yuxarıya
Onlayn Ödəmə
Avropa ölkələri səfirliklərini bağlayırlar
03.08.2013 22:11
A A
Fransa, Almaniya və Böyük Britaniya təhlükəsizlik məqsədi ilə Yəmən paytaxtı Sanadakı səfirliklərini iki günə - 4 və 5 avqustda bağlayırlar. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, təhlükənin xarakteri barədə əlavə izahat verilmir.

Dünən isə ABŞ «Əl-Qaidə» tərəfindən terror qorxusu ilə bağlı Yaxın Şərq və Şimali Afrikadakı səfirlikləri müvəqqəti bağlamaq barədə qərarını açıqlamışdı.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
55
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • NATO-dan SENSASİyalı bəyanat: "Rusiya Qara dənizi götürə bilər"
    27.11.2014 12:54
    NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav xəbərdarlıq edib ki, Rusiya Ukraynadan ilhaq etdiyi Krım yarımadasını hərbiləşdirməklə bütün Qara dəniz üzərində nəzarəti ələ ala bilər.Kiyevdə çıxış edən NATO generalı deyib ki, ...
  • Azərbaycanla İran sənaye parklarının fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi aparacaq
    27.11.2014 12:14
    Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər,...
  • Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik - "Sent-Etyen"in kapitanı
    27.11.2014 11:11
    Bakı, 27 noyabr, SalamNews, R.Nadirli. Avropa Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşacaq.SalamNews xəbər verir ki, oyunöncəsi "Sent-Etyen"in kapitanı Loik Perren iddialı açıqlama verib. Fransa təmsilçisinin aparıcı futbolç...
  • Putin Poroşenkonu dünən telefonda hələlədi - ŞOK İDDİA
    27.11.2014 11:02
    Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov Ukrayna Prezident Administrasiyasında olarkən Rusiya və Ukrayna prezidentləri arasındakı telefon söhbətlərindən birinin şahidi olub.Publika.az xəbər verir ki, bu barədə "İnsider" nəşri şəxsi mənbələrə istinadən bildirir. Dün..
  • Urmiya şəhərinin imam-cüməsi: "İŞİD İslamın simasını korlamağa çalışır"
    27.11.2014 10:13
    Urmiya. Məlahət Nəcəfova - APA. "Ümid edirik ki, həm sizin ölkədə, həm də digər müsəlman ölkələrində olan işğalçılıqlar müsəlmanların birliyi ilə tezliklə öz həllini tapacaq".APA-nın xəbərinə görə, bunu İranın ali dini liderinin Qərbi Azərbaycan vilayəti üzr...
  • Çempionlar Liqası: "Atletiko" və "Arsenal" 1/8 finalda, "Aslan"ı parçaladılar
    27.11.2014 10:13
    Dünən Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarının görüşləri oynanılıb.A qrupunda "Malmö" "Yuventus"u qəbul edib və rəqibinə 0:2 hesabı ilə uduzub. "Atletiko" isə "Olimp...
  • Texas neftinin qiyməti 68 dollara enib
    28.11.2014 09:08
    Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib."APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent marka...
  • Tatlısesi öldürməyə cəhd edən şəxs tutuldu
    28.11.2014 08:54
    Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesi öldürməyə təşəbbüs edən şəxs barəsində məhkəmə öz qərarını verib. ANS PRESS-in məlumatına görə, Tatlısesi güllə ilə başından vurmaqda şübhəli bilinən Abdullah Uçmak barəsində məhkəmə 36 il həbs qərar..
  • Londonda "Tarın kəşf edilməsi" adlı Azərbaycan musiqi gecəsi
    28.11.2014 08:33
    London, 28 noyabr, AzərTAc"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində "Tarın kəşf edilməsi" adlı konsert keçirilib.Londonun məşhur "Mərkəzi Vestminster" salonunda təşkil edilən g...
  • Meksikada başı kəsilmiş 11 meyit tapılıb
    28.11.2014 07:37
    Bakı-APA. Meksikanın Qerrero ştatının Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılıb.APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, naməlum şəxslər meyitləri polis məntəqəsindən 100 metr ar...
XƏBƏR LENTİ
  • Dünya fond bazarında əksər səhmlər bahalaşıb
    28.11.2014 09:26
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Musa Əhmədov-APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi0,07% - 17827,75 bəndədək, Samp;P 500 0,28% - 2072,83 bəndədək, NASDAQ 0,61% - 4787,32 bəndədək artıb.

    "APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% - 6723,42 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,20% - 4382,34 bəndədək, Almaniya DAX-ı isə 0,60% - 9974,87 bəndədək bahalaşıb.

    Asiya fond bazarında Nikkei 225 indeksi1,10% - 17438,46 bəndədək, Shanghai 0,52% - 2768,68 bəndədək artıb, Hang Seng 0,11% - 23978,58 bəndədək azalıb.

    COMEX-də qızılın bir unsiyasının qiyməti 13 dollar azalaraq 1184,50 dollar, gümüş də 0,48 dollar ucuzlaşaraq 16,13 dollar olub.
    0
  • "Cybernet" şirkəti 10 yaşını qeyd edib
    28.11.2014 09:22
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_02_257.jpg
    http://img.salamnews.org/9b703e5ffe706ca78d6269756e801f12/thumb_02_257.jpg
    Bakı, 28 noyabr, SalamNews. Bakıda "Synergy Group"a daxil olan "Cybernet" şirkətinin yaradılmasının 10-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib.

    SalamNews xəbər verir ki, Tədbirdə "Cybernet" şirkətinin baş direktoru İlham Namazov çıxış edib, 2004-cü ildən fəaliyyətə başlayan şirkətin keçdiyi inkişaf yolundan danışmışdır. Ötən dövr ərzində əməkdaşlarının sayının 10 dəfə artığını, habelə həyata keçirilən layihələrin həcminin xeyli genişləndiyini bildirən baş direktor "Cybernet" şirkətinin dövlət və özəl qurumların fəaliyyətində mürəkkəb avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması və tətbiqi istiqamətinə sadiq qaldığını xüsusi qeyd etmişdir. Natiq "Cybernet" şirkəti tərəfindən ölkəmizdə ilk avtomatlaşdırılmış vergi informasiya sisteminin və ilk elektron xidmət olan elektron bəyənnamə sisteminin işlənib hazırlanmasını xüsusi qeyd etmişdir. İlham Namazov şirkətin gördüyü işlər sırasında Dünya Bankının layihəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində avtomtlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqini və hazırda üzərində iş aparılan daşınmaz əmlakın qeydiyyatı kadastrı və idarəetmə sistemi layihəsini də qeyd edib.

    Tədbirdə çıxış edən "Synergy Group"un İdarə Heyətinin sədri Kamran Abbasov dinamik və inkişaf edən holdinq kimi "Synergy Group" tərəfindən ölkəmizdə qeyri-neft sektoruna ayrılan sərmayələrin əhəmiyyətindən danışmış və ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişaf etdiyini bildirmişdir. Qrupun İdarə Heyətinin sədri "Cybernet" şirkətinin 10 illik uğurlu fəaliyyəti nəticəsində Azrbaycanın İKT sahəsində milli brendə çevrildiyini bildirmişdir. Natiq "Cybernet" şirkətinin İKT sektorunda ölkəmizdə tam olaraq yeni beynəlxalq səviyyəli standartların tətbiqinə müvəffəq olduğunu qeyd edib.

    "Cybernet" şirkətinin baş direktorun müavini Anar Mehdiyev şirkətin 10 illik inkişaf tarixini əks etdirən təqdimatla çıxış etmiş, ötən il şirkətin keçirdiyi rebrendinqdən sobra "Cybernet"in İT sahəsində çoxşaxəli fəaliyyətə keçdiyini vurğulamışdır. Natiq şirkətin təklif etdiyi xidmət və həllərinə yalnız Azərbaycanda deyil, həm də MDB ölkələrində tələbatın olduğunu nəzərə çatdırmış, potensial imkanlarından söz açıb.

    Tədbir "Cybernet" şirkətinin 10 illik yubileyi şərəfinə tort kəsilməsi və şou-konsert proqramı ilə davam edib.

    Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq edib. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.





    8
  • Milli geyimimiz Praqada
    28.11.2014 09:19
    http://anspress.com/images/photos/77674.jpg
    http://anspress.com/images/photos/77674.jpg
    Praqadakı Çexiya Milli muzeyinin binasında "Azərbaycan - Möcüzəli Odlar Yurdu" ("Azerbaijan-magical land of fire") adlı sərginin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin, Çexiya Respublikası Milli Muzeyinin təşkilatçılığı və ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.

    Azərbaycanın Çexiyadakı səfirliyindən verilən məlumata görə, açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.

    Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə bu ölkədə akreditə olunmuş diplomatik korpusların təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

    Çıxışlardan sonra, səfirliyinin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Sənsiz" romansını tar və fortepianoda canlı ifa etməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

    Sonra tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

    Çexiya Milli muzeyinin binasının müxtəlif zallarında Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əsginasları və digər dəyərli əşyalar nümayiş etdirilib.

    Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş "İrs" jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.
    0
  • Qurban Qurbanov: "Mən onların işinə qarışmağı xoşlamıram"
    28.11.2014 09:15
    http://img.milli.az/n/clickable/204433/08/e/qurban_qurbanov_00111.jpg
    http://img.milli.az/n/clickable/204433/08/e/qurban_qurbanov_00111.jpg
    Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

    "Nəticə pis olmaya bilər. Amma oyun çox çətin keçdi. Belə olacağını bilirdik. "Sent-Etyen" bu gün son dövrlərin ən yaxşı oyunlarından birini sərgilədi. Biz daha çox müdafiəyə diqqət yetirməli olduq. Çünki hücum xəttində elə də çox variantımız yox idi. Təbii ki, hücuma daha çox diqqət ayırmaq istərdik. Amma zədəli futbolçularımızın çox olması bizə bunu həyata keçirməyə mane oldu. Şadam ki, belə bir nəticəyə nail olduq. Qarşıda bizi bu oyundan az əhəmiyyət daşımayan çempionat oyunu gözləyir. Həmin oyuna hazırlaşacağıq. Belə bir stadionda, bu cür azarkeşlərin qarşısında "Sent-Etyen" kimi komandaya qarşı oynamaq xoş idi. Onlara uğurlar arzulayıram".

    Qurbanov komandasının qrupdan çıxmaq şansının olduğunu bildirsə də, bu haqda danışmağın tez olduğunu diqqətə çatdırdı: "Heç-heçə xal ehtiyatımızı artırmağa kömək etdi. Qrupdakı digər oyunun da nəticəsini nəzərə alsaq, bizim müəyyən üstünlüyümüz var. Amma bizi Milan "İnter"i kimi güclü bir komanda ilə oyun gözləyir. Şans olsa da, hələ heç nə məlum deyil".

    Ağdamlıların çalışdırıcısı yetirmələrindən hansınısa fərqləndirmək istəmədiyini söyləyib: "Nə Nadirovu, nə də Şehiçi fərqləndirmək istəyirəm. Onlar öz işlərini gördülər. Bütün uşaqlardan razıyam. Onların hər biri sonadək mübarizə apardı".

    Fransız jurnalistin hakimlik barədə sualına isə Qurbanov belə cavab verib: "Hakimlik haqqında növbəti sual (gülür)... Mən onların işinə qarışmağı xoşlamıram".

    9
  • Rus politoloq: "Tiflis Bakıdan qorxduğu üçün…"
    28.11.2014 09:14
    http://axar.az/cdn/2014/november/28/1417126820.jpg
    http://axar.az/cdn/2014/november/28/1417126820.jpg
    Putinin Rusiya, Abxaziya, Gürcüstan və Ermənistan arasında dəmiryolunu bərpa etmək istəməsi absurddur.

    Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Yepifançev öz Feysbuk səhifəsində çıxış edib.

    O, Putinin Rusiya-Abxaziya müqaviləsi ilə bu proyektin üzərindən xətt çəkdiyini bildirib:

    "Əvvəllər abxazlar bu müqavilədən siyasi cəhətdən qorxduqları üçün hərəkət etmirdilər. Çünki bununla Gürcüstanla əlaqələrin yenidən bərpasından qorxurdular. İqtisadi cəhətdən isə bu abxazlar üçün sərfəli deyildi. Çünki Rusiya abxazları heç bir şey olmadan dolandırırdı. Gürcüstanla da eyni situasiya baş verirdi. İqtisadi cəhətdən bu, Tiflis üçün faydalı idi, lakin o, Bakıdan qorxurdu. Bu zaman Gürcüstan böyük iqtisadi zərbə almış olardı. Buraya isə Azərbaycanın benzin, qaz və digər məhsullarının qiymətinin qaldırılası daxil idi".
    1
  • OPEC-in ötən gün verdiyi qərardan sonra neftin qiyməti daha enib
    28.11.2014 09:13
    http://interaztv.com/sites/default/files/Austria-OPEC-Conference-3_0_420x250.jpg
    http://interaztv.com/sites/default/files/Austria-OPEC-Conference-3_0_420x250.jpg
    Ötən gün Vyanada Neft İxrac edən Ölkələrin Birliyi (OPEC) 2015-ci ildə neft strategiyasına aydınlıq gətirib və gündəlik istehsalın 30 milyon bareldə saxlanılmasına qərar verib. Bundan sonra neftin bir barelinin qiyməti kəskin enib.

    İnterAz-ın "Əlcəzirə"-yə istinadla verdiyi xəbərə görə, təkcə ötən gün neftin qiyməti 6 dollar enib və 71 dollara qədər düşüb.

    Statistikalara görə, bu, son 5 ildə neftin ən aşağı qiymətidir.

    Qeyd edək ki, Neft İxrac edən Ölkələrin Birliyinə (OPEC) üzv olan 12 ölkə ötən gün Vyanada keçirilən 166-cı toplantısında 30 milyon barel neft hasilatının azaldılmasını müzakirəyə çıxarıb. Əsasən körfəzdə yerləşən ərəb ölkələrinin mühafizəkar mövqeyi ilə neft istehsalının azaldılması təsdiqini tapmayıb.
    5
  • Texas neftinin qiyməti 68 dollara enib
    28.11.2014 09:08
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib.

    "APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar ucuzlaşaraq 72,43 dollar olub.

    Neftin qiymətindəki kəskin azalma ötən gün keçirilən OPEK-in iclasında neftin hasilatının azaldılmaması ilə verilə qərarla bağlıdır.
    18
  • "Qarabağ" Fransadan beşinci xalla qayıdır
    28.11.2014 09:08
    http://img.milli.az/n/idman/07/9/futbolcu.jpg
    http://img.milli.az/n/idman/07/9/futbolcu.jpg
    Ötən gecə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.

    "Qarabağ" bu dəfə Sent-Etyendə Fransanın eyni adlı klubunun qonağı olub. Qarşılaşmada hesabı təmsilçimiz açsa da, meydan sahibləri buna dərhal cavab veriblər. Qalan dəqiqələrdə qol vurulmayınca, görüş sülhlə bitib.

    Qrupun digər oyununda isə İtaliya "İnter"i Ukrayna "Dnepr"ini qəbul edib. Həmin oyunda da "Qarabağ"a sərf edən nəticə qeydə alınıb. Belə ki, italyanlar 2:1 hesabıyla üstün olublar.

    Avropa Liqası

    F qrupu

    27 noyabr

    Sent-Etyen - Qarabağ 1:1 (1:1)

    Qollar: V.Nadirov, 15 (0:1). V.Volfsvinkel, 21 (1:1).

    Sarı vərəqə: L.Corc, 48. M.Medvedev, 74. F.Lemuan, 90 3.

    Hakimlər: Kristin Yakobsson, Siqurdur Torleyfsson, Qunnar Qunnarson, Mar Siqurdsson.

    Əlavə köməkçi hakimlər: Toroddur Hyaltalin, Torvaldur Arnason (hakimlər İslandiyadandır).

    Sent-Etyen. "Stade Geoffroy-Guichard" stadionu.

    Sent-Etyen: 16. Stefan Ruffye, 2. Kevin Teofil-Katren, 20. Jonatan Brizon, 26. Mustafa Bayal Sall, 6. Jeremi Kleman, 10. Reno Kohad (11. Yoan Mollo, 67), 18. Fabyen Lemuan, 24. Loik Perrin (k), 7. Maks-Alen Qradel, 13. Riki van Volfsvinkel (19. Florentin Poqba, 90 2), 21. Romen Hamuma (22. Kevin Monnet-Pake, 63).

    Ehtiyat oyunçular: 30. Jessi Mulin, 23. Pol Bess, 8. Benjamin Kornye, 28. İsmael Diomand.

    Baş məşqçi: Kristofer Qaltye.

    Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov (24. Admir Teli, 76), 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc (18. İlqar Qurbanov, 62), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 79).

    Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 33. Şəhriyar Əliyev, 6. Hacı Əhmədov.

    Baş məşqçi: Qurban Qurbanov.

    6
  • Bu məzar kimindir? İnanmayacaqsınız
    28.11.2014 08:58
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Feysbuk sosial şəbəkəsində şair Nizami Gəncəvinin qəbrinin ilkin variantının fotoları yayılıb.

    Axar.az xəbər verir ki, fotonu yayımlayan "Qazaxlılar" səhifəsi fotoya belə şərh verib:

    "Bu məzar kimindir? İnanmayacaqsınız - Nizami Gəncəvinin! Bunun yerini Salman Mümtaz, Mirabbas Mirbağırzadə və b. tapmışdılar. 1932-ci ildə Xalq Maarif Komissarlığının Baş Elm İdarəsi bu başdaşı və sinədaşını qoydurmuşdu. Nizaminin indiki məqbərəsi sonralar bunun üzərində ucaldıldı".

    Oxuculara maraqlı olacağını düşünərək bəzi məqamlara aydınlıq gətirmək istədik.

    Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilib. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir. XII-XIII əsrlərdə Arran memarlıq məktəbində də monumental xatirə tikililərinin əsas tipini qülləvari türbələr təşkil edirdi. Arxeoloji qazıntılar zamanı Nizami Gəncəvinin qəbrinin üstündə Arran memarlığı üçün səciyyəvi olmuş çoxrəngli bayır üzlüyü olan sərdabəli qülləvari türbənin ucaldığı müəyyən olunub. Seyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət edib. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib. Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.

    1947-ci ildə şairin dağılmış qədim məzarı üstündə Nizami məqbərəsi - şairin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş abidə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir.

    Nizami Gəncəvinin hal-hazırda olan məqbərəsinin hündürlüyü 22,4 metrdir. Məqbərə qülləvari dairəvi formadadir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Yuxarısında gümbəzi vardır. Məqbərəyə pilləkənlə qalxmaq olur. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabəsi yerləşir. Məqbərənin yanında Göy-Gölün süni variantı da yaradılıb və Nizami Gəncəvinin əsərlərində olan maraqlı səhnələri əks etdirən heykəl parçalar da qoyulub.
    15
  • "Azərbaycan" kinoteatrı yerləşən bina hasarlandı
    28.11.2014 08:55
    http://img.milli.az/n/clickable/204433/04/d/310994.jpg
    http://img.milli.az/n/clickable/204433/04/d/310994.jpg
    Bakının mərkəzində tarixi bina hasarlanıb. Səbail rayonu, Məmməd Əmin Rəsulzadə küçəsində, "Azərbaycan" kinoteatrının yerləşdiyi binanın ərtafına dəmir dirəklər basdırılıb, hasar çəkilib. Hasarlanmanın səbəbi məlum deyil.

    Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin bina təmir olunur.

    Gülər

    7
  • Tatlısesi öldürməyə cəhd edən şəxs tutuldu
    28.11.2014 08:54
    http://anspress.com/images/photos/21356.jpg
    http://anspress.com/images/photos/21356.jpg
    Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesi öldürməyə təşəbbüs edən şəxs barəsində məhkəmə öz qərarını verib. ANS PRESS-in məlumatına görə, Tatlısesi güllə ilə başından vurmaqda şübhəli bilinən Abdullah Uçmak barəsində məhkəmə 36 il həbs qərarı verib.

    Abdullah Uçmakın həbs qərarı barədə Apelyasiya şikayəti verilsə də daha əvvəl verilən qərar qüvədə saxlanılıb.

    Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci il martın 14-də "İbo Show" proqramının çəkilişlərindən çıxarkən silahlı hücuma məruz qalmışdı. Avtomat silahla ağır yaralanan Tatlısesin müalicə prosesi bu gün də davam edir.
    9
  • Londonda "Tarın kəşf edilməsi" adlı Azərbaycan musiqi gecəsi
    28.11.2014 08:33
    http://azertag.az//files/galleryphoto/2014/3/750x500/1417148952423213827_750x500.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/750x500/1417148952423213827_750x500.jpg
    London, 28 noyabr, AzərTAc

    "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində "Tarın kəşf edilməsi" adlı konsert keçirilib.

    Londonun məşhur "Mərkəzi Vestminster" salonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

    "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev dünyada Azərbaycan mədəniyyətinin, musiqisinin və incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

    Milli musiqi alətimiz olan tarın tarixindən bəhs edən N.Piriyev, onun geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alət olduğunu bildirib. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi istifadə edilir. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur.

    Azərbaycan musiqi sənətinin, beynəlxalq ictimaiyyət tərəfindən çox sevildiyini qeyd edən, N.Priyev tarix, mədəniyyət və incəsənətimizi yaxından tanımaq istəyənləri ölkəmizi ziyarət etməyə çağırıb.

    Daha sonra konsertdə azərbaycanlı sənətkarlar-Aslan Növrəsli, Munis Şərifov, Nurlan Növrəsli,Tərlan Növrəsli, Vüqar Şərifzadə, Çingiz Mustafayev və başqa musiqiçilərin ifasında tarın müşaiyəti ilə "Şur" muğamı, Azərbaycan xalq mahnıları və digər təsnif və muğamlarımız səsləndirilib.

    Konsertdə milli musiqi alətimiz tar ilə müasir musiqi alətlərinin vəhdəti dinləyicilərdə böyük maraq doğurub.

    Gecənin ikinci hissəsində Britaninayın məşhur "Royal Philharmonic Orchestra"sının ifasında "Bayatı Şiraz", "Sarı Gəlin" və digər Azərbaycan xalq musiqisi numunələri, həmçinin Antonio Vivaldi kimi məşhur bəstəkarların repertuarlarından musiqilər səsləndirilib.

    Orxan İsmayılov

    19
  • Sudanda dəvə ilə hərəkət edən terrorçular 15 dinc sakini qətlə yetirib
    28.11.2014 08:32
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Dəvə ilə hərəkət edən silahlılar Sudanın Cənubi Darfur ştatında dinc sakinlərə hücum edərək 15 nəfəri qətlə yetiriblər.

    APA-nın "Frans Press"-ə istinadən verdiyi xəbərə görə, hücum paytaxt Nyaladan 80 km aralıda baş verib. İnsident zamanı daha 10 dinc sakin yaralanıb.

    Məlumata görə, dəvə ilə hərəkət edən silahlılar yolda avtomobillərə hücum edib. Hücuma məruz qalan şəxslərin qonaqlıqdan evinə qayıdan bir qrup dinc sakin olduğu bildirilir.

    Sudanın Cənubi Darfur əyalətində artıq 10 ildir ki etniklər arası münaqişə davam edir.
    6
  • Ən uğurlu karyeradan imtina etdirən səbəb
    28.11.2014 08:29
    http://img.milli.az/n/clickable/204433/03/c/310800.jpg
    http://img.milli.az/n/clickable/204433/03/c/310800.jpg
    Adriana Baskes əvvəllər İBM şirkətinin ofisində administrator vəzifəsində çalışırdı. Telekommunikasiya və elektrotexnika sahəsində qısa zamanda uğurlu karyera qurmuşdu. Ancaq bir gün o, özünə fotoaparat alır və səyahətə çıxır. Mərcan adalarında çəkdiyi fotolar onu o qədər təsirləndirir ki, öz karyerasına son qoymaq və səyahətə çıxmaq qərarına gəlir.

    Adrian 2010-cu ildən bəri yalnız səyahət etməklə məşğuldur. Onun çəkdiyi maraqlı fotoları təqdim edirik.

    7
  • "Bu uğurumuzu çox şişirtməyin"
    28.11.2014 08:18
    http://anspress.com/images/photos/20190.jpg
    http://anspress.com/images/photos/20190.jpg
    "Bu uğurumuzu çox şişirtməyin. Bizim hələ Premyer Liqada "Simurq" və "Neftçi" ilə oyunlarımız var. Həmin matçları fikirləşirik"

    Bu sözləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.

    R.Sadıqov Avropa Liqasının qrup mərhələsinin son matçında qarşılaşacaqları "İnter"lə oyunöncəsi jurnalistlər və mütəxəssislərə səslənib: "Dnepr"i səfərdə 1:0 hesabı ilə məğlub etdiyimizdə bizi çox təriflədilər. Bu da oyunumuza müəyyən formada təsir göstərdi. Təkrar oyunda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bu səbəbdən jurnalistlər və mütəxəssislərdən istəyim budur ki, bugünkü uğurumuzu şişirtməsinlər".
    11
  • Bakıda piyadanı vurub qaçan sürücü vicdanına məğlub oldu
    28.11.2014 08:13
    http://anspress.com/images/photos/58438.jpg
    http://anspress.com/images/photos/58438.jpg
    Gecə Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonunun ərazisində Koroğlu metrostansiyasının yaxınlıqında qeydə alınıb.

    Mayılov Həmzə Bayram oğlu Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 62 yaşlı Nadir Ağakərim oğlu Kərimovu vurub.

    Sürücü Həmzə Mayılov piyadanı vurduqdan sonra ona kömək etmək əvəzinə hadisə yerini tərk edib.

    Hadisə zamanı xəsarət alan Nadir Kərimov isə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

    Piyadanı vuran sürücü, hadisədən bir qədər sonra Nizami rayon polis idarəsinə gedərək törətdiyi qəzanı etiraf edib.

    Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.
    17
  • Kələğayıya böyük rəğbət var
    28.11.2014 08:03
    http://anspress.com/images/photos/21957.jpg
    http://anspress.com/images/photos/21957.jpg
    UNESCO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilən Azərbaycan kəlağayısına bu gün də böyük rəğbət var. UNESCO-nun bu qərarının isə kəlağayı sənətinin ölkəmizdə daha da inkişafına kömək edəcəyi gözlənilir.

    Qədim örpək olan kəlağayını digərlərindən fərqləndirən nədir?

    ANS TV-nin Şəki bürosunun məlumatına görə, UNESCO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilən kələğayıya maraq indi də az deyil. Xam ipək parçadan hazırlanan kəlağayı əvvəlcə bişirilir sora naxışlanır. Ən sonda isə boyanaraq hazır məhsul kimi satılır. Kəlağayıların boyanmasında kimyəvi maddələrdən cüzi istifadə olunur, əsas üstünlük təbii rənglərə verilir.

    İstehsalçı Qudrət Quliyev, daha çox kəlağayı üçün nəzərdə tutulan təbii boyalara üstünlük verdiklərini deyir. Kəlağayılara xüsusui gözəllik qatan butanın isə öz mənası var.

    "Keçmişdə butadan möhür kimi istifadə olunurdu. Belə ki, yüksək səviyyəli adamların möhürü olub bu buta. Bu isə Şəkidə ornament kimi tətbiq olunur. Bu gün bizim kəlağayıların üzərində - böyük-kiçi bütün butalardan fərq qoyulmadan istifadə olunur".

    İstehsal olunan kəlagayinin əsas gözəlliyi onun zərifliyindədi.

    Kəlagayı Şəkiyə üz tutan turistlərin də ən cox aldığı və burdan hədiyyə olaraq apardığı əşyalardandır.

    Satıcı Elşən Adışirinov qeyd edir ki, mağazada bütün rəglərdə kəlağayı var, amma konkret demək olmur ki, bütün rəglərdən olan kəlağayılar satılır.

    Əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı Şəkidə bu sahə bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutub.

    Kəlağayıdan başqa, muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs Siyahısında yer alır.
    11
  • Zəlzələ qonşuları görüşdürdü
    28.11.2014 07:49
    http://anspress.com/images/photos/77671.jpg
    http://anspress.com/images/photos/77671.jpg
    Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

    ANS PRESS-in məlumatına görə, Türkiyənin Kütahya vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ meydana gəlib.

    Boğaziçi Universiteti "Kandilli" Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Milli Zəlzələ İzləmə mərkəzinin açıqlamasında, episentri Simav rayonunda olan zəlzələnin Bakı vaxtı ilə 06:30-da qeydə alındığı bildirilir.

    Yerin 5,3 kilometr dərinliyində baş verən yeraltı təkanlardan sonra Simav rayonu əhalisi təşviş keçirib və onlardan bəziləri küçəyə çıxıb.

    Baş verən zəlzələ gündüz işdə olduqları üçün bir-birini görməyən qonşular üçün görüş fürsəti yaradıb. Qonşular vaxtlarını boş keçirməmək üçün küçədə müxtəlif oyunlar oynayıblar.
    16
  • Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır
    28.11.2014 07:42
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Bakı, 28 noyabr, AzərTAc

    Neft Daşlarındakı paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq.

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, son vaxtlar Neft Daşlarında aparılan genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində əmtəə çənlər parkının genişlənməsinə səbəb olub. Neftin-qazın ilkin hazırlanması və nəql olunması məqsədilə yeni qurğu və avadanlıqların, onlara uyğun işlədicilərin, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb.

    Mövcud əmtəə çənlər parkının elektrik təchizatı üçün 1984-90-cı illərdə quraşdırılmış 40, 41 və 42 saylı paylayıcı qurğular və onların 6 və 0,4 kilovoltluq avadanlıqları o dövr üçün müasir sayılan 6 kilovoltluq KSO-272 tipli yağ açarlarından və 0,4 kilovoltluq ŞO tipli panellərdən ibarət idi. Həmin avadanlıqların müasir tipli vakum açarlarının göstəricilərindən geri qalması nəzərə alınaraq, "28 May" neft və qazçıxarma idarəsinin neftin ilkin hazırlanması və nəqli sexinin ərazisindəki 40, 41 və 42 nömrəli paylayıcı qurğuların avadanlıqlarının Türkiyənin "Elko" şirkətinə məxsus yeni tipli vakum açarlı avadanlıqlarla əvəz olunmasına başlanılıb.

    Hazırda 40 və 41 nömrəli paylayıcı qurğularda işlər başa çatdırılıb. Digər qurğuda isə quraşdırma işləri davam etdirilir.
    11
  • ABŞ-da aksiyalar səngimir
    28.11.2014 07:39
    http://anspress.com/images/photos/74154.jpg
    http://anspress.com/images/photos/74154.jpg
    Birləşmiş Ştatlarda isə bir neçə ay əvvəl öldürülmüş qaradərili gəncin qətlinə görə məhkəmədə polisin bəraət alması qərarına etiraz olaraq keçirilən aksiyalar artıq narahatlıqla qarşılanır. Bu etirazlar həm də fövqəldövlətdə irqçilik probleminin dərin köklərinin olmasından xəbər verir. Vəziyyəti ağırlaşdıran məqamlardan biri təkcə bu hadisədən sonra 6 qaradərili gəncin polis tərəfindən silahla öldürülməsi faktıdır.

    ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə çıxarılan qərara etiraz olaraq Ferqusonda başlayan aksiya səngimir. Havanın qarlı və soyuq olmasına baxmayaraq narazı kütlə Braunun öldürüldüyü küçəni tərk etmir. Bir çox şəhərlərdə etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb.

    Etirazçılar əsas yolları və küçələri bağlayıblar. Aksiya iştirakçıları bu ölkədə polisin afrikalı-amerikalılara qarşı münasibətinin pis olduğunu, hələ də irqi bərabərsizliyin davam etdiyini bildiriblər. İndi ölkədə çoxları Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozub, pozmadığını düşünür.

    ABŞ vətəndaşı Havier Lepor deyir ki, hadisə baş verən vaxt çoxlu şahidlər olub: "Amma əlbəttə ki, polis əmin olmadan insanı bu cür öldürməməlidir. Bu, ölkəmizdə baş verən ilk hadisə deyil. İnsanın günahı olsa da, bu şəkildə öldürmək düzgün deyil" .

    Amerika hökuməti isə ölkədə baş qaldıran etirazlardan ciddi narahat olmağa başlayıb.

    Kütləvi qarşıdurmaları əngəlləmək üçün Maykl Braunun öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, maddi dəlilləri ictimailəşdirib. Bu isə Amerika tarixində nadir hadisə hesab olunur. ABŞ-ın Baş Prokurolu fakta dair Federal səviyyədə istintaq araşdırılmasına başlanıldığını deyib.

    Yeniyetməni öldürən Darren Vilson isə Ferquson Polis departamentindən istefa vermək üçün danışıqlara başlayıb.

    Ferqusyon hadisələrilə bağlı ölkədə etirazların baş qaldırdığı ərəfədə bu dəfə Klivlenddə polisin bir neçə gün əvvəl 12 yaşlı qaradərili uşağı öldürməsini əks etdirən video yayılıb. Polis bildirib ki, bir nəfər "911-qaynar xəttə" zəng edərək, 12 yaşlı yelləncəkdəki bir uşağın silahla hamını qorxutduğu xəbərini verb. Polisin Rays adlı uşağın ona tabe olmadığını əsas gətirərək iki dəfə atəş açıb. Uşaq xəstəxanada dünyasını dəyişib. Məlumata görə, bu il ümumilikdə Birləşmiş Ştatlarda polis 18 uşağı güllələyərək öldürüb.
    13
  • Qax Dövlət Kukla Teatrı balacaları yeni tamaşa ilə sevindirəcək
    28.11.2014 07:38
    http://azertag.az//files/galleryphoto/2014/3/750x500/1417145567404135865_750x500.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/750x500/1417145567404135865_750x500.jpg
    Qax, 28 noyabr, AzərTAc

    Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi tezliklə balacalara Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu" tamaşasını təqdim edəcək.

    Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrabov, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa edirlər. Tamaşanın rəssamı Əmrah Məmmədovdur.

    Hazırda yeni tamaşa üzərində son məşqlər gedir.

    Teatrın direktoru Nazim Mahmudov AzərTAc-a bildirib ki, teatrda, eyni zamanda, Yeni il şənlikləri ilə əlaqədar uşaqlar üçün xüsusi bayram proqramı da hazırlanır. Yeni il proqramı məktəblilərin qış tətili günlərində nümayiş etdiriləcək.
    7
  • Meksikada başı kəsilmiş 11 meyit tapılıb
    28.11.2014 07:37
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı-APA. Meksikanın Qerrero ştatının Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılıb.

    APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, naməlum şəxslər meyitləri polis məntəqəsindən 100 metr aralıda, yolun kənarına atıblar. Meyitlərin yanında çoxlu sayda patron gilizləri aşkarlanıb.

    Hazırda hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb, araşdırma aparılır. Meyitlərdən birinin üzərində aşkarlanmış məktubda qeyd olunub ki, qətlə yetirilən insanlar iki cinayətkar qrup arasında baş vermişqarşıdurmanınqurbanı olublar.

    Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, saxlanılan 43 tələbə isə itkin düşmüş hesab olunub. Bir müddət əvvəl isə məlum olub ki, itkin düşmüş 43 tələbə "Qerrero unidos" adlı cinayətkar qruplaşmanın qurbanı olub.

    İstintaq zamanı müəyyən edilib ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.

    Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq cəsədlərini torpağa basdırıblar.
    8
  • "Sent Etyen"in baş məşqçisi: "Ələ top dəymişdi"
    28.11.2014 07:35
    http://anspress.com/images/photos/77657.jpg
    http://anspress.com/images/photos/77657.jpg
    "Sent Etyen"in baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyun haqda danışıb.

    Rəqib çalışdırıcı hakimdən gileylənib: "Hakim səhvləri utandırıcı idi. Bu hesab bizim üçün xal itkisidir. Yaxşı ki bu, hakimin sonuncu matçı idi. Ələ top dəymişdi, penaltilərimiz verilmədi.

    Tribunada açılmış "UEFA Mafiya" banneri ilə bağlı açıqlama vermək istəmirəm. Mənim hakimliklə bağlı sözlərimin bununla heç bir əlaqəsi yoxdur".

    Qaltye "Qarabağ"ın qapıçısını fərqləndirib: "Qarabağ"ın qapıçısı beynəlxalq səviyyəli qurtarışlar etdi. Bizim üçün pis olanı onların hesabda öndə olmaları idi. 0:2 hesabı olsaydı, bizim işimiz daha da çətin olardı".
    12
  • Bakıda daha bir torpaq sürüşməsi
    28.11.2014 07:34
    http://anspress.com/images/photos/45934.jpg
    http://anspress.com/images/photos/45934.jpg
    Havanın yağmurlu keçməsi daha bir problemi qabardıb. Bəzi ərazilərdə sürüşmə təhlükəsi aktivləşib. Bu dəfə sürüşən Sabunçu qəsəbəsindəki torpaq olub ki, o da bir evi yerlə yeksan edib. Bir neçəsinin isə başının üstünü uçma təhlükəsi alıb.

    ANS TV-nin məlumatına görə, Bakının Sabunçu rayonu, Sabunçi qəsəbəsi, 26 Bakı komissarı küçəsində torpaq sürüşməsi baş verib. Təşvişə düşən sakinlər dərhal evlərini tərk etməyə məcbur olub. Sakinlər deyir ki, bu cür hadisə artıq dəflərlə baş verir. Baş vermiş sürüşmə zamanı İradə Məmmədovaya məxsus fərdi evin yataq otağının divarı uçub. Ancaq bu uçquna səbəb kimi sakinlər burda dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar yeni qazıntı işlərinin aparıldığını əsas gətirir. Evlərin yerləşdiyi ərazidə isə heç bir bənd bərkitmə işləri görülməyib.

    Şikayətçi İradə Məmmədova, bir müddət əvvələ qonşunun divarının uçduğunu, indi isə öz yataq otağının divarının uçduğunu deyir.

    Torpaq sürüşməsi zamanı bir neçə sakin məcbur olub yaşadaıqları evdən köçüb. Bəzi evlərin isə tamamilə uçaraq yerlə yeksan olduğunun şahidi olduq.

    Problemlə əlaqədar üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. Qurumun qəsəbə nümayəndəliyinin baş mühəndisi Arif Əmrahovla ilə əlaqə saxlaya bildik. O dedi ki, bununla bağlı quruma sakinlər tərəfindən müraciət olunmayıb. Amma həmin ərazidə yerləşən evlərin kanalzasiya xətti olmadığından çirkab suları evlərin arxasına yığılır və nəticədə torpaq sürüşməsi daha da aktivləşlir.

    "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətilə 82-ci ildə oranı qazaraq xətt çəkmək istiyiblər.

    Elə biz də deyilənə uyğun olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dedi ki, problemdən xəbardardırlar. Və bu ilk sürüşmə hadisəsi deyil. Yaxın vaxtlarda həmin ərazinin bərkidilməsi planlaşdırılır.
    8
  • Mətbəx sirləri: "Hind qozu" pirojnası
    28.11.2014 07:09
    http://img.milli.az/n/clickable/204433/04/d/310447.jpg
    http://img.milli.az/n/clickable/204433/04/d/310447.jpg
    Milli.Az "hind qozu" pirojnalarının hazırlanma qaydasını təqdim edir

    Tərkibi:

    1 kq kəsmik

    1,5 st. şəkər pudrası

    300 q kərə yağı

    300 q peçenye

    2 x.q. kakao

    4 x.q. kokos yonqarı

    1 st. qoz

    1 banka qatılaşdırılmış süd

    Qozu xırdalayın, peçenyeləri ovuntuq halına salın.

    Kəsmiyi ələkdən keçirib kərə yağı və şəkər pudrası ilə qarışdırın.

    Bu qarışığı 3 yerə bölün: birinə qoz, digərinə peçenye ovuntuğu, üçüncüyə isə kakao əlavə edin.

    Birinci qarışıqdan (qozlu) xırda kürə düzəldin. Bunu ikinci qarışıqdan (peçenyeli) düzəltdiyiniz yaymanın içinə qoyub kürə halına salın. Sonra bunu da üçüncü (kakaolu) qarışıqdan düzəltdiyiniz yaymanın içinə qoyub hind qozu forması verin.

    Hind qozlarını qatılaşdırılmış südə, sonra isə kokos yonqarına batırın. Kakao tozuna da batırmaq olar.

    Nuş olsun!

    Resept: vk.com/vk__cook

    125
  • İsmayıllıda ev yandı, xəsarət alan var
    28.11.2014 06:58
    http://anspress.com/images/photos/39263.jpg
    http://anspress.com/images/photos/39263.jpg
    İsmayıllının rayon mərkəzindən 21 km aralıda olan Enişdibi kəndində yanğın baş verib.

    ANS PRESS-in FHN-nin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

    Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Yanğın yanğınsöndürənlər tərəfindən saat 03:02-də söndürülüb.
    62
  • "Bakı-2015" lazer şousu xarici mətbuatda
    28.11.2014 06:53
    http://anspress.com/images/photos/77583.jpg
    http://anspress.com/images/photos/77583.jpg
    "Bakı-2015" ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şou xarici mətbuatda da öz əksini tapıb.

    ANS PRESS-in məlumatına görə, İngiltərədə nəşr olunan "huffingtonpost" qəzetində möhtəşəm şou barədə məlumat dərc olunub və foto-şəkil yayımlanıb.

    Həmin foto şəklin altında Türkiyə "Anadolu" agentliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı, tanınmış azərbaycanlı fotoqraf Rəsul Rəhimovun imzası var.
    7
  • Türk qızların yaraşıqlı aktyoru ölkədən gedir
    28.11.2014 06:35
    http://anspress.com/images/photos/44005.jpg
    http://anspress.com/images/photos/44005.jpg
    Türkiyəli məşhur aktyor Amerika Birləşmiş Ştatlarına (ABŞ) getmək qərarı verib.

    ANS PRESS-in məlumatına görə, kariyerasına manikenliklə başlayan 31 yaşlı yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ rol aldığı serialın sona çatması ilə yeni planını açıqlayıb.

    Ölkəsi ilə yanaşı, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da çox sayda qız pərəstişkarı olan Tatlıtuğ ABŞ-a gedəcək. O, Los Anceleslə yeni bir həyata başlamağı düşünür.

    "Hollivud"da aktyorluq bacarığını inkişaf etdirmək və ingiliscə danışğını təkmilləşdirmək istəyən məşhur aktyor verdiyi radikal qərarı yaxın zamanlarda həyata keçirəcək.

    Uzun müddət seriallarda rol almağı düşünməyən Tatlıtuğ sadəcə müqaviləsi olduğu bankın reklam filmləri üçün Türkiyəyə gələcək.

    Qeyd edək ki, aktyor yay istirahətini də ABŞ-da keçirmişdi.
    16
  • Prezident üçəm anasına ev verdi
    28.11.2014 06:30
    http://anspress.com/images/photos/77670.jpg
    http://anspress.com/images/photos/77670.jpg
    Türkiyənin Kahramanmaraş vilayətində yeni övlad sahibi olan bir ailə president tərəfindən sevindirilib.

    ANS PRESS-in məlumatına görə, Kahramanmaraşda yaşayan Ramazan və Məliha Yıldız cütlüyü bir müddət idi ki, çətin günlər keçirirdi. Hərbi xidmətini yerinə yetirməyən ailə başçısı Ramazan övadı dünyaya gələn ərəfədə vətənin qulluğuna yola düşüb. Həyat yoldaşı hərbi xidmətə gedən Məlihanın üç övladı dünyaya gəlib.

    Ailə buna sevinsə də, yaşadıqları şərait heç də ürəkaçan olmayıb. Buna görə də qadın media vasitəsilə həyat şəratitinin yaxşı olmadığını bildirib. Ümidsiz şəkildə uşaqlarını necə böyüdəcəyini düşünən Anaya gözlənilməz zəng gəlib. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan gənc Anaya gözaydınlığı verib və uşaqları ilə maraqlanacağını söyləyib. Həyəcandan əl-ayağı əsən qadına daha sonra prezidentin özü zəng edib.

    Türkiyə prezidenti R.T.Ərdoğan qadına bütün problemlərini həll edəcəyini vəd edib. Çox keçmədən prezidentin tapşırığı ilə İstanbulun Əlibəyköy rayonunda qadına içərisində yeni əşyalar olan ev hədiyyə edilib.

    "Yaşadığımız evdə siçanlar gəzirdi. Övladlarımı orada necə saxlayacağımın dərdini çəkirdim. Prezidentimiz və xanımı sayəsində indi övladlarımı daha əmin şəkildə böyüdəcəyəm" - deyə gənc ana sevinc hisslərini bölüşüb.
    10
  • Avroliqa matçı yarımçıq dayandırıldı
    28.11.2014 06:29
    http://anspress.com/images/photos/58929.jpg
    http://anspress.com/images/photos/58929.jpg
    Avropa Liqasının oyunu yarımçıq dayandırılıb. ANS PRESS-in məlumatına görə, "Estoril" (Portuqaliya) - PSV (Hollandiya) matçı başa çatdırılmayıb.

    Buna səbəb əlverişsiz hava şəraiti olub. İlk hissəsi başa çatdırılan oyunda ikinci yarı oynanılmyıb.

    Matçın baş hakimi və UEFA nümayəndəsi qarşılaşmanı dayandırmaq qərarına gəlib.

    Qeyd edək ki, "Estoril" ilk yarıda 3:2 hesablı qələbə qazanıb.
    15
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri