yuxarıya
Onlayn Ödəmə
Seyyidlər kimdir? Onların məqamı necədir?
04.02.2013 19:19
A A
Deyerler.org:Müsəlmanların arasında xüsusilə də Əhli-beyt (ə) davamçılarının arasında seyyidlərin xüsusi ehtiramı və hörməti vardır. Bəs seyyidlər kimlərdir?

"Seyyid" sözünün lüğət mənası böyük, ağa və sərvər mənasını verir. Həzrət Peyğəmbərin (s) və onun övladlarının nəslindən olanlara seyyid deyirlər. Yəni o kəslərin nəsli ki, Haşim ibni Əbdmənafa çatır, seyyid sayılırlar.

Seyidlərin bəziləri Peyğəmbərin (s) əmiləri olan: Əbutalibin, Həmzənin, Abbasın nəslindən gəlir. Abbasın nəslindən gələnlərə bəni-Abbas deyirlər.

Həzrət Peyğəmbərin (s) oğlanları hələ kiçik yaşlarından dünyadan getmişdilər. Ona görə də Həzrətin (s) nəsli Fatimeyi-Zəhra (s.ə) vasitəsilə davam edir.

Bütün İmamlar (ə) və İmam Əlinin (ə) bütün övladları seyyid sayılırlar. Seyyidlik Peyğəmbərin (s) vasitəsilə gəlsə də, ancaq yalnız Həzrətə (s) aid deyildir. Bəlkə seyyidlik Bəni Haşimə də aid edilir. Yəni Əbutalibə, Əqilə, İmam Əliyə (ə), Həmzəyə, Cəfər Təyyara və onların övladlarına. Bir çox seyyidlərin şəcərə sənədləri mövcuddur və bu sənəd nəsildən-nəslə ötürülür və bu da onun seyyid olmasını sübut edir.

Seyyidlərin iki mühüm budağı:

1. İmam Əlinin (ə) üç övladından olan nəvələri. Bu oğlanlar: Muhəmməd Hənəfiyyə, Abbas ibni Əli, Ömər ibni Əli. Onlara ələvi seyyidliyi çatır.

2. İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəvələri. Onlara Haşimi seyyidliyi çatır.

Kərbəla hadisəsi zamanı İmam Səccaddan (ə) başqa İmam Hüseynin (ə) heç bir oğlan övladı sağ qalmır. Ona görə də Hüseyni seyyidliyi onu vasitəsilə davam edir. Sonrakı İmamların da seyyidliyi Hüseyni seyyidliyidir.

Seyyidlik - mənəvi bir şərafətdir. Həzrət Peyğəmbərin (s) nəslinin fəziləti haqqında çox sayda hədislər vardır. İmam Rza (ə) buyurur: "Biz nübuvvət nəslinin insanlar üzərində olan haqqımız Peyğəmbərə (s) görədir."

Bəli, seyyidlərin insanların üzərində haqqı vardır. İnsanların da onların üzərində haqqı vardır. Ona görə də seyyidlər başqa insanlardan daha çox məsuliyyət hiss etməlidirlər. Öz rəftarlarına və əxlaqlarına nəzarət etməlidirlər. Əgər hər kim seyyiddirsə, Peyğəmbərə (s) qohumluğu çatırsa, Peyğəmbərin (s) ali hədəflərinə əməl edirsə, təqvaya riayət edirsə, şübhəsiz ki, bu şəxsin məqamı uca olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənim övladlarıma ehtiram qoyarsa, onlara hörmət edərsə, həqiqətdə mənə hörmət etmiş olar".

Əgər kiminsə anası seyyidədirsə, o da Peyğəmbərin (s) nəslindən hesab edilər. Ancaq bir çox fəqihlərin fitvasına görə, seyyid hesab edilməzlər. Düzdür, bəzi alimlər onları seyyid hesab edir. Amma Əhli-beyt (ə) məktəbinin əksər nəzərinə görə bu insanlar seyyid sayılmaz.

Hədisi yazan nəql edir: "İmam Rzanın (ə) xidmətində əyləşmişdim. Seyyid haqqında söz düşdü. Həzrətə (ə) sual verdim: "Sizin nəsildən olub yolunu azanlarla sizin nəsildən olmayanlar arasında fərq varmı?". Buyurdu: "Bizlərdən yaxşısının əcri ikiqat və pislərinin günahı da ikiqatdır".

Ona görə də seyyidlər gərək öz nəsillərindən sui-istifadə etməsinlər. İmam Rza (ə) ona görə də başqa yerdə buyurur: "Peyğəmbər (ə) övladı olmaq kifayət deyildir, saleh əməl lazımdır".

(Tebyan/
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
197
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Bayılda güclü partlayış
    24.04.2014 10:34
    Bu gün səhər saatlarında Səbael rayonunun Bayıl qəsəbəsində güclü partlayış baş verib. Avropa.info-nun verdiyi xəbərə görə, partlayış baş verdikdən sonra ərazini tüstü qatı əhatə edib. Ərazidə yaşayan sakinlərin sosial şəbəkələrdə paylaşdıqları videoda p...
  • Cəbhədə atəşkəs 30 dəfə pozuldu
    24.04.2014 09:41
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkabe...
  • Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
    24.04.2014 11:42
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperatur...
  • Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
    24.04.2014 09:49
    Bakı. Hafiz Heydərov - APA. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb.Azərbaycan Ordusunun əsgəri Eln...
  • Azərbaycanda əsas magistral yollardan biri bağlanacaq
    24.04.2014 09:55
    Bakı. Aynur Əliyeva - APA-Economics. Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində 3 aşınma layının qoyulması ilə əlaqədar yolun 48-ci km-dən 56 km-ə qədər hissəsi bağlanacaq.Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyinin "Azəryols...
  • Dini icmalar arasında mini futbol turniri başlayır - lent
    24.04.2014 10:25
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.Komitənin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə...
  • 10 il əvvəl öldürülən polisin qatili tutuldu
    24.04.2014 12:51
    Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması ...
  • Bakının kriminal gündəliyi
    24.04.2014 10:10
    Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti şəhərdə baş verən kriminal hadisələtlə bağlı məlumat yayıb. "Qafqazinfo" həmin xəbərləri təqdim edir:Aprelin 23-də M.Hadi küçəsində yerləşən kafedə Bakı şəhər sakinləri Şamil Gülmətov İmamverdi Kərimova bı...
  • Bakının bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq
    24.04.2014 11:40
    Azərbaycan, Bakı, 24 aprel /Trend/Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq."Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə "Azvirt" MMC tərəfindən yolun geniş...
  • Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" abidəsinin açılmasına etiraz edəcəklər
    24.04.2014 09:25
    Azərbaycan, Bakı, 24 aprel /Trend/Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" ilə bağlı etiraz aksiyası keçirəcəklər.Benelüks Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, konqres Hollandiyanın Almelo şəhərində qondarma "erməni soy...
XƏBƏR LENTİ
  • Suriyadan minaatan mərmiləri Türkiyə ərazisinə düşüb
    25.04.2014 07:19
    http://az.trend.az/article_photo/2013/02/17/Turkey_Syria_border_170213.jpg
    http://az.trend.az/article_photo/2013/02/17/Turkey_Syria_border_170213.jpg
    Azərbaycan, Bakı, 25 aprel / Trend

    Cümə axşamı Suriyadan iki minaatan mərmi Türkiyə ərazisində partladı.

    Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

    Mərmilər Hatay vilayətinə düşüb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

    Suriyada üç ilə yaxın davam edən münaqişə 140 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərini tərk etməyə məcbur olub.
    5
  • Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Dubayda təlim-məşq toplanışı keçiriləcəkdir
    25.04.2014 07:14
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Aprelin 29-dan mayın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcəkdir.

    AzərTAc xəbər verir ki, toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Sahib Məmmədov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev və Ramil Əliyev dəvət olunmuşlar.
    2
  • Fransa qırıcıları aprelin 27-dən başlayaraq Baltikyanı ölkələrin hava məkanında patrul reydləri edəcək
    25.04.2014 07:14
    http://az.apa.az/media/images/logo.gif
    http://az.apa.az/media/images/logo.gif
    Bakı-APA. Fransa Müdafiə Nazirliyi Ukraynada böhranın dərinləşməsi fonunda Baltikyanı ölkələrin hava məkanında patrul reydləri həyata keçirmək üçün 4 qırıcı təyyarəsini göndərəcək.

    APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Fransa Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri Polşanın Malbork şəhəri yaxınlığındakı aviabazaya göndəriləcək. Fransa pilotlarının qarşısına iki vəzifə qoyulub: Polşa Hərbi-Hava Qüvvələrinin hazırlığı və NATO-nun rəhbərliyi altında Baltikyanı ölkələrin hava məkanında patrul reydləri həyata keçirmək.
    2
  • Tuba Ekinci "qanad çıxardı"
    25.04.2014 07:13
    http://anspress.com/images/photos/59775.jpg
    http://anspress.com/images/photos/59775.jpg
    Türkiyənin tanınmış ulduzu Tuba Ekinci yenə "twitter"-də izləyicilərini sevindirib.

    ANS PRESS-in xəbərinə görə, sosial şəbəkədə fəallığı ilə seçilən Türkiyənin tanınmış müğənisi Tuba Ekinci "Twitter" hesabında yeni şəkil paylaşıb. Ötən aylarda çılpaq formada idman edərkən çəkib paylaşdığı şəkillərlə müzakirə olunan müğənni bu dəfə də əzələli bədənini nümayiş etdirib.

    O, paylaşdığı "belfie" şəklində bir az bel və çiyin əzələləri yığdığını qeyd edib. Onun "twitter" izləyiciləri isə onun bədəninə heyran olduqlarını yazıblar. Hətta, onlardan biri, "Tuğba, bu qədər qanad çıxarmısan, niyə hələ uçmursan?" - deyə zarafat da edib.

    Yeni foto:

    Əvvəlki fotoları:
    2
  • Ayətullah-üzma Sistanin təmsilçisi Bəhreyndən çıxarılıb
    25.04.2014 07:12
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/8cb5c4c5139651dd01a867f15a299696.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/8cb5c4c5139651dd01a867f15a299696.jpg
    Bəhreynin Daxili İşlər Nazirliyi şiə məzhəbinin Hüseyn Nəjati adlı vaizini ölkədən çıxarıb.

    Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, krallıq hakimiyyəti bildirib ki, Nəjati şiələrin lideri, ayətullah-üzma Əli Sistaninin nümayəndəsi kimi onun üçün vəsait toplayırmış.

    ""Nəjati" adı ilə tanına Hüseyn Mirzə Abdulla Baqi Məhəmməd 2012-ci i noyabrın 6-da Bəhreyn vətəndaşlığından məhrum edilib. Onun Bəhreyndəki fəaliyyəti şəffaf olmayıb. Bundan başqa o, Bəhreyn hakimiyyəti üçün vacib məlumatları təqdim etməyib"-deyə, Daxili İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

    Ona ölkəni tərk etmək üçün 48 saat verilib. "Nəjati"ni Livana yola salıblar.

    "Əl-Manar" telekanalının məlumatına görə, Beyrut hava limanında onu livanlı və bəhreynli siyasilər və din xadimləri qarşılayıb.
    2
  • Qaradağ rayonunda geniş abadlıq işləri aparılmışdır
    25.04.2014 07:07
    http://www.topnews.az/images/logo.png
    http://www.topnews.az/images/logo.png
    Cari ilin birinci rübündə Qaradağ rayonunda abadlıq və quruculuq işləri geniş vüsət almış, yaşıllıq və parklar salınmışdır.

    Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, qaz emalı zavodunun ərazisində, Heydər Əliyev adına dərin özüllər zavodunun qarşısında, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun 16-cı kilometrliyində yeni yaşıllıq zolaqları salınmışdır. Rayon ərazisində təxminən 20 min kvadratmetr sahədə yaşıllıq işləri aparılmış, 5 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

    Rayon ərazisindəki yollara və məhəllədaxili həyətlərə 9 min 500 kvadratmetr asfalt döşənmiş, 7 min 600 kvadratmetr sahədə asfalt altı hazırlıq işləri görülmüşdür.

    Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.
    2
  • Mətbəx sirləri: Hollandez
    25.04.2014 07:06
    http://img.milli.az/n/clickable/204433/0a/a/263032.jpg
    http://img.milli.az/n/clickable/204433/0a/a/263032.jpg
    Milli.Az eda.ru-ya istinadən Holland sousunun hazırlanma qaydasını təqdim edir.

    Tərkibi (5 pay):

    150 q kərə yağı

    3 yumurta

    1 x.q. su

    1 x.q. limon şirəsi

    1 çimdik duz

    Yağı üç yerə bölün - 2 hissə 10-15 qramlıq və 1 böyük hissə.

    Böyük hissə yağı vam odda əridib bir qırağa qoyun.

    Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını təxminən 1 dəqiqə çalın (qatılaşmalıdır).

    Limon şirəsi, su və duz əlavə edib daha yarım dəqiqə çalın.

    Kiçik yağ parçalarından birini əlavə edib vam ocağın üstünə qoyduğunuz təxminən 60 dərəcəli istilikdə olan su hamamına yerləşdirin.

    2 dəqiqə, yumurta sarıları qatılaşıb sous krem halına düşənədək çalın. Vacib məqam: ocaq çox zəif olmalıdır. Əlinizin də altında içində soyuq su olan ləyən saxlayın. Əgər sous çox qızarsa, yaxud qazançanı iti ocağın üstünə qoysanız, yumurta bərkiyib lopa əmələ gətirə bilər. Sous vaxtından əvvəl qatılaşarsa, yaxud görsəniz ki, lopa əmələ gəlir, dərhal qazançanı soyuq su olan ləyənə qoyun (çalmağı dayandırmayın).

    Qazançanı ocaqdan götürün, yağın yerdə qalanını əlavə edib çalın.

    Sonra ərinmiş kərə yağını sousu çalmağa davam edərək damla-damla, sonra isə bir qədər iri partiyalarla əlavə edin. yağın dibindəki ayranı sousa əlavə etmək lazım deyil.

    Krem qatı qaymaq kimi olmalıdır. Duz, istiot, lazım gələrsə, bir qədər də limon şirəsi əlavə edin.

    Sousu süfrəyə isti verin (balıq xörəkləri, tərəvəzlərlə əladır). Soyumaması üçün isti plitənin yanında saxlaya bilərsiniz (təxminən 1 saat). Sous çox qatı alınıbsa, ona 1-2 qaşıq qaynar su, bulyon, süd və ya qaymaq əlavə edə bilərsiniz.

    * Əgər sous qatılaşmayıbsa, deməli, sousu çox sürətlə çalmısınız. Bu xətanı aradan qaldırmaq üçün mikserin ləyənini qaynar su ilə yaxalayın. 1 ç.q. limon şirəsi və 1 x.q. sous töküb çalın (mikserlə yox), sous qatılaşıb krem halına gələndə isə sousun qalanını çay qaşığı ilə əlavə edə-edə hər dəfə sous qatılaşınca çalın.

    Nuş olsun!

    2
  • ABŞ Latviyaya 150 hərbçisini göndərib
    25.04.2014 06:47
    http://az.apa.az/media/images/logo.gif
    http://az.apa.az/media/images/logo.gif
    Bakı-APA. Ötən gün axşam saatlarında Riqaya 150 ABŞ hərbçisi gəlib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    ABŞ Baltikyanı ölkələrə və Polşaya 600 hərbçisini göndərməyi qərara alıb. Riqa aeroportunda amerikalı hərbçiləri Latviya Silahlı Qüvvələrinin nümayəndələri qarşılayıb. ABŞ-ın Latviyadakı səfirliyi hərbçilərin ilin sonunadək ölkədə qalacaqlarını bildirib.

    Latviyanın NATO-dakı səfiri Maris Riekstinş jurnalistlərə bildirib ki, amerikalı hərbçilərin Latviyada olmalarının məqsədi ölkədə təhlükəsizliyi təmin etməkdir.

    "Yaz qasırğası" beynəlxalq hərbi təlimlər Şərqi Avropanın 4 ölkəsini əhatə edəcək və Polşada mayın 5-də başlayacaq. Tədricən təlimlər Litva, Latviya və Estoniyanı da əhatə edəcək.
    9
  • "Bu yay Gürcüstan Avropa Birliyi ilə Razılaşmanı imzalayacaq"
    25.04.2014 06:46
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/fb7643438d9ff4b81ad4671dfdabebe4.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/fb7643438d9ff4b81ad4671dfdabebe4.jpg
    "Gürcüstan bu ilin yayında Avropa Birliyi ilə Razılaşma assosiasiyası haqda müqaviləni imzalayacaq".

    Lent.az-ın "Qruziya onlayn"a istinadən məlumatına görə, bu haqda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Gürcüstan, Fransadan olan həmkarları ilə Tiflisdə keçirdiyi görüşün yekununa həsr olunan mətbuat konfransında açıqlama verib.

    "Mən Tiflisdə bir neçə il öncə səfər etmişəm. O vaxtdan ölkədə yalnız şəhərin görünüşü baxımdan deyil, siyasi planda da çoxlu dəyişikliklər olub. Siyasi spektrdə canlanma baş verib. Korrupsiyaya qarşı mübarizə aparılıb və s. Mən əminəm ki, bu ilin yayında biz rəsmi olaraq, assosiasiya haqqında Razılaşmanı imzalayacağıq. Buna şübhə ola bilməz"-deyə, alman diplomat vurğulayıb.

    Onun sözlərinə görə, müqavilə imzalandıqdan sonra bütün güc onun icrasına yönələcək.

    Görüş zamanı mayın 13-də Fransa prezidenti Fransua Ollandın, iyunun 2-də isə Almaniya kansleri Angela Merkelin Gürcüstana planlaşdırılan səfərindən də danışılıb.
    5
  • Bu qızın azərbaycanlı olduğuna inanmayacaqsınız - 18
    25.04.2014 06:42
    http://www.azxeber.com/files/571poydtb7b0.jpg
    http://www.azxeber.com/files/571poydtb7b0.jpg
    Tanınmış fotoqraf Ruslan Nəbiyev sosial şəbəkələrdə yeni layihəsini təqdim edib.

    Modelin adını açıqlamaq istəməyən fotoqraf,facebookda yeni "nude fotosessiyasını" izləyicilərinə təqdim edib.

    AZXEBER.COMGecce.az- istinadən həmin şəkilləri sizə təqdim edir.





    6
  • Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək
    25.04.2014 06:29
    http://az.apa.az/media/images/logo.gif
    http://az.apa.az/media/images/logo.gif
    Bakı-APA. Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Viktoriya Sümar bildirib.

    "Xüsusi əməliyyat davam etdiriləcək. O bir neçə mərhələdə həyata keçiriləcək. Biz onları açıqlaya bilmərik. Bugünkü əməliyyat bu mərhələlərdən biri olub. Bu mərhələdə qarşıya qoyulan vəzifə həll olunub", deyə o bildirib.
    6
  • İranda benzinin qiyməti 75% artıb
    25.04.2014 06:28
    http://az.trend.az/article_photo/2011/10/26/Gasoline_261011.jpg
    http://az.trend.az/article_photo/2011/10/26/Gasoline_261011.jpg
    Azərbaycan, Bakı, 25 aprel /Trend/

    İran hökuməti benzinə olan dövlət dotasiyasını ləğv edib, nəticədə yerli vaxtla gecə yarısından yanacağın qiyməti 75% - 16 ABŞ sentdən 28 sentədək bahalaşıb. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

    Müxbirlərin sözlərinə görə, bununla əlaqədar gecə yarısından əvvəl yanacaq doldurma məntəqələrində böyük növbələr yarandı, lakin hakimiyyətin qərarı xalqın narazılıqlarına gətirib çıxarmadı.

    Baxmayaraq ki, qiymət artımından sonra İran benzini dünyada ən ucuz sayılsa da, subsidiyaların ləğvi cəmiyyətin aztəminatlı təbəqələrinə zərbə vura bilər.

    Ekspertlərin fikrincə, benzin qiymətinin dəyişməsi prezident Həsən Ruhani üçün ciddi sınaq ola bilər, hansı ki, qənaət edilmiş pulları yeni iş yerlərinin yaradılması üçün göndərməyi vəd edib.
    4
  • Masallının Sığdaş kəndində "İçməli su təminatı" layihəsinn açılışı olub
    25.04.2014 06:20
    http://az.apa.az/media/images/logo.gif
    http://az.apa.az/media/images/logo.gif
    Masallı. Ağəddin Babayev - APA. Aprelin 24-də Masallı rayonunun Sığdaş kəndində respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyinin ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində "İçməli su təminatı" layihəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və ictimaiyyət nümayəndələrinin, eləcə də kən sakinlərinin iştirakı ilə düzənlənən açılış mərasimi əsl bayram əhval ruhiyyəsi şəraitində keçib. Əvvəlcə qurbanlar kəsilib. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, İFAD Layihələrinin direktoru Vüqar Mehdiyev və digərləri çıxış edərək uzunillik su həsrətinə son qoyulması münasibətilə sığdaşlılara təbriklərini çatdırıblar. Bildirilib ki, Talış dağlarının ətəyində yerləşən Sığdaş kəndinin 3700 nəfərlik əhalisi çoxdan idi ki, içməli suyun olmamasından əziyyət çəkirdi. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə vəsaiti hesabına mənbəyi dağ bulaqlarından götürülən içməli su 4,3 kilometrlik politelin borular vasitəsilə kəndə gətirilərək yerli sakinlərin istifadəsinə verilib.

    Tədbirdə çıxış edən kənd ziyalıları və ağsaqqallar onların problemlərinin həllində göstərilən diqqətə görə layihənin təəşəbbüskarlarına və icraçılarına minnətdarlıqlarını bildiriblər.

    Mərasim Masallının "Halay" folklor ansamblı üzvlərinin rəngarəng ifaları ilə başa çatıb.
    6
  • Lənkəranda toyda qan düşüb
    25.04.2014 06:19
    http://az.apa.az/media/images/logo.gif
    http://az.apa.az/media/images/logo.gif
    Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu olan 19 yaşlı İlkin Teymurova bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb. Ilkinin qan içində olduğunu görən toy iştirakçıları onu dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı təcili əməlliyyat otağına götürülüb və onun üzərində 3 saata yaxın əməliyyat aparılıb. İlkin Teymurovu həyata qaytaran həkimlər bıçaq zərbəsindən onun mədəsinin zədələndiyini bildiriblər.

    Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    5
  • "Daş karxanası" sakinləri problemlərin çoxluğundan şikayətcidirlər
    25.04.2014 06:18
    http://anspress.com/images/photos/17187.jpg
    http://anspress.com/images/photos/17187.jpg
    Maştağa qəsəbəsi, "Daş karxanası" adlanan ərazidə yaşayan sakinlərin sosial problemləri saymaqla bitməz. Ərazidə kanalizasiya sistemi yoxdur. Sakinlər həyətlərindəki şambolardan istifadə edirlər ki, bu da ətrafa üfunət qoxusu yayır. Həmçinin həmin quyular dolduqda boşaltdırmaq sakinlərə ayda ən azı 20-30 AZN başa gəlir. Ərazidəki ən aktual problemlərdən biri də yolsuzluqdur.

    Maştağa qəsəbə sakini Xubəli Məmmədovun sözlərinə görə, burada bu, karyerdə zavod yox, fabrik yox, gedib şəhərdə işləyirik. Qışda palçıqdan yarım saata çıxa bilmirik, gələn-gələn baxır ki, bu nədir, bunlar haradan gəlib.

    Digər Maştağa qəsəbə sakini Müslüm Bağırov isə deyir ki, maşın xarab olur gedib-gələ bilmirik. Nəvələrimiz məktəbə gedə bilmir, o yola uşaqları dalımızda aparırıq, təcili yardım çağırırıq gələ bilmir.

    Əslində təcili yardımın əraziyə gələ bilməməsinin başqa bir səbəbi də, ünvanın olmamasıdır. Bəli 2 minə qədər əhalinin yaşadığı bu ərazini, hərə bir adla-adlandırır.

    Növbəti Maştağa qəsəbə sakini Murad Rzayev qeyd edir ki, buranı kimisi Zabrat -Maştağa yolunun sağ tərəfi, kimisi 4-cü məhəllə, kimisi "Daş karxanası" ərzisi, kimisi də Muşalan kimi tanıyır. Prezident sərəncam verib kupçaya görə, kupça ünvana əsasən verilir, ünvan da yoxdur.

    Bütün suallarımızla üz tutduq Sabunçu rayonu Maştağa qəsəbə nümayəndəliyinə. Sabunçu rayon icra hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov bildirdi ki, əraziyə ünvanın verilməsilə bağlı icra hakimiyyətinə, oradan is Əmlak Komitəsinə müraciət edilib. Çox guman ki, bu il həmin ünvanlar yanaşı Maştağa qəsəbəsindəki digər adsız ərazilərə də ad veriləcək. Kanalizasiya sisteminin qurulması isə Bakı ətrafı qəsəbələrin 2013 - 2014 və 2016-cı illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Prqramına salınıb. Bu proqram çərçivəsində Maştağa qəsəbəsinə çəkiləcək. O ki, qaldı həmin yolun təmirinə, bax bu problem ilin sonuna qədər həllini tapa bilər.

    Deməli "Daş karxanası" ərazisindəki sakinlərin sosial problemlərinin ömrünə hələ iki il qalıb. Təki o vaxta qədər sakinləri səbri çatsın və sosial problemlər də öz həllini tapsın.
    5
  • Tanınmış erməni dirijor və bəstəkarı ölüb
    25.04.2014 06:18
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/03e52e9459e1577a6fe77e220aa2598b.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/03e52e9459e1577a6fe77e220aa2598b.jpg
    SSRİ-nin xalq artisti, pianoçu, bəstəkar və dirijor Konstantin Orbelyan 86 yaşında Los-Ancelosda ölüb.

    Lent.az-ın "RBK"-ya istinadən məlumatına görə, Orbelyan 35 ildən çox Ermənistan Dövlət estrada orkestrinin baş dirijoru və bədii rəhbəri olub. Bu vəzifəyə o, 1956-cı ildə təyin edilib.

    O, 1992-ci ildə ABŞ-a mühacirət edib. O vaxtdan Los-Ancelosda yaşayıb.
    5
  • Kerri Rusiyanı Ukrayna üzrə Cenevrə razılaşmalarını yerinə yetirməməkdə günahlandırıb
    25.04.2014 06:10
    http://az.trend.az/article_photo/2013/11/09/john_kerry_091113.jpg
    http://az.trend.az/article_photo/2013/11/09/john_kerry_091113.jpg
    Azərbaycan, Bakı, 25 aprel /Trend/

    ABŞ dövlət katibi Con Kerri Rusiyanı Ukrayna üzrə Cenevrə razılaşmalarını yerinə yetirməməkdə günahlandırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

    Bundan öncə Rusiya Federasiyasının XİN rəhbəri Serqey Lavrov bəyan edib ki, hakimiyyət Kiyevdə Cenevrə razılaşmalarını kobud şəkildə pozur və münaqişə üzrə gərginliyi aradan qaldırılması üçün ilk addımlar atmalıdır.

    "Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyət orqanlarının heç bir nümayəndəsi separatçıları Cenevrə sazişini dəstəkləməsinə, tərk-silah olunmasına və binaları azad edilməsinə açıq şəkildə çağırmayıb", - Kerri Ukrayna üzrə xüsusi bəyanatla çıxış edərək bu barədə deyib.
    5
  • Jirinovskidən ermənipərəst açıqlama
    25.04.2014 06:08
    http://anspress.com/images/photos/47935.jpg
    http://anspress.com/images/photos/47935.jpg
    Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada yaşayan ermənilərin qondarma erməni soyqırımı nümayişində çıxış edib.

    ANS PRESS-in xəbərinə görə, aprelin 24-ü Rusiyada yaşayan ermənilər qondarma erməni "soyqırımının" qəbul edilməsi və dünyaya çatdırılması üçün Moskvanın mərkəzində nümayiş keçiriblər.

    Rusiya erməniləri birliyi və rus-erməni əməkdaşlıq dərnəyinin təşkil etdiyi nümayişə Rus Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də iştirak edib.

    "Mən təxminən 1 ay əvvəl Türkiyədə idim. Türkiyə prezidenti və millət vəkilləriylə görüşdüm. Onlar soyqırımı tanımağa qorxur. Çünki tanıdıqdan sonrakı mərhələdə təzminat ödəməlidirlər. Bu isə böyük məbləğdir. Buna görə də gələcək planlarımızı birlikdə düşünməliyik. "Soyqırımının" 100-cü ildönümünü böyük bir yerdə - Kremlin konsert salonunda qeyd edək." - deyə nümayişdə çıxış edən LDPR lideri Vladimir Jirinovski səsləndirib.

    Qeyd edək ki, hər il aprelin 24-də ermənilər qondarma erməni "soyqırımını" qeyd edir.
    5
  • İctimai nəqliyyatın öz xətti üzrə işləməməsi sakinlər üçün problem yaradır
    25.04.2014 05:56
    http://anspress.com/images/photos/59148.jpg
    http://anspress.com/images/photos/59148.jpg
    Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yaşayanlar nəqliyyatla bağlı ümidlərini itiriblər. İşləməyən avtobus onların bütün işlərini alt-üst edib.

    Sakinləri hər gün piyada getməkdən cana gəliblər. Çünki, iki aya yaxındır 54 saylı marşurut əraziyə gəlmir. Sabunçu-Zabrat magistralından Elşən Mehdiyev küçəsinə dönməli olan avtobus ərazidə yaşayanların az olmasını əsas gətirərək həmin məhəlləyə girmir. Sakinlər isə sürücülərin bu bəhanəsini əsassız sayır.

    Avtobusun öz xətti üzrə işləmədiyindən sakinlər taksilə gəlməli olur ki, bu da əlavə xərc deməkdir. Digər tərəfdən yola çıxan insanlar Sabunçu-Zabrat yolunu piyada keçməli olurlar. Avtomobillərin sürətli və müntəzəm hərəkət etdiyi yolda bu insanlar üçün həyatı təhlükə yaradır.

    Sakinlər deyir ki, əvvəl də avtobus öz xətti üzrə hərəkət etmədiyindən Nəqliyyat Nazirliyinə müraciət ediblər və avtobusun hərəkəti bərpa edilib. Amma sonradan yenə də təkrar problem yaranıb. Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, bir müddət əvvəl bu məsələyə baxıb avtobusun həmin xətt üzrə hərəktini təmin etmişdik. Amma hazırda sakinlərin istəklərinin həyata keçirmək mümkün olmayacaq, bunun isə obyektiv səbəbləri var.

    Namiq Həsənov qeyd etdi ki, Sabunçu istiqamətindəki körpünün üstündə həddindən artıq sıxlıq var. Eyni zamanda, oradan yolun təmiri işləri gedir. Məhz təmr işlərinə görə də, avtobuslar oradan çıxarlıb, 54 nömrəli avtobus da o cümlədən. O istiqamət üzrə hərəkəti dayanıb, həm də o istiqamətdə bir sıra avtobusların paralel olaraq getdiyini nəzərə alsaq, hələki 54 nömrəli avtobusun yaxın vaxtarda o istiqamətdə getməsi planlaşdrılmır.

    Amma nazirlik rəsmisi gələcəkdə 54 saylı avtobusun həmin maşurut üzrə hərəkəti üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müzakirələr aparılıb və həmin yoldaı təmir işləri başa çatdıqdan sonra, o məsələyə yenidən baxılacaq. O vaxta qədər isə Elşən Mustafayev küçəsinin sakinləri piyada getməli olacaqlar.
    6
  • Türkiyə prezidenti ölkənin baş naziri ilə görüşüb
    25.04.2014 05:48
    http://az.trend.az/article_photo/2013/05/29/gul_erdogan_290513.jpg
    http://az.trend.az/article_photo/2013/05/29/gul_erdogan_290513.jpg
    Azərbaycan, Bakı, 25 aprel / Trend /

    Türkiyə prezidenti Abdulla Gül və ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan cari ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlığını müzakirə etmək üçün cümə axşamı görüşüblər. Trend Türkiyənin "Hurriyet daily news" qəzetinə istinadən bu barədə məlumat verir.

    Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.

    Əgər prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 51 faiz səs toplamasa, onda avqustun 24-də ikinci tur keçiriləcək.
    4
  • Tanınmış aktrisa rəfiqəsi ilə evlənib
    25.04.2014 05:47
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/ae73153eeac3a4bf66110f918a27bafa.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/ae73153eeac3a4bf66110f918a27bafa.jpg
    Amerikalı tanınmış aktrisa Codi Foster rəfiqəsi 44 yaşlı Aleksandriya Hedisonla evlənib.

    Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, aktrisanın təmsilçisi bildirib ki, Fosterlə Hedison arasında yaxınlıq 2013-cü ilin yayından başlayıb. Onların toyu ötən həftə olub. O, mərasim haqda ətraflı danışmaqdan imtina edib.

    51 yaşlı Codi Fosterin rəfiqəsi ilə nikahı ABŞ-ın Kaliforniya ştatında kəsilib. Ölkənin bu bölgəsində cinsi azlıqların evlənməsinə qanunla icazə verilir.

    Aktrisa və rejissor, iki dəfə "Oskar" mükafatı laureatı, Foster qeyri-ənənəvi seksual yönü haqda 2013-cü ilin yanvarında, "Qızıl qlobus" mükafatının təqdimetmə mərasimində açıqlayıb.

    Codi Foster 20 il prodüser Sidni Bernardla münasibətdə olub və onlar birlikdə iki oğul böyüdüblər.

    Aleksandriya Hedison isə Fosterdə öncə başqa bir aktrisa və teleaparıcı Elen Li Decenereslə münasibət saxlayıb.
    4
  • İran prezidenti Türkiyəyə səfər edəcək
    25.04.2014 05:39
    http://az.trend.az/article_photo/2013/08/06/hassan_rouhani_060813_4.jpg
    http://az.trend.az/article_photo/2013/08/06/hassan_rouhani_060813_4.jpg
    Azərbaycan, Bakı, 25 aprel / Trend /

    İran prezidenti Həsən Ruhani rəsmi səfərlə mayın sonunda Türkiyəyə gedəcək. Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib. Trend Türkiyənin "Hurriyet daily news" qəzetinə istinadən bu barədə məlumat verir.

    Səfər zamanı Türkiyəyə verilən İran qazının qiyməti barədə məsələnin müzakirəsi planlaşdırılıb.
    14
  • Türkiyədə PKK 2 nəfəri girov götürdü
    25.04.2014 05:38
    http://anspress.com/images/photos/39977.jpg
    http://anspress.com/images/photos/39977.jpg
    PKK terror qruplaşması üzvləri Türkiyədə əməliyyat həyata keçiriblər.

    ANS PRESS-in xəbərinə görə, Türkiyənin Diyarbəkir vilayətinin Licə rayonu ərazisində şəbəkə stansiyası quran özəl GSM firmalarından birinə aid 7 operator PKK terror qruplaşması üzvləri tərəfindən qaçırılıb. Qaçırılanlardan 5 nəfər sərbəst buraxılsa da, qruplaşma üzvləri digər 2 girov ilə birlikdə izlərini itiriblər.

    Licə rayonu ərazisində baş verən hadisə ötən gün axşam saatlarında olub. Hadisə sərbəst buraxılan 5 nəfəri rayonun jandarma idarəsinə gedərək xəbər verməsiylə ortaya çıxıb.

    Təhlükəsizlik qüvvələri 2 nəfəri qaçıran PKK üzvlərinin yaxalanması üçün əəmliyyat-axtarış tədbirlərinə start veriblər.
    4
  • Məcburi köçkünlər köçürülmək istəyir
    25.04.2014 05:29
    http://anspress.com/images/photos/40998.jpg
    http://anspress.com/images/photos/40998.jpg
    Paytaxtın Binəqədi rayonunda köhnə xəstəxana kimi tanına ərazidə söküntü işlərinə sakinlərin hamısı köçürülmədən başlanılıb. İndi də aparılan dağıntı işləri burda yaşayanlar üçün təhlükə yaradır, evlərə də zərər vurulur.

    Binəqədi rayonu köhnə xəstəxana ərazisindəki yataqxanada məskunlaşan sakinlərin giley-güzar etmələrinin səbəbi təhlükəsizlik qaydaları gözlənilmədən evlərin söküntüsünün aparılmasıdır. Məscid tikintisilə əlaqədar yaxınlıqdakı ərazidə yerləşən mənzillərin sakinləri köçürülüb. Söküntünün başlanması isə yaxın ərazidəki, mənzillərdə yaşayanların narazılığına səbəb olub.

    Onlar ya söküntünün dayandırılmasını, ya da köçürülmə başa çatandan sonra prosesin davam etdirilməsini istəyirlər. Artıq elektrik enerjisi və qaz verilişində problemlər yarandığından burda yaşamaq müşkülə çevrilib. Dağıntı işlərinə yaxın mənzillərin isə divarları zədə alıb.

    Söküntü başlanmazdan qabaq müvafiq orqanlardan əraziyə dəfələrlə baxış keçirilib. Əhali köçürüldükdən sonra işə başlanacağı bildirilmişdi, ancaq indi yaşlı-cavan demədən proses gedir.

    Sakinlərin köçürülməsilə əlaqədar Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən bildirildi ki, həmin ünvanda məskunlaşmış mövcud sayda olan məcburi köçkün ailələrinin dövlət ehtiyacı ilə bağlı zərurət yarandığından, köçürülməsi təmin edilib. O ki, qaldı əlavə köçürmələrə. Əgər dövlət ehtiyacı ilə bağlı zərurət yaranarsa, həmin ailələrin də köçürülməsi işinə baxıla bilər.
    4
  • Azərbaycan Xocalı soyqırımını dünyaya tanıtmağa davam edir
    25.04.2014 05:28
    http://anspress.com/images/photos/3559.jpg
    http://anspress.com/images/photos/3559.jpg
    Qondarma erməni soyqırımı ortaya atıldığı bir vaxtda Xocalıda azərbaycanlılara, insanlığa qarşı törədilmiş soyqırım unudulmamalıdır. Bu soyqırım aktı 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərində həyata keçirilib. Həmin gecədə 63-nün uşaq, 106-sının qadın, 70-nin isə ahıl insanlar olduğu 613 Xocalı sakini soyqırımına məruz qalmışdı.

    Azərbaycan xalqının qanlı tarixinə düşən bu həqiqətləri Milli Qəhrəman Çingiz Mustafayevin kamerasının obyektivilə dünya ictimaiyyətinə çatdırılır. Hər il soyqırıma məruz qalan həmvətənlərimizin xatirəsi "Ana harayı" abidəsi önündə yad edilir. Xocalının soyqırımın dünyada tanıdılması istiqamətində də mühüm işlər görülür.

    Son 5 ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 70 ölkəsində müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar Xocalı soyqırımın haqq səsinə səs veriblər. Hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilir. "Xocalıya ədalət" kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından səslənir.

    Bu çağırış cavabsız qalmayıb. Bu kampaniyanın fəaliyyəti nəticəsində 6 ölkənin parlamenti və ABŞ-ın 14 ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 53 ölkələnin parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediblər. Ankara, Haaqa, Mexiko, Sarayevo kimi şəhərlərdə Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb.
    4
  • Azərbaycanlı müğənni 100 minlik avtomobili ilə qəza keçirdi
    25.04.2014 05:12
    http://anspress.com/images/photos/63390.jpg
    http://anspress.com/images/photos/63390.jpg
    Müğənni Şəbnəm Əsədova (Tovuzlu) yol qəzasına uğrayıb.

    İfaçı idarə etdiyi "Dodge Drango" markalı avtomobillə, 20 aprel saat 15:30 radəsində metronun Nərimanov stansiyası yaxınlığında, evə qayıdarkən qəflətən idarəetməni itirməsi nəticəsində, yol qəzası keçirib.

    Hər iki avtomobilə qəza nəticəsində ciddi ziyan dəyib. Qəzada kimin günahı olub-olmadığı, polis tərəfindən araşdırılır.

    Qarşı tərəfin avtomobilinin markasını açıqlamaq istəməyən ifaçı bildirib ki, ciddi xəsarət almasam da, baş verənlərə görə böyük stress keçirmişəm.

    Qeyd edək ki,Şəbnəm Əsədova (Tovuzlu) "Sevənlər ölməz" mahnısıyla məşhurlaşıb.
    7
  • Putin: "İnternet MKİ-nin layihəsidir"
    25.04.2014 05:12
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/11dc8ea7f3ef70aef5b531cac4270bad.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/11dc8ea7f3ef70aef5b531cac4270bad.jpg
    Rusiya prezidenti Vladimir Putin hesab edir ki, İnternet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi kimi yaradılıb.

    Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, o, Sankt-Peretburqda keçirdiyi mediforumda deyib: "Bütün bunlar (İnternet-"BBC") ABŞ MKİ-nin xüsusi layihəsi kimi yaranıb. O, inkişaf etdirilməkdədir ".

    Putinin sözlərinə əsasən, Rusiya informasiyaların qorunması üçün nəhəng İnternet-resurs hazırlamalıdır. O, bütün informasiyaların ABŞ-dan keçərək yayıldığını bildirib.

    Bir müddət öncə Putin qeyd etmişdi ki, əvvəllər Rusiya şirkətlərinin bu sahəyə sərmayə qoymaq imkanı yox idi, ancaq indi bu şərait yaranıb.
    3
  • Ərəblərin yeni "sport car"ı
    25.04.2014 05:08
    http://anspress.com/images/photos/63388.jpg
    http://anspress.com/images/photos/63388.jpg
    Ərəblər yeni idman maşını istehsal etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, internetə "Dubai Roadster" adlı maşının şəkilləri yayılıb. İlkin məlumata görə, həddən artıq yüngül, ikinəfərlik və üstüaçıq olan bu maşın gələn il karbon və metalda Dubay avtosalonunda nümayiş etdiriləcək.

    Onun rəqibləri hələki Ariel Atom, BAC Mono və KTM X-Bow maşınlarıdır.

    Layihənin müəllifləri və icraçıları hələ anonim qalmağa üstünlük verir. Onların BƏƏ-də məşhur pilotun rəhbərlik etdiyi yeni yaranmış firma olduğu bildirilir. "Dubai Roadster" onların ilk layihəsidir və layihə üçün professional dizayner dəvət edilib. Çünki avtomobil yeni və rahat görsənir.
    4
  • Ukraynadan Rusiyaya 48 saat möhlət
    25.04.2014 05:01
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/6b30578a0c0e74595c33d14523457b21.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/6b30578a0c0e74595c33d14523457b21.jpg
    Ukrayna xarici işlər naziri Andrey Deşitsa Rusiya hakimiyyətinin Ukrayna sərhədi yaxınlığında hərbi manevr keçirməsi ilə bağlı bəyanat verib.

    Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, nazir Rusiya ilə savaşa hazır olduqlarını bildirib.

    Ukrayna hakimiyyəti Rusiyadan sərhədi yaxınlığında keçirdiyi hərbi manevrlərlə bağlı 48 saat ərzində açıqlama verməsini tələb edib.

    Başqa sözlə Moskva aprelin 26-da Bakı vaxtı ilə saat 18.00-a kimi hərbi təlimlər haqda izahat verməlidir.

    Çex Respublikasının paytaxtı Praqada ölkəsində baş verənlər haqda açıqlama verən Deşitsa deyib ki, hərbi manevr bölgədəki gərgin vəziyyəti daha da ağırlaşdırır:

    "Rusiyanın Krım yarımadasını ilhaq etməsi bizə dərs oldu".
    6
  • Güllələnən jurnalist kəşfiyyat qurumlarını  ittiham edib
    25.04.2014 04:21
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/9c263af7f8ff96fb6cee88d2a2fbace8.jpg
    http://news.lent.az/upload/images/news/2014/april/25/big/9c263af7f8ff96fb6cee88d2a2fbace8.jpg
    Aprelin 19-da Pakistanın Karaçi şəhərindəki hava limanında yaraqlıların basqınına məruz qalan tanınmış jurnalisti Həmid Mir baş verən olayla bağlı xüsusi xidmət qurumlarını suçlayıb.

    Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bununla bağlı hazırda xəstəxanada olan jurnalist bəyanat verib. O, bildirib ki, yaraqlılar tərəfindən çoxlu sayda hədələnsə də, təhlükənin böyük bir hissəsini Pakistanın qurumlararası kəşfiyyat idarəsi yaradır.

    Müdafiə Nazirliyi ünvanına deyilən ittihamı rədd edərək, Həmid Mirin işlədəiyi telekanalının lisenziyasını ləğv etməyə çağırıb.

    Bir müddət öncə hökumət jurnalistə basqınla bağlı xüsusi komissiyanın yaradıldığını elan etmişdi.

    Həmid Mir dünyada 2001-ci ildə məşhurlaşıb. O, həmin il sentyabrın 11-də ABŞ -da "göydələnlər" dağıdılandan sonra "əl-Qaidə"-nin lideri Üsamə bin-Ladendən müsahibə götürən ilk jurnalistdir.

    Həmid Mir hazırda "GeoTV"-də teleaparıcı işləyir.
    21
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri