəxslər də qanun qarşısında cavab versin".

    Yaşin Moskva meriyaslına müraciət edərək Boris Nemtsovun xatirəsinin əbədilıəşdirilməsini də xahiş edəcəklərini deyib.

    2
  • Səudiyyə Yəməni südsüz qoydu
    01.04.2015 15:14
    http://anspress.com/images/photos/87257.jpg
    http://anspress.com/images/photos/87257.jpg
    Səudiyyə Ərəbistanının hava qüvvələri bu gün Yəmənin qərbində yerləşən Əl-Xodeyda liman şəhərində süd zavodunu vurub.

    ANS PRESS-in məlumatına görə, "Əl Mədain" telekanalı hadisə nəticəsində 37 nəfərin həlak olduğunu, 80 nəfərin yaralandığını bildirib.

    Həmçinin limanın sənaye zonasında yerləşən sallaqxana və ərzaq müəssisələri də atəş altında qalıb.

    Səna şəhərində isə bu səhər ehtiyatda olan hərbçilərin kazarmasına hücum olub.

    Qeyd edək ki, Yəmən əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin maraqlarını müdafiə edən husi hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

    Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir. Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri prezident qüvvələrinə yardım üçün hava hücumlarına başlayıblar.
    3
  • İslamçılar Yəməndə baş verənlərlə bağlı bəyanat yayıb
    01.04.2015 15:14
    http://faktxeber.com/resimler/haber/manset/572114_457800.jpg
    http://faktxeber.com/resimler/haber/manset/572114_457800.jpg
    /td>



    Azərbaycan İslam Partiyası Yəməndə baş verənlərlə bağlı bəyanat yayıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədəAİP Mətbuat Xidmətibildirib. Bəyanatda deyilir:Azərbaycan xalqı, xüsusən, ölkəmizin dini cameəsi Yəmən xalqına qarşı baş verən ədalətsizlikdən ciddi narahatdır. Biz bəyan edirik ki, qadın, qoca, körpələrin ərəb koalisiyası adı altında silahlı qüvələrin bombardmanı nəticəsində qətlə yetirilməsini bəşəri cinayət hesab edir, qanlı əməllərinin beynəlxalq aləmdə cavabdehlik daşıyacaqlarını bildiririk.On illərlə ərəb xalqlarını əsarətdə saxlamağa can atan, Fələstinin məzlum münsəlman körpələrini soyqırıma məruz qoyan işğalçı, cinayətkar İsrail rejiminin törətdiklərinə göz yuman bu ərəb koalisiyası, başda despotik rejimin hökm sürdüyü Səudiyyə Ərəbistanının rəhbərliyi özünün Qərbə, ABŞ-a nökərçilik misiyasını canla-başla yerinə yetirərək azadlıqsevər müsəlman qardaşlarını göydən bombalamaqla dünya müsəlmanlarını heyrətdə qoyur, təəccübləndirir.Görünür, müsəlman ölkələrində diktatura rejimlərinə qarşı mübarizə apararaq öz milli hökumətlərini, milli dövlətçiliklərini qurmaq istəyi və cəhdi ilə çarpışanların inqilabi hərəkatları Amerikanı, eyni zamanda hakimiyyətə həris, sərvət düşkünü olan kral ailələrini narahat etməkdə, ciddi təşvişə salmaqdadır. Yeniliyi, haqqa tapınan qüvvələri, xalqlarının inkişafını hər şeydən üstün tutan mücahid insanları, vətənpəvər qəbilələri beşiyində boğmaq istəyi Qərbin, ABŞ-ın siyasi, strateji maraqlarından irəli gələn məsələlərdir.Yəməndə Mənsur əl-Hadinin diktatura rejiminin devrilməsi hətta BMT Təhlükəsizlik Şurasını, bir neçə ölkə istisna olmaqla, narahat etməyə başlayıb. Amerikapərəst qüvvələrin müsəlmanların qətliamında maraqlı olduqları şəksizdir. Bir sıra ərəb ölkələrinin ədalətsiz, öz xalqlarına düşmən kəsilən hakimləri də kürsülərini zülm hesabına qorumaq üçün onların diktəsini yerinə yetirir, hakimiyyətlərinə qarşı yönələn təhlükələrin qarşısını almaq üçün inqilabların baş qaldırdığı ölkələrin xalqları ilə ədalətsiz müharibəyə rəvac verirlər.Azərbaycan İslam Partiyası, başda Səudiyyə Ərəbistanı olmaqla. Fars körfəzi ölkələrini müsəlman dünyasına xəcalət və utanc gətirən bu cinayətkar əməllərdən çəkinməyi, imperiyalara qulluq xidmətindən yaxa qurtarmağı, xalqlarının sərvətlərini qorumağı, etimadlarını qazanaraq məhv olmaqdan qutulmağı tələb edir. Unutmaq olmaz ki, xalqına arxa çevirərək onu əzən, müsəlman qardaşının üzərinə göydən bomba yağdıranları Müəmmar Qəddafinin taleyi gözləyir. Bir daha bəyan edirik bu faciəli sonluğu istəməyənlər Yəmən xalqına qarşı ədalətsiz müharibəyə, ərəb, müsəlman körpələrinin qanını axıtmağa son qoymalıdırlar.

    1
  • "İŞİD" sözün həqiqi mənasında su yerinə qan axıtdı - lent
    01.04.2015 15:13
    http://interaztv.com/sites/default/files/e2239123e118df2b82a6948da81c8fe0_420x250.jpg
    http://interaztv.com/sites/default/files/e2239123e118df2b82a6948da81c8fe0_420x250.jpg
    "İŞİD" terror təşkilatı Suriyanın Həma əyaləti ərazisində ələvi tayfasından olan 8 sakinin başlarını kəsərək qanlarını qazdığı arxa axıdıb.

    İnterAz-ın "ABNA"-ya istinadla verdiyi xəbərə görə, "İŞİD" Həma əyalətinin şərqində 8 ələvi vətəndaşın başlarını bədəndən ayrılmasını onların "kafir", "nəcis" və "müşrik" olması ilə əlaqələndirib.

    Qeyd edək ki, "İŞİD" təkfirçi təşkilatı ötən gün Həma əyalətinin şərqində əsasən ismaililərin yaşadığı Məbuca kəndinə hücum edərək, 30 nəfəri müxtəlif yollarla qətlə yetirib, onların arasında qadınlar və uşaqlar da olub.

    "Əl-Mənar" telekanalı burada qətlə yetirilənlərin sayının 48 nəfər təşkil etdiyini bildirib.
    1
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri